az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün
Ana səhifə Strukturİnstitut və təşkilatlar Kibernetika İnstitutu24 saylı laboratoriya "İnnovasiya yönümlü informasiya texnologiyaları"

Tel.:

(994 12) 4392253

Faks:

(994 12) 4392826

Email:

cyber@cyber.ab.az

Struktur bölmənin rəhbəri:

Qəmbər Ağaverdi oğlu Quliyev

İşçilərin ümumi sayı:

21

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: Yeni informasiya texnologiyaları əsasında effektiv informatika vasitələrinin, qurğularının və sistemlərinin yaradılması
Struktur bölmənin əsas elmi nəticələri:
  1. Kompressor stansiyaları və analoji  obyektlərin əsas hissələri analiz edilmiş və müəyyənləşdirilmişdir ki, belə obyektlərin texniki vəziyyətini xarakterizə edən əsas  parametrlərdən biri vibrasiyadır. Müxtəlif aqreqatlarda yüksək vibrasiya yaradan qovşaqlar və vibrasiya nəzarət nöqtələri araşdırılmışdır. Bəzi aqreqat tipləri üçün müxtəlif qovşaq və sistemlərdəki nasazlıqlarda vibrasiya  siqnalları arasındakı əlaqə  müəyyənləşdirilmişdir.

  2. Göstərilmişdir ki, kompressor stansiyalarında yeni yaranmaqda olan nasazlıqlar özlərini vibrasiya siqnalının tərkibindəki əngəllər (küylər) şəklində göstərir. Mövcud vibrodiaqnostika sistemləri bu əngəlləri qiymətləndirə bilmədiyindən və ümumiyyətlə atmağa  çalışdığından bu sistemlərdə diaqnostikanın səviyyəsi  aşağı olur və geciikmiş  alınır.

  3. Kompressor stansiyalarında  qəzaların diaqnostikası  və proqnozu üçün  robast informasiya sistemi yaradılmışdır. Texniki obyektlərdə mikroyerdəyişmələrin vibrasiya siqnallarında yaratdığı əngəllərin (küylərin) analizi vasitəsi ilə  qəzaları aşkar etməyə imkan verən alqoritmlər yaradılmışdır.