|
|
Tel.: |
(994 12) 5390942 |
|
|
Faks: |
(994 12) 5392826 |
|
|
Email: | |
|
|
Struktur bölmənin rəhbəri: |
Eldar Həşim oğlu Şahbazov |
|
|
İşçilərin ümumi sayı: |
5 |
|
|
Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: | Neft və qaz hasilatında müasir ehtimal-statistik metodlardan istifadə etməklə avadanlıqların qalıq resurslarının qiymətləndirilməsi və proqnoz proseduralarının işlənib hazırlanması |
|
|
Struktur bölmənin əsas elmi nəticələri: |
1. Neft və qaz yataqları işlənməsinin qiymətləndirilməsinə, neft və qazçıxarmada əsas texniki və texnoloji parametrlərin ehtimal-statistik üsullarla emal edilməsinə baxılmış, bu məsələnin həllində istifadə edilə biləcək müasir iqtisadiyyatda işlənən üsullar təhlil olunmuşdur. Neft və qaz çixarılmasında səmərəliliyin qiymətləndirilməsi metodu işlənib hazırlanmış, Azərbaycan neftçixarma sənayesinin iqtisadi göstəricilərindən istifadə etməklə aprobasiya olunmuş və müsbət nəticələr alınmışdır. Təklif olunan metodika bu və ya digər investisiya layihəsinin reallaşdırılması prosesində diskont sərhədinin mövcudluğunu kifayət qədər ehtimalla guman etmək və onun üç komponenti: investisiya qoyuluşu prosesi, investisiyanın ödənilməsi prosesi və gəlirin əldə olmasının başlanğıcının və onun tendensiyasının fiksasiyası üzrə müşahidə etmək imkanı verən metodika təklif olunmuşdur. 2. Ilk dəfə olarag sərmayəçiyə risqdən istifadə etməklə investisiya qoyuluşu prosesinə fəal müdaxilə etmək imkanı verən, qoyulan investisiyalarının nəticələrini korreksiya etmək metodu işlənmişdir. Təklif olunan metodikanın tətbiqi aşağıdakı imkanlar yaradır: mənfəət həcmlərinə nəzarət etmək və həmçinin layihənin hər hansı bir mərhələsində ödənilmiş məsrəflərin payını proqnozlaşdırmaq, zaman kəsiyində məsrəflərin tam ödənilməsini proqnozlaşdırmaq və məsrəflərin tam ödənilməsindən sonra layihənin hər hansı bir mərhələsində mənfəət həcmlərini proqnozlaşdırmaq |

AMEA İnformasiya Texnologiyaları İnstitutu, 1995-2011