az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün
Ana səhifəStrukturAMEA-nın müxbir üzvləri Fəridə Cəfər qızı Məmmədova

Anadan olduğu yer: Azərbaycan Respublikası, Əli-Bayramlı şəhəri
Təvəllüdü: 08.08.1936
Təhsili: Bakı Dövlət Universiteti, tarix fakültəsi
Elmi dərəcəsi: Tarix  elmləri doktoru
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 07.00.02 - Vətən tarixi
Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: 2001
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 96, 5 monoqrafiya
Xariscdə çıxmış elmi əsərlərin sayı: 20
Əsas elmi nailiyyətləri:

İlk dəfə onun tərəfindən Albaniyada feodal münasibətlərinin genezisi problemi tədqiq olunmuşdur. F. Məmmədova tarixşunaslıqda uzun müddət hakim olmuş I - VII əsrlərdə Albaniyada ibtidai-icma qurluşunun mövcud olması fikrinin yalan olduğunu sübut etmiş, burada feodal münasibətlərinin yaranması və inkişafını elmi şəkildə əsaslandırmışdır. O, Moisey Kalankatuyskinin alban mənşəli olmasını və ilk dəfə alban hüquqi abidəsini tədqiq etmişdir. F.Məmmədova  Alban dövlətinin e.ə. IV -  b.e. VII əsrlərinə aid sərhədlərini müəyyən etmiş, Albaniyada xristianlığın yayılması və alban kilsəsinin yaranması tarixini tədqiq etmiş, Ermənistan dövlətinin kiçik Asiyada mövcud olmasını sübut etmiş və Qarabağ tarixini yazmışdır.

Kadr hazırlığı:
elmlər namizədlərinin sayı: 3
elmlər doktorların sayı:
Əsas elmi əsərlərin adları:
  1. Moisey Kalankatuyskinin "Alban tarixi" əsəri Qafqaz Albaniyasının ictimai quruluşu üzrə bir mənbə kimi. Bakı, 1977 (rus dilində).

  2. Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası, Bakı, 1986 ( rus dilində).

  3. Azərbaycanın tarixi coğrafiyası, Bakı, 1987 (kollektiv monoqrafiya).

  4. Qarabağ probleminin səbəb və nəticələrində əlaqə (alman və azərbaycan dillərində).

  5. Le probleme de l'ethnos albano-caucasien,  "L'antropoloqie sovietique", Paris, 1990.

Təltif və mükafatlar:

Azərbaycan SSR Dövlət  Mükafatı laureatı - 1990;
Azərbaycan SSR
"Əməkdar Elm Xadimi" - 1991;
Azərbaycan Respublikasının "Şöhrət" ordeni - 2004.

Pedaqoji fəaliyyəti:

1978-ci ildən Bakı Dövlət Universitetində, APDU-də, 1997-1998-ci illərdə "Xəzər" Universitetində və 1998-ci ildən Qərb Universitetində dərs demişdir.

2006-h/h - Milli Aviasiya Akademiyasında İctimai fənlər kafedrasının müdiri

İş yeri və ünvanı: AMEA-nın Tarix İnstitutu, AZ1143, Azərbaycan Respublikası, Bakı ş., Hüseyn Cavid prospekti, 31
Vəzifəsi: Şöbə müdiri
Xidməti tel.: (994 12) 5393615
Ev tel.: (994 12) 4985147
Elektron poçtu: all.ulviya@areurotel.com;   nishan@azeronline.com