az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Anadan olduğu yer:

Azərbaycan Respublikası, Qazax rayonu, Kəmərli kəndi

Təvəllüdü:

20.05.1929

Təhsili:

Azərbaycan Dövlət Pedaqoji Universiteti, filologiya-tarix fakültəsi, filoloq

Elmi dərəcəsi:

Filologiya elmləri doktoru

Elmi rütbəsi: Professor
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı:

10.01.09 - Folklorşünaslıq

Çapdan çıxmış elmi əsərlərin ümumi sayı:

80, 8 monoqrafiya

Xaricdə çıxmış elmi əsərlərin sayı: 10
Əsas elmi nailiyyətləri:

Alimin əsas elmi nailiyyətləri Azərbaycan aşıq sənətinin öyrənilməsi sahəsindəki fəaliyyəti ilə bağlıdır. Alim xüsusən aşıq şer şəkillərinin ideya-məzmun və forma-poetika baxımından öyrənilməsində xüsusi xidmətlər göstərmişdir. Azərbaycan şifahi xalq ədəbiyyatında qəhrəmanlıq və məhəbbət dastanlarının toplanması, nəşri və tədqiqi tarixi ilə ciddi məşğul olmuşdur. Onun çap etdirdiyi dastanların sayı iyirmi altıdır.

Kadr hazırlığı:
elmlər namizədlərinin sayı:

10

Əsas elmi əsərlərin adları:h
  1. "Azərbaycan klassik aşıq yaradıcılığı", Bakı, APİ-nin nəşriyyatı, 1982;

  2. "Azərbaycan aşıq ədəbiyyatı", Bakı, "Yazıçı", 1983;

  3. "Oğuz-Tərəkəmə xalq mərasimləri və meydan tamaşaları", Bakı, "Maarif", 1997;

  4. "Haqq aşığı Dədə Şəmşir", Bakı, 2004;

  5. "Aşıq sənətinin poetikası", Bakı, "Nurlan", 2004.

Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü:

Ankarada yerləşən Atatürk adına Tarix, Dil, Ədəbiyyat, Folklor qrumlarının üzvüdür.

Pedaqoji fəaliyyəti: 1949-cu ildən 1955-ci ilədək Ermənistan və Gürcüstan məktəblərində kənd müəllimi, 1960-cı ildən müəllim-professor işləmişdir.
İş yeri və ünvanı:

AMEA-nın Folklor İnstitutu, Azərbaycan Respublikası, Bakı ş., İçərişəhər, Kiçik qala, 31

Vəzifəsi: Aparıcı elmi işçi
Ev tel.: (994 12) 4733851