![]() |
Ana səhifə
İdarəetmə və informatika, siqnalların analizi texnologiyaları,
stoxastik proseslər və sistemlər, modelləşdirmə, identifikasiya və
optimallaşdırma, intellektual sistemlər və texnologiyalar, intellektual
hibrid informasiya sistemləri, qərar qəbuletmə texnologiyaları,
informasdiya-kommunikasiya texnologiyaları,
informasiya sistemləri və şəbəkələri, iqtisadiyyatda informasiya
texnologiyaları.
RİYAZİ MODELLƏŞDİRMƏNİN, İDARƏETMƏNİN VƏ
AVTOMATLAŞDİRMANIN NƏZƏRİ VƏ TƏTBİQİ
PROBLEMLƏRİ
ÜZRƏ:
1. Seysmoaktiv regionlarda gücdən düşmüş
yataqlardakı istismarı dayandırılmış dərinlik neft quyularının polad
lüləsi vasitəsi ilə, yerin dərin təbəqələrindən alınan seysmoakustik
informasiyanın küylərinin analizi əsasında anomal seysmik proseslərin
intellektual monitorinqi texnologiyası və seysmoakustik intellektual
telemetrik sistemi təklif edilmişdir.
(İcracılar: akad. T.A.Əliyev, akad.
Ə.M.Abbasov, t.e.n. E.R.Əliyev,
Q.Ə.Quluyev,
F.Paşayev)
2.
Ürək-damar patalogiyasının gizli dövrünün
indikasiyası texnologiyası və sistemi yaradılmış, sinaqdan çıxmış və
Səhiyyə Nazirliyinə təqdim etmək üçün hazırlanmışdır.
(icraçılar - akad. T.A.Əliyev, akad.
Ə.M.Abbasov, O.V.Axundov, Q.A.Quliyev, t.e.n. A.H.Rzayev, F.Paşayev)
3. Robast mövqeli-binar və küyanalizi
texnologiyasından istifadə etməklə, vattmetroqramlar əsasında neft
quyularının (yeraltı və yerüstü avadanlıqların texniki vəziyyətlərinin
intellektual monitorinq sisteminin layihəsi təklif olunmuşdur.(icracılar
akad. T.A.Əliyev, t.e.d. O.Q.Nüsrətov, Q.A.Quluyev, F.Ş.Paşayev)
4.
Banax fəzasında tamam kəsilməz
operatorları özündə saxlayan yeni operatorlar sinfi tapılmış və onun
vasitəsi ilə tamam kəsilməz operatorların sonlu ölçülü operatorlarla ən
yaxşı yaxınlaşması araşdırılmış və tapılmışdır. (icracı - akad.
C.E.Allahverdiyev).
5. Naməlum parametrlərinin sayı artan
xətti regressiya modellərinin etibarlılıq zolağını qurmaq ücun yeni
yanaşma təklif edilmişdir və göstərilmişdir ki, bəzi hallar üçün təklif
olunan yanaşma daha dar etibarlılıq zolağını qurmağa imkan verir. Praktiki
məsələlərdə etibarlılıq zolağını qurmaq üçün proqram təminatı
işlənmişdir
(icracı - müxbir
üzv A.H.Hacıyev).
6. Siqnalların mövqeli-binar
identifikasiya texnologiyasında əsas amillərindən olan ikilik kodlar
yığımlarının identifikasıyanın etibarlığına təsiri tədqiq edilmişdir.
Hesablama eksperimentləri əsasında təsdiq
olunmuşdur ki, bir qrup ikilik kodlar tsiklik siqnalların mövqeli-binar
identifikasiya texnologiyasının etibarlılığını artırır.
(icraçı t.e.d.
O.Q.Nüsrətov).
7. Klassik şərtlər pozulan halda
robastlıq kəmiyyətinin köməyi ilə konfluyent analizin nəticələrinin
dəqiqləşdirilməsi texnologiyaları təklif edilmişdir. Həmin texnoloqiyalar
inşaat materialları istehsalının modellərinin adekvatlığının
yaxşılaşdırılması ücün istifadə edilmişdir.
(icraçı t.e.d., prof. N.F.Musayeva).
8. Neft çənlərinə yanacağın dolması,
saxlanması və boşaldılması proseslərinin riyazi-statistik modellər
qurulmuş və nəzarət-ölçü intellektual idarəetmə sisteminin strukturu və
alqoritmləri işlənmişdir. (icraçılar f.r.e.d., prof. T.H.Nəsirova,
t.e.n., dos. M.M.İsayev).
9. Ümumi daxili məhsulun (ÜDM) kapital və
işçi qüvvəsinə görə marjinal elastiklik əmsalları qiymətləndirilmiş
inflyasiyanın qısa və uzun müddətli dövrlər üçün ekonometrik modelləri
qurulmuşdur. Modelləşdirmə nəticəsində inflyasiyanın səviyyəsinə təsir
edən amillər müəyyənləşdirilərək, onların təsiretmə əmsalları tapılaraq
şərhlər verilmişdir. (icraçı i.e.d., dos. Y.H.Həsənli).
10. Regionların inkifişaf səviyyəsinin
qiymətləndirilməsinin Fuzzy klaster modeli yaradilmışdır.
(icraçı i.e.d., prof. Q.C.İmanov).
11. Azərbaycan ərazisindən axan çaylarin
təbii və antropoloji amillər nəticəsində hidro-ekoloji vəziyyətinin,
axınların xarakterinin mövsümi dəyişməsinin və hövzə formalaşmasının
monitorinqi və proqnozlaşdırılması proseslərinin riyazi modelləri
yaradılmış, bu modellərin mühüm əhəmiyyətli xalq təsərrüfatı
məsələlərinin həllinə tətbiqi üsulları araşdırılmış, respublikamızın su
hövzələrində suyun keyfiyyətinin qiymətləndirilməsi və idarə edilməsi
üçün operativ müdaxilə variantlarını və üsullarını müəyyən edən əsas
prinsiplər işlənilmişdir.
(icraçı: t.e.d., dos. A.B.Həsənov)
12. Tamədədli proqramlaşdırma
məsələlərinin yaxşılaşdırılmış suboptimal həllinin qurulması üçün iki
mərhələli üsul işlənmişdir və onun optimal həlləri olan nisbi xətası
qiymətləndirilmişdir.
(İcraçı f.-r.e.d., dos. K.Ş.Məmmədov)
13. Küylənmiş qeyri-stasionar siqnalların
əngəllərinin dispersiyasının hesablamasının informasiya texnologiyası
işlənmişdir. (icraçı t.e.n. T.Ə.Əlizadə)
14. Optimal qida rejiminə görə gübrələrin
seçilməsi modeli, ekspert sistemi və proqram təminatı yaradılmışdır. (icraçı
f.r.e.n., dos. Ə.B.Paşayev).
15. Bitkilərin normal inkişafı üçün qida
maddələrinin verilmiş nisbətdə mənimsənilməsini təmin edən və gübrələrin
küllüsündən verilmiş nisbəti almaq üçün qərar qəbuletmə sistemi
işlənmişdir.
(İcraçı f.r.e.n.,
dos. Ə.B.Paşayev).
16. Dəyişən strukturlu kəsilən dinamik
sistemlərin optimal idarəetmə məsələləri sinfi tədqiq olunmuşdur. Məlum
məsələlərdən fərqli olaraq, bu sinifdə həm idarəedici təsirlər, həm də
sistemin bir strukturdan digər struktura keçmə şərtləri
optimallaşdırılır. Optimallıq üçün birinci tərtib zəruri şərtlər alınmış,
həll alqoritmləri işlənmiş, ədədi eksperimentlər aparılmışdır.
(icraçılar f.r.e.d., prof. K.R.Ayda-zadə,
S.Z.Quliyev).
17. Vahid riyazi üsullar, informasiya
texnologiyaları bazasında çap, çap hərfləri ilə yazılmış əlyazma,
əlyazma mətnlərini və azərbaycan nitqinin sözlərinin tanınması üçün
kompüter tanıma sistemləri işlənmişdir. Hər bir tanıma sistemində
açıqlıq, çoxsəviyyəlilik, çoxmetodluluq prinsipləri və onların
intellektual səviyyəsini yüksəltmək üçün azərbaycan dilinin leksikonu və
lüğətini özünə daxil edən biliklər bazası istifadə edilir. (icraçılar
f.r.e.d., prof. K.R.Ayda-zadə, t.e.n. Mustafayev E.E., Rüstəmov S.S.,
Şərifova A.M, Həsənov C.Z.).
18. Praktiki nöqteyi-nəzərdən asan
realizə olunan idarəedici təsirlər hissə-hissə sabit, hissə-hissə
xətti, impuls və Hevisayd funksiyalar siniflərində toplanmış parametrli
sistemlərin optimal idarəetmə məsələləri tədqiq olunmuşdur. Həm
idarəetmənin qiymətlərinə görə, həm də onların təsir anlarına (intervallarına)
görə optimallıq üçün birinci tərtib zəruri şərtlər alınmış, alqoritmlər
işlənmiş, ədədi eksperimentlər aparılmışdır. (icraçılar f.r.e.d., prof.
K.R.Ayda-zadə, t.e.n. A.B.Rəhimov, Əşrəfova Y.R.)
19. Neft quqyularında baş verən fəsad və
mürəkkəbləşmələrin səviyyə təsnifatının təşkili məsələsi
ümumiləşdirilərək ədədi əlamətlərlə təsvir edilən obyektlərin optimal
təsnifatının qurulması alqoritmi işlənmiş və həmin alqoritmin
hesablanma mürəkkəbliyi (tələb olunan əməllər sayının
yuxarı sərhəddi) qiymətləndirilmiş, işlənmiş alqoritmin P polinomial
alqoritmlər sinfindən olması isbat edilmişdir.
(icraçılar
f.r.e.n., dos. K.F.Şirinov, f.r.e.d., prof.
Ə.K.Kərimov, R.İ.Davudova).
20. Rabitədə mühüm rol oynayan teleqraf
tənliyini ,simin rəqs tənliyini və bir çox model tənlikləri
ümumiləşdirən dördtərtibli psevdoparabolik tənlik üçün yüklənmiş
sərhəd şərtli qeyri-lokal sərhəd məsələsi tədqiq edilmiş və onun üçün
inteqral şəkildə korrektlik şərti tapılmışdır. (icraçı- f.-r.e.n.
İ.Q.Məmmədov)
21. Zəif strukturlaşan faydalılıq
iqtisadi kateqoriyasının neuro-fuzzy modeli işlənmiş və iqtisadi optimal
davranış məsələlərində tətbiq edilmişdir. (icraçı f.r.e.n., dos.
R.R.Rzayev).
22. Qeyri-səlis zaman sıralarının
neyro-şəbəkəli məntiqi bazisdə proqnozlaşdırılmasının alqoritmi və
proqram simulyasiyası işlənmişdir.
(icraçı f.r.e.n.,
dos. R.R.Rzayev).
23.
Ikiölçülü Volterra tipli inteqral tənliklər sistemi ilə, Volterra tipli
fərq tənliklər sistemi ilə, Barbaşin tipli inteqro-diferensial tənliklər
sistemi ilə təsvir olunan və tipik olmayan optimal idarəetmə
məsələlərində optimallıq ücün birinci tərtib zəruri şərt alınmış və
məxsusi hallar tətqiq olunmuşdur.
(icraçılar f.r.e.d., prof. K.B.Mənsimov,
f.r.e.n. J.B.Əhmədova E.E.Cəfərov,
İ.F.Nagıyeva,
P.O.Məstəliye39
24. Layihələrin qenetik kodunun
formalaşma prinsipləri müəyyən edilmiş, reqionların inkişafı
layihələrinnin idarə edilməsində biliklərin transfer modeli ŞLÜZ modeli,
layihələrin qenetik kodu əsasında Layihə-Mühit idarəetmə modeli
işlənmişdir.
(icraçı t.e.d.
İ.Ə.Babayev).
25.
Müxtəlif sahələrdə tətbiq olunan riski idarəetmə sistemləri geniş təhlil
olunmuş, respublikanın sənaye-iqtisadi strukturları üçün onların
xarakterik cəhətləri müəyyən edilmiş, riskin idarə olunması sisteminin
ümumi funksional modeli qurulmuş, modelin elementlərinin qarşılıqlı
əlaqə sxemi işlənmiş və risklərin idarə olunmasının ümumi həll alqoritmi
təklif edilmişdir.
(İcraçı t.e.n. E.R.Əliyev).
26. Elektron rəqəmli imzanın yaradılması
üçün proqram vasitələri təhlil edilmiş və korporativ şəbəkələrdə həll
arxitekturası müəyyən edilmişdir, PKIaçıq açarlar infrastrukturu əsasında,
informasiyanın təhlükəsiz, zəmanətli çatdırılması
alqoritmləri işlənmişdir. (İcraçı t.e.n. E.R.Əliyev).
27. Çirkləndirici maddələrin su
hövzələrinə birdəfəlik (ani) axını zamanı su hövzələrində çirkləndirici
maddələrin yayılmasını hesablamaq üçün riyazi model qurulmuşdur.
Hesablamalar üçün silindrik koordinatlarda yazılmış turbulent diffuziya
tənliyyinə əsasən işlənmiş metod tətbiq edilmişdir. Bu metod tullantı
suların töküldüyü yerdən ixtiyarı məsafədə çirkləndirici maddələrin
konsentrasiyasını müəyyən etməyə imkan verir.
(icraçı
f.-r.e.n., dos. Ə.B.Sadıqov).
28.
Tamədədli proqramlaşdırma məsələlərinin
yaxşılaşdırılmış suboptimal həllinin qurulması üçün iki mərhələli üsul
işlənmişdir və onun optimal həlləri olan nisbi xətası
qiymətləndirilmişdir.
(icraçı f.r.e.d. K.Ş.Məmmədov).
İNFORMASIYA-TELEKOMMUNİKASİYA
SİSTEMLƏRİNİN NƏZƏRİ VƏ TƏTBİQİ PROBLEMLƏRİ
29. Elastik və qeyri-elastik sorğulara
xidmət edən qarışıq çoxsürətli sistemlərin erqodiklik şərtləri
tapılmışdir və bu şərtlər ödənildikdə onların keyfiyyət göstəricilərinin
hesablanması üçün səmərəli üsullar təklif olunmuşdur.
(icracılar:
müxbir üzv A.Z.Məlikov, t.e.n., dos.
M.İ.Fəttahova, t.e.n. F.N.Nağıyev, V.Ş.Feyziyev, A.M.Rüstəmov).
30. Ümumikanal siqnallaşma sistemlərinin
işləmə keyfiyyətinin yüksəldilməsi üçüun üsul işlənilmişdir. Bu üsul
mövcud üsullardan fərqli olaraq, real şəbəkələrdə əlavə xidmətlərin,
qoşulmaların yaratdığı yüku və sistemin informasiya xarakteristikalarını
nəzərə almaqla yaradılmışdır.
(patent š Ā20080112, Í04), (icraçı
t.e.d. B.Q.İbrahimov).
31. Azərbaycan dilində cümlənin formal
sintezatorunun qurulmasına imkan verən sintez alqoritmləri və bu
alqoritmlərin normal işini təmin edən qrammatik və leksik informasiya
bazaları yaradılmışdır. Alınmış nəticələr Dilmanc MT sisteminin
ingiliscə-azərbaycanca tərcümə modulunun yaradılmasında tətbiq
edilmişdir. (icraçı t.e.n. Ə.B.Fətullayev, R.Ə.Fətullfyev).
32. Naxış və ornamentlərin tanınma və
identifikasiya üsulları işlənmiş, müstəvi üzərində mürəkkəb, çoxrəngli
fiqurların tanınması rəng piksellərinə görə üç növ dekompozisiya
vasitəsilə riyazi statistika, informatika, süni intellekt, fizikanın
optika və mexanika nəzəriyyələri əsasında yerinə yetirilib. Azərbaycan
xalçaçılıq məktəbi əsas 6 sinfə ayrılır, onlara aid 1300 naxış və
ornament tanınıb, bunun üçün ilk mərhələdə 300 xalı ekspertizadan keçib
və tanınma 97,7% təşkil edib.
Yaradılmış sistem Azərbaycan Xalça
Muzeyi ilə bağlanmış müqaviləyə görə hal-hazırda onlara verilmiş və
tarixi və maddi qiymətə malik 2200 xalının pasportu hazırlanıbdır. Baza
Azərbaycan xalçalarının Dövlət reyestrinin yaradılmasında istifadə
ediləcək. (icraçı f.r.e.n., dos. G.G.Abdullayeva)
1. Neftçıxarma obyektlərinin yeni nəsl
intellektual monitorinq nəzarət və diaqnostika sistemləri yaradılmış,
istehsalat şəraitində müvəffəqiyyətlə sınaqdan keçirilmiş və H.Əliyev
adına Neftayırma zavodunun kompressor stansiyasında, Şirvan OİL
şirkətinin 190 quyusunda, Qarasu əməliyyat şirkətinin 10 quyusunda,
Suraxanı OİL, Binəqədi OİL və Balaxanı neftqazçıxarma idarəsinin hər
birinin iki quyusunda tətbiq olunmuşdur. Hər bir quyuda 50 faizə qədər
elektrik enerjisinə qənaət və təmir arası vaxtını 2 dəfədən çox artması
təmin olunaraq, həmin obyektlərin rentabelliyi xeyli yaxşılaşdırılmışdır. Sistemin
yeniliyi beynəlxalq patentlə təsdiq edilmişdir.
(İcraçılar: akad. T.A.Əliyev, Q.Ə.Quluyev,
A.H.Rzayev, F.H.Paşayev).
2. İstismarı dayandırılmış neft
quyularının polad lülələrində yerin dərin qatlarındakı seysmik
proseslərin təsirindən alınan akustik informasiya vasitəsi ilə işləyən
yeni seysmoakustik intellektual sistemin qurulma və işləmə prinsipi
təklif edilmiş, onun maketi müvəffəqiyyətlə sınaqdan keçirilmişdir.
Zəlzələlərin standart seysmostansiyalar vasitəsilə qeydə alınacağı vaxtı
əvvəlcədən xəbər vermə imkanına malik olan bu sistemin Geologiya
institutu və Seysmik mərkəzlə birlikdə Şirvan, Abşeron və Siyəzən-Dəvəçi
regionlarında real şəraitdə sınaqdan keçirilməsi üçün hazırlıq işi başa
çatdırılmışdır.
Layihənin yeniliyi 2 Beynəlxalq və 2
Avrasiya patenti ilə təsdiq edilmişdir.
(İcraçılar: akad. T.A.Əliyev, Q.Ə.Quluyev,
A.H.Rzayev, F.H.Paşayev).
3. Azərbaycan dilində nitqin tanınması və
mətnlərin səsləndirilməsi sistemlərinin ilk versiyaları
yaradılmış və Jenevrədə keçirilən beynəlxalq
telekommunikasiya sərgisində (ITU Telecon WORLD 2009, 5-9.10.09) nümayiş
etdirilmişdir.
(İcraçılar: t.e.d., akad. Ə.M.Abbasov,
t.e.n. Ə.B.Fətullayev).
4. Azərbaycan torpaqlarının müasir
təsnifatının informasiya modeli yaradılmışdır. Ağac strukturuna uyğun
verilənlər bazası layihələndirilmiş, bazanı informasiya ilə doldurmaq
üçün kliyent-server arxitekturalı proqram kompleksi yaradılmışdır.
Aqrokimya və Torpaqşunaslıq İnstitutunda toplanmış biliklər bazaya
doldurulmuşdur. Verilənlər bazasındakı informasiyanı web-texnologiyasına
uyğun görüntü proqramı (Web sayt) hazırlanmışdır və reqionların inkişaf
proqramında istifadə olunması üçün hazır vəziyyətə gətirilmişdir.
(İcraçılar: akad. T.A.Əliyev, f.-r..e.n.,
dos. Ə.B.Paşayev, müxbir üzv M.P.Babayev, kənd təs. e.n.
S.Hüseynova).
5. Çox terminallı kütləvi xidmət
sistemləri üçün xidmət anlarının gecikdirmə sinfində idarə etmə
nəzəriyyəsi yaradılmışdır. Tələblərin orta gözləmə müddətini və xidmətə
sərf olunan enerji miqdarını azaldır. Gösrərilmişdir ki, tələblərin orta
gözləmə müddətini minimumlaşdıran optimal funksiya tapılmışdır. Alınan
nəticələri nümayiş etdirən misallar verilmış və praktiki məsələlərdə
istifadə yolları göstərilməşdir.
(İcraçı: f.-r.e.d., müxbir üzv
A.H.Hacıyev).
6. Ölkəmizin maliyyə stabilliyi
indeksinin qiymətləndirilməsinin Fuzzy-ehtimal modeli yaradılmışdır.
(İcraçı: i.e.d., prof. Q.C.İmanov).
7. Ekonometrik modellər əsasında manatın
məzənnəsinə (bahalaşmasına) təsir edən faktorlar (xarici ölkələrdə
qiymətlərin səviyyəsi, neft gəlirlərinin artması, Mərkəzi bankın valyuta
bazarına müdaxiləsi, inflyasiya və s.) qiymətləndirilmişdir.
(İcraçı: i.e.d., dos. Y.H.Həsənli).
8. Tsiklik siqnalların mövqeli-binar
identifikasiya texnologiyasına və qeyri-səlis çoxluqlar nəzəriyyəsinə
əsaslanan, siqnalların analizi və identifikasiyası üçün hibrid sistemin
qurulması təklif edilmişdir. İlkin eksperimentlər ğöstərmişdir ki,
nefqazçıxarma obyektlərində mürəkkəb tsiklik siqnalların tanıma
etibarlığının artmasını təmin edir.
(İcraçılar: t.e.d. O.Q.Nüsrətov, f.-r.e.n.
R.R.Rzayev).
9. İnşaat materialları istehsalının
riyazi modellərinin adekvatlığının yaxşılaşdırılmasının hibrid
informasiya texnologiyaları yaradılmışdır.
(İcraçı t.e.d., prof. N.F.Musayeva).
10. Dağ və dağətəyi reqionlarda
ekoloji proseslərin tədqiqi üçün proqnozlaşdırma modelləri işlənmişdir.
(İcraçı: t.e.d., dos. A.B.Həsənov).
11. Azərbaycan əl xalçalarının
fraqmentləri üzrə surətlərin identifikasiyası və tanınma alqoritmləri
işlənmiş və bunun əsasında naxış və ornamentlərin bərpa qaydaları təklif
olunmuşdur.
(İcraçı: f.-r.e.n., dos. G.G.Abdullayeva).
12. Çoxsürətli xidmət sistemlərində çoxlu
sayda parametrlərdən asılı daxilolma strategiyalarından istifadə
edildikdə onların keyfiyyət göstəricilərinin hesablanması üçün səmərəli
üsullar təklif olunmuşdur
(İcraçılar: t.e.d., m.-üzv A.Z.Məlikov,
t.e.n., dos. M.İ.Fəttahova, t.e.n. F.N.Nağıyev, V.Ş.Feyziyev).
13. Neftemalı, Neftkimiya, Energetika,
tikinti materialları və s. sənaye obyektlərinin rentabelliyini artırmaq
məqsədi ilə onların riyazi modelləşdirilməsi və identifikasiyası zamanı
statistik dinamika məsələsinin həllinin adekvatlığını yaxşılaşdırmaq üçün
normallaşdırılmış korrelyasiya matrislərini tərtib edərkən, onun
bir sıra elementlərində yaranan gizli xətaları aradan qaldırmağa imkan
verən alqoritmlər və texnologiyalar təklif edilmişdir.
(İcraçı: akad. T.A.Əliyev).
14. Ürək-damar xəstəliklərinin gizli
dövrünü aşkar etməyə imkan verən cihazın partativ maketi hazırlanmış,
sınaqdan keçirilmiş və kliniki şəraitdə istifadə olunması üçün
kardioloqlara təhvil verilmişdir.
(İcraçılar: akad. T.A.Əliyev, Q.Ə.Quluyev,
A.H.Rzayev, F.H.Paşayev).
15. Reqressiya modelləri çərçivəsində
olan verilənlərin böyük massivlərinin statistik analizi üçün informasiya
sistemi yaradılmışdır. Yeni yaradılan informasiya sistemi müxtəlif
praktiki sahələrdə bu günə qədər statistik analizi mümkün olmayan
verilənlərin böyük massivlərin analizinə tətbiq oluna bilər.
(İcraçı: f.-r.e.d., müxbir üzv
A.H.Hacıyev).
16. Dinamik sistem kimi iqtisadi sistemin
real vəziyyətinin vergi-fiskal nöqteyi nəzərindən qiymətləndirilməsi
modelləri işlənilmiş, dürüst olmayan ehtimallar əsasında
qərarların analizinin təklif edilən nəzəriyyəsi üçün hesablama strukturu
hazırlanmışdır.
(İcraçı i.e.d., prof., müxbir üzv
A.F.Musayev).
17. Toplanmış və paylanmış parametrli
obyektlərdə idarəetmə oblastının sərhədinin yekünlaşması zamanının
optimallığı üçün konstruktiv zəruri şərtlər alınmışdır. Alınan
optimallıq şərtləri praktikada meydana gələn müxtəlif məsələlər sinfinin
həll alqoritmləri və metodlarının qurulması üçün istifadə olunmuşdur.
Uyğun proqram təminatı işlənmişdir, model məsələlər üzərində ədədi
eksperimentlər aparılmışdır.
(İcraçılar: f.-r.e.d., prof. K.R.Ayda-zadə,
f.-r.e.n. Y.R.Əşrəfova,
f.-r.e.n. A.B.Rəhimov, f.-r.e.n.
S.Q.Talıbov).
18. Zamanın ayrı-ayrı anlarında və
obyektin ayrı-ayrı nöqtələrində müşahidələrin nəticələrinə görə
toplanmış və paylanmış parametrli sistemlərə nəzərən əks əlaqəli
idarəetmənin sintezi məsələsinin qoyuluşu hazırlanmısdır. Uyğun riyazi
modellər yüklənmiş diferensial tənliklərlə təsvir olunur. Optimallıq
üçün konstruktiv zəruri şərtlər alınmışdır ki, bunlar da uyğun
məsələlərin həlli üçün ədədi üsullar qurmağa imkan verir. Ədədi
eksperimentlər aparılmışdır.
(İcraçılar: f.-r.e.d., prof.
K.R.Ayda-zadə, t.e.n. V.M.Abdullayev,
f.-r.e.n.
S.Z.Quliyev, f.-r.e.n. S.R.Musayev).
19. Ekoloji proseslərin dinamik
strukturlu, böyük həcmli informasiya və biliklər bazasından istifadə edilməsi,
operativ monitorinq məlumatları əsasında hesabat alqoritmlərinin
yaradılması üçün nəzəri modelləşdirmə üsulları təkmilləşdirilmiş, tətbiq
olunan modellərin adekvatlığının daha da artırılması məqsədilə tədqiqat
obyektləri mürəkkəb reologiyalı çoxkomponentli mühitlər, orada baş verən
proseslər isə turbulent diffuziya prosesləri kimi modelləşdirilmişdir.
(İcraçı: t.e.d., dos. A.B.Həsənov).
20. Xəzər dənizi regionunda ekoloji,
sosial-iqtisadi və geopolitik situasiyanı əks etdirən texnologiyalar və
onların konseptual əsasları işlənmişdir.
(İcraçı t..e.n., dos. R.Ə.Qarayev).
21. Qeyri-səlis çoxluqlar nəzəriyyəsindən
istifadə etməklə müəssisələrdə çalışan işçilərin peşəkarlıq
səviyyələrini və peşəkarlıq inkişafını operativ qiymətləndirən
intellektual informasiya sistemi işlənmişdir.
(İcraçı: f.-r.e.n., dos. R.R.Rzayev).
22. Çatlı mühitlərdə mayelərin
süzülməsinin öyrənilməsi, qrunt torpaqlarında rütubətin ötürülməsi və.s.
məsələlərin öyrənilməsi zamanı rast gəlinən dördtərtibli psevdoparabolik
tənlik üçün Koşi məsələsi tədqiq edilmiş və qurulan fundamental həllinin
köməyi ilə həllin inteqral təsviri tapılmışdır.
(İcraçı: f.-r.e.n. İ.Q.Məmmədov).
23. Hər iterasiyada mümkün həllər
oblastının həm daxili, həm də xarici hissəsini nəzərə almaqa imkan
verən tamədədli proqramlaşdırma məsələsinin suboptimal həllinin
tapılması üçün yeni iterativ həll üsulu işlənmişdir.
(İcraçılar: f.-r.e.d. K.Ş.Məmmədov, f.-r.e.n.
S.S.Mərdanov, S.H.Hüseynov).
24. Qazdan təhlükəli müəssisənin ekoloji
modelinin qurulması üçün üç tənlikdən ibarət xüsusi törəməli 2-ci tərtib
diferensial tənliklər sistemindən ibarət olan Navye-Stoks tənliyinin
bazasında riyazi model qurulmuşdur.
(İcraçı: f.-r.e.n. Ə.B.Sadıqov).
25. Hər biri məhdud lüğət ehtiyatına
malik olan tematik yönümlü nitqin tanınması üçün nəzərdə tutulan
müxtəlif altsistemlərdən ibarət olan azərbaycan nitqinin kompüter tanıma
sistemi işlənib hazırlanmışdır. Altsistemlərə bölünmə tanımanın
effektivliyini və keyfiyyətini artırır. Sistemdə tanımaya təqdim
olunan tələbdən asılı olaraq tanımanın dəqiqlik və effektivlik səviyyəsi
dərəcələrinin müxtəlif variantlarının seçimi nəzərdə tutulmuşdur.
(İcraçılar: f.-r.e.d., prof.
K.R.Ayda-zadə, t.e.n. E.E.Mustafayev, t.e.n. S.S.Rüstəmov, f.-r.e.n.
S.Q.Talıbov).
26. Elektron sənədlərin imzalanması,
şifrələnməsi və elektron dövriyyəsi sistemi yaradılmışdır.
(İcraçı: t.e.n. E.R.Əliyev).
27. Regionların davamlı sosial-iqtisadi
inkişafını təmin edən idarəedici qərarqəbuletməni dəstəkləyən
informasiya sistemi yaradılmışdır.
(İcraçı: t.e.n. E.R.Əliyev).
28. Surətlərin tanıma üsullarından
istifadə etməklə avtomatlaşdırılmış atıcılıq proqram-texniki kompleksi
işlənmişdir. Sistem müxtəlif növ atıcı alətlərdən atəşlərin aparılmasını
imitasiya etmək və atəş nəticələrinin hesabatını aparmaq imkanı verir.
Proqram-texniki kompleksi sınaqdan keçirmək üçün Müdafiə Sənayesi
Nazirliyinə təqdim edilib.
(İcraçılar : f.-r.e.d. K.R.Aydazadə,
t.e.d. A.B.Həsənov, t.e.n. E.E.Mustafayev, f.-r.e.n. A.B.Rəhimov).
29. Layihələrin genetik modellərinin
işlənməsi, genetik kodun formalaşma prinsipləri və bu prinsiplər
əsasında biliklər modelinin formalaşması texnologiyası təklif edilmişdir.
(İcraçı: t.e.d. İ.Ə.Babayev).
30. Neft kəmərlərində və terminallarında
texnoloji parametrlərə kompleks nəzarəti təmin edən informasiya-ölçmə
intellektual sistemi işlənmişdir.
(İcraçı t.e.n., dos. M.M.İsayev).
31. Müxtəlif həndəsi ölçülərə malik neft
çənlərinin (rezervuarların) maye yanacaqla
doldurulması, saxlanması və boşaldılması proseslərində kommersiya hesabı
məqsədilə yüksək dəqiqliyə malik yeni avtomatlaşdırılmış dərəcələmə
sistemi və onun kompleks alqoritmləri işlənmişdir.
(İcraçılar: t.e.n., dos. M.M.İsayev,
t.e.n. Ş.Ə.Musayev, İ.E.Hüseynov).
32. Bir və ikiölçülü Volterra tipli
inteqral tənliklər və onların diskret analoqları ilə təsvir olunan
optimal idarəetmə məsələlərində optimallıq üçün birinci tərtib zəruri
şərtlər alınmış və məxsusi idarələr tədqiq edilmişdir.
(İcraçılar: f.-r.e.d., prof. K.B.Mənsimov,
f.-r.e.n. J.B.Əhmədova, R.R. Əmirova).
33. Cəm semimarkov dolaşma prosesinin iki
səviyyəli sistemi tədqiq olunmuşdur. Prosesin paylanması və onun əsas
xarakteristikaları tapılmışdır.
(İcraçılar: f.-r.e.d., prof. T.H.Nəsirova,
E.A.İbayev).
Azərbaycanda
Kibernetika sahəsində ilk tədqiqatlar 1952-ci ildə AEA-dakı Neft ekspedisiyası
nəzdində Elektromodelləşdirmə laboratoriyasında başlanmışdır.
1952-1953-cü illərdən bu laboratoriyada quraşdırılmış
şəbəkə modellər maşını neft ıaylarındakı müxtəlif proseslərin
modelləşdirilməsi, süzülmə nəzəriyyəsi və neft yataqlarının əlverişli işlənməsi məsələləri həll edilirdi.
Neft ekspedisiyasının yenidən təşkili ilə əlaqədar olaraq Laboratoriya 1956-cı ildə Elmlər
Akademiyasının Fizika və Riyaziyyat, 1958-ci ildə isə Riyaziyyat və
Mexanika İnstitutunun tərkibinə daxil edilmiş və Hesablama mərkəzi
adlandırılmışdır. 1959-1960-cı illərdə Azərbaycana
ilk universal rəqəmli elektron maşınları ‒ "Ural-1" ,"BESM-2"
gətirildikdən sonra ədədi üsullar, proqramlaşdırma, alqoritmlər yaradılması və ümumiyyətlə xalq təsərrüfat əhəmiyyətli səciyyəvi məsələlərin həlli sahəsində fəaliyyət başlandı və tezliklə
xeyli sürətləndi.
1960-cı ildə isə Hesablama Mərkəzi müstəqil
təşkilat kimi təsdiq edilmişdir. 1965-ci ildə Hesablama Mərkəzinin
əsasında Kibernetika İnstitutu yaradılmışdır.
1971-ci ildə
İnstitutun nəzdində təsərrüfat hesablı "Avtomatlaşdırılmış İdarəetmə
Sistemləri" şöbəsi (2002-ci ildə müstəqil İnformasiya Texnologiyaları
İnstitutuna çevrildi) yaradılmışdır. Kibernetika İnstitutu
"Respublika Avtomatlaşdırılmış İdarəetmə Sisteminin" yaradılması üzrə baş
təşkilat təyin olunmuşdu. Hal-hazırda tədqiqatlar
aşağıdakı istiqamətlərdə aparılır: ėürəkkəb
dinamiki sistemlərdə optimal idarəetmənin nəzəri problemləri; stoxastik
proseslərin robast
texnologiyasının
təhlili və identifikasiyasının nəzəri əsasları; toplanmış və
paylanmış idarəetmə sistemlərində
riyazi modelləşdirmənin, optimallaşdırmanın və qərar qəbul etmənin
sistemli həlli; mürəkkəb idarəetmə sistemlərinin stoxastik modelləri;
informatikanın texniki vasitələri, informasiya texnologiyaları və
sistemləri; respublika iqtisadiyyatının əsas istiqamətlərinin inkişafını
və perspektivlərini proqnozlaşdıran riyazi-iqtisadi modellərinin
işlənməsi.
Kibernetika İnstitutunda hal-hazırda
29 laboratoriya, 3 şöbə fəaliyyət göstərir.
İnstitutda 320 elmi işçi çalışır, o cümlədən 2 akademik, 2 muxbir-üzvü, 10
elmlər doktoru və 55 elmlər namizədi. İnstituta akademik Telman Abbas oğlu
Əliyev rəhbərlik edir.
5
saylı laboratoriya "Texniki
obyektlərin modelləşdirilməsi"
6
saylı laboratoriya "Determenik
sistemlərdə qərarqəbuletmənin ədədi üsullārı"
7 saylı laboratoriya "Fuzzy
iqtisādiyyāt"
8 saylı
laboratoriya "Fiskāl
strateqiyasının modelləşdirilməsi"
9
saylı laboratoriya "Sosiāl-iqtisādi
proseslərin modelləşdirilməsi"
10 saylı laboratoriya "Mürəkkəb dināmik
sistemlərdə idārəetmə"
11 saylı laboratoriya "Kənd
təsərrüfatında modelləşdirmə və idarəetmə problemləri "
12
saylı laboratoriya "Ekoloji
proseslərin modelləşdirilməsi"
14
saylı laboratoriya
"Diskret
optimāllāşdırılmā modelləri
və üsullārı"
15 saylı laboratoriya "İntellektual
sistemlər "
16 saylı laboratoriya "İnformāsiyā
şəbəkələri və sistemləri"
17 saylı laboratoriya "Siqnāllārın ānālizi üsullārı
və informāsiyā sistemləri"
18 saylı laboratoriya "Spektral
analiz texnologiyaları
"
19 saylı laboratoriya "Stoxāstik
proseslərin ānālizi texnologiyaları"
20 saylı laboratoriya "İdarəetmənin
ehtimal üsulları"
21 saylı laboratoriya "Texnoloji avadanlıqların və qurğuların etibarlılığının qiymətləndirilməsi və
proqnozlaşdırılması"
22 saylı laboratoriya "Tədrisdə informāsiyā
texnologiyālārı"
Struktur
İnstitut
və təşkilatlar
Kibernetika İnstitutu
![]()
Ünvan:
F. Ağayev küç., 9, AZ1141,
Bakı ş., Azərbaycan Respublikası

![]()
Tel.:
(994 12) 4390151
![]()
Faks:
(994 12) 4392826
![]()
Email:
cyber@cyber.ab.az
![]()
Direktor:
Telman Abbas
oğlu Əliyev
Texnika elmləri doktoru, professor,
akademik
Tel.: (994 12) 4390151
Email: cyber@cyber.ab.az
![]()
Direktor
müavinləri:
Oqtay Qüdrət oğlu
Nüsrətov
Texnika elmləri doktoru
Tel.: (994 12) 4392743
Email:
cyber@cyber.ab.az
Rauf
Mustafa oğlu Qədimov
Texnika elmləri
namizədi
Tel.: (994 12) 4390531
Email: cyber@cyber.ab.az
![]()
Elmi katib:
Zəhra Ələkbər qızı
Əzizova
Tel.: (994 12) 4393943
![]()
Təşkilatın əsas fəaliyyət
istiqamətləri:
![]()
2008-ci ildə
təşkilatın əldə etdiyi əsas elmi nəticələr:
![]()
2009-cu ildə
təşkilatın əldə etdiyi əsas elmi nəticələr:
![]()
Təşkilatın tarixi haqqında
qısa məlumat:
![]()
Təşkilatın işçilərinin ümumi
sayı:
370
![]()
Təşkilatın struktur
bölmələri:
1 saylı laboratoriya "İdentifikāsiyā
texnologiyālārı"
2 saylı laboratoriya "İdārəetmənin riyāzi məsələləri"
3 saylı laboratoriya "İdārə olunān kütləvi
xidmət sistemləri"
4 saylı laboratoriya
"Teletrafik
nəzəriyyzsi laboratoriyası"
23 saylı laboratoriya "İnnovasiya
yönümlü informasiya texnologiyaları
"
24 saylı laboratoriya
İnnovasiya yönümlü informasiya sistemləri
25 saylı laboratoriya "Neft-qaz
obyektlərinin informasiya ölçmə sistemləri "
Elmi-texniki informāsiyā, pātent tədqiqātlārı və marketinq
şöbəsi
![]()
| Rəyasət
heyəti | Rəyasət
heyətinin strukturu | Bölmələr | İnstitut və Təşkilatlar
|
| AMEA-nın
prezidentləri | AMEA-nın
həqiqi üzvləri | AMEA-nın
müxbir üzvləri |
