| Anadan olduğu yer: | Azərbaycan Respublikası, Zaqatala rayonu, Qarqay kəndi |
![]() |
|
| Təvəllüdü: | 05.08.1947 | ||
| Təhsili: | Bakı Dövlət Universiteti, biologiya | ||
| Elmi dərəcəsi: | Biologiya elmləri doktoru | ||
| Elmi rütbəsi: | Professor | ||
| Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: | 03.00.12 - Bitki fiziologiyası | ||
| Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: | 2001, bitki fiziologiyası | ||
| Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: | 135 | ||
| Xaricdə çıxmış elmi əsərlərin sayı: | 70 | ||
| Əsas elmi nailiyyətləri: |
I.V. Əzizov öz tədqiqatlarında müasir fizioloji, biokimyəvi və biotexnoloji metodları tətbiq etməklə ali bitkilərdə və birhüceyrəli yosunlarda stres amillərə qarşı davamlılıq mexanizmlərinin aydınlaşdırılması istiqamətində yeni məlumatlar əldə etmişdir. Bitkilərin stres amillərə adaptasiyası mexanizmlərinin öyrənilməsi məqsədilə hüceyrə model sistemləri yaradılmış və onların normal fəaliyyət göstərmələrini təmin edən optimal mühitlər hazırlanmışdır. Bitkilərin birdəfəlik və tədrici duz stresinə garşı adaptasiya xüsusiyyətləri öyrənilmişdir. Bu tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, stress şəraitində ali bitkilərdə və birhüceyrəli yosunlarda yeni zülallar sintez olunur və bunların köməyi ilə orqanizmlərin qeyri əlverişli mühitə adaptasiyası təmin olunur. Təkcə Dunaliyella salina birhüceyrəli yosununda duz stresi şəraitində müdafiə funksiyası daşıyan və normal metabolizmi təmin edən 9 yeni zülal aşkar edilmişdir. Dunaliyella Salina yosununun yeni ştammları üçün onların normal fotosintez fəaliyyətini və çoxalmsını təmin edən qida mühiti və NaCl konsentrasiyası müəyyən edilmişdir. İ.V.Əzizov əməkdaşları ilə birlikdə apradıqları tədqiqatlarda bir sıra bitki mənşəli radioprotektor xassəli fizioloji fəal maddəlr alınmış, şüalanmaya məruz qalmış bitki və heyvan orqanizminə daxil edilərək onların təsiri tədqiq edilmişdir. Alınan fizioloji fəal maddələr içərisində rutin, dəmir-rutin kompleksi və yaşıl qoz meyvəsindən alınan ekstrakt güclü radioprotektor xassəyə malik olmuş , onların praktikada tətbiqi tövsiyə edilmişdir. O, öz elmi tədqiqatların nəticələrini135 elmi əsərdə və bir monoqrafiyada dərc etmişdir. |
||
| Əsas elmi əsərlərin adları: |
|
||
| Pedaqoji fəaliyyəti: | 1982-ci ildən Bakı Dövlət Universitetində bitki fiziologiyası və biokimya ixtisasları üzrə dərs deyir. |
||
| İş yeri və ünvanı: | AMEA-nın Botanika institutu, Azərbaycan Respublikası, Bakı ş., Badamdar şossesi, 40. | ||
| Vəzifəsi: | Laboratoriya müdiri | ||
| Xidməti tel.: | (994 12) 4381164 | ||
| Faks: | (994 12) 4975045 | ||
| Elektron poçtu: | aliyev j@azeronline.com | ||



AMEA İnformasiya Texnologiyaları İnstitutu, 1995-2011