az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Anadan olduğu yer: Azərbaycan Respublikası, Bakı ş.
Təvəllüdü: 27.09.1932
Təhsili: Azərbaycan Sənaye İnstitutu, Neft və qazın texnologiyası, mühəndis-texnoloq
Elmi dərəcəsi: Kimya elmləri doktoru
Elmi rütbəsi: Professor
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı:

073 - Fiziki kimya

Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: 1989, kimyəvi kinetika və kataliz
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 380
Xaricdə çıxmış elmi əsərlərin sayı: 40
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 11 patent və 105 m. şəh.
Əsas elmi nailiyyətləri:
  1. İlk dəfə təcrübədə alkilaromatik karbohidrogenlərin oksidləşmə yolu ilə dehidrogenləşmə prosesinin yerinə yetirmə mümkünlüyü göstərilmişdir.

  2. Bərk oksid katalizatorlar üzərində sıxlaşma məhsullarının əmələ gəlməsi prosesində oksigenin rolu göstərilmişdir.

  3. Hidrogen-sulfidin elementar kükürdə qədər oksidləşməsi üçün dünyada ən yaxşı yüksək selektiv katalizatorları işlənmişdir.

Kadr hazırlığı:
elmlər namizədlərinin sayı: 36
elmlər doktorlarının sayı: 5
Əsas elmi əsərlərin adları:
  1. Q.H.Alxazov, A.E. Lisovski.  Karbohidrogenlərin oksidləşdirici dehidrogenləşdirmə prosesi. 1980,m., "Kimya".

  2. Q.H.Alxazov, L.Ya.Marqolis."Üzvi maddələrin dərin katalitik oksidləşdirmə prosesi. 1985, m., "Kimya".

  3. Q.H.Alxazov, L.Ya.Marqolis. Karbohidrogenlərin oksidləşdilməsi üçün yüksək selektiv katalizatorlar.1988, m., "Kimya".

  4. Q.H.Alxazov, R.E.Meyssner."Hidrogen sulfidin elementar kükürdə selektiv oksidləşməsi prosesi və katalizatorları, ABŞ-nın patenti, 5603913, 18.02.97. 

  5. Q.H.Alxazov, R.E.Meyssner. Hidrogen sulfidin elementar kükürdə selektiv oksidləşməsi prosesi, 5891415-ci saylı ABŞ-nın patenti, 06.04.99. 

Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü: Beynəlxalq Ekoenerji Akademiyasının akademiki
Pedaqoji fəaliyyəti: Fiziki kimya professoru, bir neçə dərsliyin müəllifi
İş yeri və ünvanı: Parsons Kompaniyası, Pasadena, Kaliforniya, ABŞ
Vəzifəsi: Elmi konsultant
Ev tel.: (1 818) 7570543
Faks: (1 818) 7570543
Elektron poçtu: Tofik5azv@1stnetusa.com