az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün
Ana səhifəStrukturAMEA-nın müxbir üzvləri Şamil Seyfulla oğlu Fətullayev

Anadan olduğu yer: Azərbaycan Respublikası, Bakı şəhəri
Təvəllüdü: 24.12.1928
Təhsili: Azərbaycan Politexnik İnstitutu, memar
Elmi dərəcəsi: Memarlıq doktoru 
Elmi rütbəsi: Professor
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 18.00.01 - Memarlıq tarixi və nəzəriyyəsı
Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: 1989, memarlıq
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 82, 6 monoqrafiya
Xaricdə çıxmış elmi əsərlərin sayı: 1
Əsas elmi nailiyyətləri: Azərbaycanın və İranın memarlıq tarixinə aid 6 ədəd əsaslı monoqrafiyası çap olunub.
Kadr hazırlığı:
elmlər namizədlərinin sayı: 13
elmlər doktorların sayı: 4
Əsas elmi əsərlərin adları:
  1. "XİX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan şəhərlərinin yaşayış binaları". Bakı, 1963

  2. "XİX əsrin sonu XX əsrin əvvəllərində Bakı şəhərinin şəhərsalması". Leninqrad, 1978

  3. "XİX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanın şəhərsalması  və memarlığı". Leninqrad, 1986

  4. "Azərbaycanın məscidləri". Tehran, 1996 (fars dilində)

  5. "Bakı memarlığının ensiklopediyası". Bakı-Ankara, 1998

  Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü: Beynəlhalq Memarlıq Akademiyasının müxbir üzvü, şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının prezidenti.
Təltif və mükafatlar:

Azərbaycan SSR Dövlət Mükafatı laureatı

İş yeri və ünvanı: AMEA-nın Memarlıq və İncəsənət Institutu, AZ1143, Azərbaycan Respublikası, Bakı ş., H. Cavid pr., 33
Vəzifəsi: Memarlıq tarixi və nəzəriyyəsi şöbəsinin müdiri
Xidməti tel.:  (994 12) 4393521
Ev tel.: (994 12) 4940355