az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Anadan olduğu yer: Azərbaycan Respublikası, Qədəbəy rayonu, Əli-İsmayıllı kəndi
Təvəllüdü: 03.03.1941
Təhsili: Azərbaycan Tibb Universiteti, pediatr
Elmi dərəcəsi: Tibb elmləri doktoru
Elmi rütbəsi: Professor
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 14.00.16 -  Pataloji fiziologiya
Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: 1989, tibb
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 400-dən çox
Xaricdə çıxmış elmi əsərlərin sayı: 255
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 46
Əsas elmi nailiyyətləri:

Elmi-tədqiqat işləri əsasən praktik limfologiyanın fundamental problemlərindən birinə-limfa mayesinin laxtalanması və onların müxtəlif xəstəliklər zamanı korreksiyası məsələlərinə həsr olunmuşdur. Aparılan elmi-tədqiqatlar nəticəsində, nəzəri və praktik təbabət üçün böyük əhəmiyyəti olan laxtalanma, əks-laxtalanma və fibrinoliz sistemlərinin humoral-nəqlolunmanın (qan, toxumaarası, maye,limfa) bütün şöbələrində funksiyada vəhdədliyi haqqında yeni elmi konsepsiya irəli sürülmüşdür.

Bu istiqamətdə 9 doktorluq və 30-dan çox namizədlik dissertasiyası müdafiə olunmuş və Azərbaycanda ilk dəfə bütöv bir "Limfoloqlar" elmi məktəbi yaranmışdır.

Belə ki, elmdə ilk dəfə olaraq müəyyən olunmuşdur ki, limfa mayesinin damar daxilində laxtalanması, onun ən mühüm funksiyasının, drenaj funksiyasının pozulmasına səbəb olur. Bu da bir sıra ağır xəstəliklərin - venoz trombozun, postreanimasion xəstəliyin, miokard infarktının, peritonitin, pnevmoniyanın və s. patogenetik strukturuna daxildir və onların həm  gedişinə, həm də nəticəsinə mənfi təsir göstərir. Bunları nəzərə alaraq limfatrop təsir xüsusiyyətinə malik, həm Azərbaycanın təbii bitki və mineral ehtiyyatlarından hazırlanmış bioloji fəal maddələrdən, həm də məlum  dərman preparatlarından hazırlanmış müxtəlif qarışıqlardan ibarət müalicə vasitələri təklif olunmuşdur.

Hazırda klinik şəraitdə limfoloji müalicə üsulları tədbiq edilərkən bir qayda olaraq qan və limfa  mayeləri arasındakı bu cür münasibət, o cümlədən limfanın laxtalanma qabiliyəti mütləq nəzərə alınır.

Bizim təşəbbüsümüzlə keçmiş SSRİ-də ilk dəfə limfatrop dərman preparatlarının hazırlanması və limfa sisteminin ümumi patologiyada rolunun öyrənilməsi ilə məşğul olan "Eksperimental limfologiya" PETL-i yaradılmış və burada Azərbaycanın təbii bitki və mineral ehtiyatlarından alınmış limfotrop təsir xüsusiyyətinə malik 40-a qədər bioloji fəal maddə aşkar edilmişdir. Bunlardan 2-si nikomorfolin və qlisiram klinikalarda müxtəlif xəstəliklərin müalicəsində müvəffəqiyyətlə istifadə edilir.

Kadr hazırlığı:
elmlər namizədlərinin sayı: 30
elmlər doktorlarının sayı: 9
Əsas elmi əsərlərin adları:
  1. Практическая лимфология. Из-во "Маариф", Баку,  1982, 302 с.

  2. Свёртываемость крови и лимфы, её коррекция при тромбозе. Азернешр, Баку,  1985, 231 с.

  3. Основы лечебной лимфологии. Москва. "Медицина", 1986

  4.  Инфаркт миокарда (Лимфатическая система сердца, патофизиология и патофизиологические основы лечения). Москва. «Медицина», 1989, 222 с.

  5. Correction of Cloting and Fibrinolitik Dizorders of Blood and Limph. Sov. Med. Rev. G. HHaemology. London. 1990. part 4, vol.3, pp. 1-22.

  6. Dərsliklər, lüğət. "Pataloji fiziologiya", Bakı 1975, 1989, 2004, "Pataloji fiziologiyadan təcrübi dərs vəsaitləri", Bakı 2004, rus və Azərbaycan dillərində,  "Tibbi-pataloji terminlər lüğəti", Bakı 1996

Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü:

"Ürəyin öyrənilməsi" üzrə Beynəlxalq Cəmiyyətin, Beynəlxalq Patofizioloqlar və Limfoloqlar cəmiyyətinin, həmçinin "Ekstremal və terminal vəziyyətlər" Beynəlxalq elmi komissiyasının üzvü.

Təltif və mükafatlar:

SSRİ Səhiyyə əlaçısı - 1976
Azərbaycan
Respublikasının Əməkdar həkimi - 1981;
Əməkdar elm xadimi - 1991;
"Qırmızı Əmək Bayrağı ordeni" - 1982;
"Xalqlar Dostluğu ordeni" - 1987;
Vavilov ad
ına mükafat - 1990;
Kembric Bioqrafiya Mərkəzinin Dünyanın 2000 görkəmli alimi sırasına salınması barədə medalı-diplomu - 2003
ABŞ
Bioqrafiya Mərkəzinin Dünyanın 500 nüfuzlu alimi sırasına salınması barədə diplomu - 2004
BMT yanında
Beynəlxalq Millətlərarası və Dinlərarası Sülh Federasiyasının "Sülh üçün səfir" nominasiyası adı verilmişdir - 2008

Pedaqoji fəaliyyəti:

1966-ci ildən Azərbaycan Tibb Universitetinin patoloji fiziologiya kafedrasında Azərbaycan və rus bölmələrində  mühazirələr oxuyur və praktik məşğələlər aparır.

İş yeri və ünvanı:

Azərbaycan Tibb Universitetinin patoloji fiziologiya kafedrası, Azərbaycan Respublikası, Bakı ş., Bakıxanov küçəsi-23

Vəzifəsi: Kafedranın professoru
Xidməti tel.: (994 12) 4954992
Ev tel.: (994 12) 4409525