az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Tel.:

(994 12) 5392776

Faks:

(994 12) 5392826

Email:

cyber@cyber.ab.az

Struktur bölmənin rəhbəri:

Yadulla Həmdulla oğlu Həsənli
Iqtisad elmləri doktoru, baş elmi işçi

İşçilərin ümumi sayı:

14

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

Ölkənin sosial-iqtisadi inkişafının tədqiqi və onları xarakterizə edən göstəricilərin təhlili və proqnozlaşdırılması üçün ekonometrik, sinergetik, qeyri-səlis, optimal və imitasiya modellərinin işlənməsi.

Struktur bölmənin əsas elmi nəticələri:

Azərbaycanın müvafiq statistik rəqəmləri toplanıb emal edilərək ölkənin makroiqtisadi subyektlərinin (ev təsərrüfatları, müəssisələr, dövlət, xarici aləm) makroiqtisadi bazarlar (pul, rifah, kapital və əmək bazarları) vasitəsilə qarşılıqlı əlaqələri modelləşdirilmişdir. Modelləşdirmədə tələb və təklif funksiyaları, o cümlədən pula tələb funksiyası, istehsal funksiyaları (Kobb-Duglas, CES), istehlak funksiyası, investisiya funksiyalarının ekonometrik modeli qurulmuş, təhlillər aparılmış, bazarın tarazlıq şərtləri öyrənilmiş və proqnozlar verilmişdir. Sahələrarası əlaqələr "Xərclər-ruraxılış" modeli ilə təhlil edilmiş iqtisadi artım modelləri realizə olunmuşdur.