| Anadan olduğu yer: | Azərbaycan Respublikası, Bakı ş. |
![]() |
|||||||||||||||
| Təvəllüdü: | 02.09.1938 | ||||||||||||||||
| Təhsili: | Azərbaycan Dövlət Universiteti (hazırda Bakı Dövlət Universiteti) | ||||||||||||||||
| Elmi dərəcəsi: | Geologiya-mineralogiya elmləri doktoru, 1975 | ||||||||||||||||
| Elmi rütbəsi: | Professor, 1977 | ||||||||||||||||
| Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: | 04.00.14 (hazırda - 04.00.11) - Filiz və qeyri-filiz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı; metallogeniya |
||||||||||||||||
| Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: | 1989, Geofizika, geokimya | ||||||||||||||||
| Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: |
25 monoqrafiya, 200-dən artıq elmi məqalə |
||||||||||||||||
| Xaricdə çıxmış elmi əsərlərin sayı: | 60 | ||||||||||||||||
| Əsas elmi nailiyyətləri: |
Yerin ofiolit kompleksinin metallogeniyasını işləmiş, Kiçik Qafqazın civə qurşağını ayırmış, Qafqazda uzun müddət endogen aktivliyini itirməyən lineament zonalar və həlqəvi strukturlar müəyyən etmiş, Azərbaycanın kosmotektonik xəritəsini (miqyas 1:500.000), Faydalı qazıntı yataqlarının proqnozlaşdırma elementləri ilə regional çatlılıq xəritəsini (miqyas 1:500.000) tərtib etmiş, Aralıq dənizi metallogenik qurşağının ayrı-ayrı seqmentlərinin öyrənilməsində formasion analizi tətbiq etmiş, filiz-maqmatik sistemlərinin geoloji-genetik modellərini işləyib hazırlamış, mövcud qızıl, mis və molibdenyataqlarının proqnozlaşdırılması və sənaye perspektivliyinin qiymətləndirməsi ilə yaxından məşğul olmuş, respublikanın ayrı-ayrı struktur-formasion zonalarında qara, əlvan və nəcib metal yataqlarının aşkar edilməsini nəzəri cəhətdən əsaslandırmışdır. «Xidməti istifadə üçün» qrifi altında ekspert kimi elmi-tətbiqi tutumlu layihələr hazırlamış, ABŞ-ın «Mülki tədqiqatlar və inkişaf fondu»nun (CRDF) (2005-2007-ci illər üçün), Avropa Birliyi 6-cı çərçivə proqramının (İNTAS) (2006-2008-ci illər üçün) qrantlarına layiq görülmüşdür. «Yerin təki haqqında» Qanunun hazırlanması və Milli Məclis tərəfindən qəbul edilməsində (1998), «Təhsil haqqında» Qanunun hazırlanmasında (2006) yaxından iştirak etmişdir. |
||||||||||||||||
| Kadr hazırlığı: | |||||||||||||||||
| elmlər namizədlərinin sayı: | 22 | ||||||||||||||||
| elmlər doktorlarının sayı: | 6 | ||||||||||||||||
| Əsas elmi əsərlərin adları: | Monoqrafiyalar:
|
||||||||||||||||
|
|
Təltif və mükafatlar: |
Azərbaycan SSR Dövlət Mükafatı laureatı - 1978; "Əməkdar Elm Xadimi" - 2000; "İlin adamı" - BDU, 2007 |
|||||||||||||||
| Pedaqoji fəaliyyəti: |
|
||||||||||||||||
| İş yeri və ünvanı: |
Bakı Dövlət Universiteti,
geologiya fakültəsi, «faydalı qazıntılar» kafedrası, «Yer ehtiyatlarının
aerokosmik tədqiqatları», Azərbaycan Respublikası, Bakı ş. |
||||||||||||||||
| Vəzifəsi: | Kafedra müdiri,
Elmi-tədqiqat laboratoriyasının rəhbəri |
||||||||||||||||
| Xidməti tel.: | (994 12) 5390448 | ||||||||||||||||
| Ev tel.: | (994 12) 4926778 | ||||||||||||||||
| Mobil tel.: | (994 50) 3332049 | ||||||||||||||||


AMEA İnformasiya Texnologiyaları İnstitutu, 1995-2011