| Anadan olduğu yer: | Azərbaycan Respublikası, Bakı şəhəri | ![]() |
|
| Təvəllüdü: | 06.03.1938 | ||
| Təhsili: | Azərbaycan Dövlət Universiteti, kimyaçı | ||
| Elmi dərəcəsi: | Kimya elmləri doktoru | ||
| Elmi rütbəsi: | Professor | ||
| Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: | 02.00.01- Qeyri-üzvü kimya; 02.00.05 - Kimyəvi kinetika və kataliz | ||
| Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: | 2001, kimyəvi kinetika və kataliz | ||
| Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: | 226 | ||
| Xaricdə çıxmış elmi əsərlərin sayı: | 109 | ||
| Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: | 20 | ||
| Əsas elmi nailiyyətləri: |
İlk dəfə olaraq metalların öz tərkibində stabil radikal qrupları olan liqandlarla kristal kompleks birləşmələri alınmış, onların kristal və metallik quruluşları öyrənilmiş, parametrik mərkəzlər arasında olan məsafə müəyyən olunmuş, spin mərkəzləri arasında qarşılıqlı dəyişmə enerjisi hesablanmış və qiymətləndirilmişdir. Göstərilmişdir ki, metalxelat komplekslərin əksəriyyətində metal-radikal məsafələri 0,5 nm-dən azdır. Müəyyən olunmuşdur ki, radikal mərkəzinin (nitroksilin) metalın (misin) koordinasiya mərkəzinə daxil olması onun oksidləşmə-reduksiya reaksiyalarında aktivləşməsinə gətirib çıxarır. Metal ionları ilə koordinasiya olunmuş liqandlarda oksidləsmə yolu ilə C-C birləşmə reaksiyaları tapılmışdır. Son illər metal ionları ilə koordinasiya olunmuş liqandlarda azometin qruplarının iştirakı ilə gedən reaksıyaların öyrənilməsi üzrə işlər aparıılır. Keçid metalların müxtəlif üzvi liqandlarla koordinasion birləşmələri sintez olunmuş, onların quruluş və xassələri öyrənilmişdir. Koordinasiya olunmuş liqandların reduksiya-hidroksibenzilaminlərin oksidləşmə dehidrogenləşməşi reaksiyalarının kinetikası və mexanizmi və azometin rabitəsinin reduksiyası öyrənilmışdir. Son illər ultranazik metal lövhələrin, metal və oksidlərinin nanodispers tozlarının alınması üzrə elmi işlər aparılır. Ga-Bi, Ga-Pb və Ga-Tl sistemlərində, ərinti-buxar sərhədlərində ikiölçülü faza keçidi tapılmışdır. Müəyyəm olunmuşdur ki, bu keçid evtektik və monoevtektik nöqtələr arasında, likvidus nöqtəsinin yaxınlığında baş verir. İmidazol əsaslı ion mayelərdə ion maye-buxar sərhədində ferroelektrizm tapılmışdır və onun sayəsində 1v potensiallı elektrik sahəsi yaranır. Metal nitratlarının diollar və polidiollarla reduksiya reaksiyaları əsasında hissəcıklərinin ölçüləri 10 nm-dən 120 nm-ə qədər olan metal və oksid tozlarının hidrotermal sintez yolu ilə alınması metodikası işlənmişdir. |
||
| Kadr hazırlığı: | |||
| elmlər namizədlərinin sayı: | 17 | ||
| Əsas elmi əsərlərin adları: |
|
||
| Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü: | EPR Beynalxalq cəmiyyətinin üzvü | ||
|
|
Təltif və mükafatlar: |
"Əməkdə fədakarlığa görə"
medal; |
|
| Pedaqoji fəaliyyəti: | 1992-1998-cı illərdə Bakı Dövlət Universitetində və İstanbul (Marmara) Universitetində fiziki metodların tədqiqinə aid mühazirə demiş, xüsusi kurs aparmışam. |
||
| İş yeri və ünvanı: | AMEA akad. M.F.Nağıyev adına Kimya Problemləri İnstitutu, AZ1143, Azərbaycan Respublikası, Bakı ş., H.Cavid pr., 29 |
||
| Vəzifəsi: | Laboratoriya müdiri | ||
| Xidməti tel.: | (994 12) 5389654 | ||
| Ev tel.: | (994 12) 4218085 | ||
| Elektron poçtu: | ajdarmen@yahoo.com, ajdarmedjidov@gmail.com | ||


AMEA İnformasiya Texnologiyaları İnstitutu, 1995-2011