az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Anadan olduğu yer: Azərbaycan Respublikası, Füzuli rayonu, Qorgan kəndi
Təvəllüdü: 18.06.1947
Təhsili: Azərbaycan Dövlət Universiteti
Elmi dərəcəsi: İqtisad elmləri doktoru
Elmi rütbəsi: Professor
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 08.00.05. - Xalq təsərrüfatı və onun sahələrinin  (sənaye) iqtisadiyyatı, planlaşdırılması və idarə edilməsinin təşkili
Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: 2001, iqtisadiyyat 
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 121
Xaricdə çıxmış elmi əsərlərin sayı: 17
Əsas elmi nailiyyətləri:

Avtonəqliyyatın, neft maşınqayırma və neft-qaz sənayesinin iqtisadi səmərəliliyinin yüksəldilməsi və inkişafının idarə edilməsinə, neft-qaz və neft-maşınqayırma sənayelərinin birgə fəaliyyətinin iqtisadi problemlərinin həllinə, iqtisadi səmərəliliyinin qiymətləndirilməsi metodikasına, yanacaq-enerji kompleksinin resurs potensialının müəyyənləşdirilməsinə, ümumi daxili məhsulun proqnozlaşdırılması məqsədilə iqtisadi artımın enerji istehsalından (istehlakından) asılılığına, sənayenin iqtisadi-ekoloji qiymətləndirilməsinə, çevik maliyyə və vergi siyasətinə əsaslanan iqtisadiyyatın idarəolunan ekoloji modelinin yaradılmasına və bu problemlərin həllinə iqtisadi-riyazi üsul və modellərin tətbiqinə həsr olunub. Son dövrlərdə iqtisadi kibernetika və bazar iqtisadiyyatının qiymətli kağızlar bazarı və vergi sisteminin  fiskal siyasəti istiqamətində araşdırmalar  aparılır.

Kadr hazırlığı:
elmlər namizədlərinin sayı: 11
elmlər doktorların sayı:  2
Əsas elmi əsərlərin adları:
  1. Об одном подходе определения эффективности НТП в промышленности

  2. Методы оперативного планирования маятниковых грузовых автомобильных перевозок

  3. Нефтедобыча и нефтяное машиностроение: анализ взаимодействия

  4. A Fuzzy Tax Models for Regulating the Economics.
  5. Qiymətli kağızlar bazarı (kitab)

Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü:

Britaniyanın Kembric Beynəlxalq Bioqrafiya Mərkəzi və Amerikanın Şimali Karolina Bioqrafiya İnstitutunun idarə heyəti tərəfindən professor A.F.Musayev Dünya elm və təhsilin töhfələrinə görə Beynəlxalq Şərəf Diplomuna  və mükafata layiq görülmüş, onun adının təşkilatın hesabat kitabının 10-cu nəşrinə daxil edilməsi qərara alınmışdır.

Pedaqoji fəaliyyəti: 1977-ci ildən indiyə qədər baş müəllim, dosent, professor, kafedra müdiri
İş yeri və ünvanı: Vergilər Nazirliyi. Azərbaycan Respublikası, Landau küç,16
Vəzifəsi: Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi
Xidməti tel.: (994 12) 5382589
Ev tel.: (994 12) 4631122
Mobil tel.: (994 50) 3187277
Faks: (994 12) 5382589