|
|
| Ünvan: | Az1001, Azərbaycan Respublikası, Bakı ş., İçərişəhər, Kiçik qala, 31 |
|
| E-mail: | folklor@baku.ab.az | |
| Direktor: |
Filologiya elmləri doktoru, dosent |
|
| Direktor müavinləri: |
Oruc Söhrab oğlu Əliyev |
|
| Elmi katib: |
Sərxan Abbas oğlu Xavəri |
|
| Təşkilatın əsas fəaliyyət istiqamətləri: | Azərbaycan folklorunun və türk mifoloji mətnlərinin respublikanın bütün regionlarından, xarici türk folklor bölgələrindən toplanması, sənədləşdirilməsi, elmi təsnifi, tərtibi və kataloqlaşdırılması, həmçinin folklor mətnlərinin üzə çıxarılması, Azərbaycanın ayrı-ayrı regionları üzrə folklor antologiyalarının və onların əsasında folklor külliyatının hazırlanması. |
|
| Son beş ildə təşkilatın əldə etdiyi əsas elmi nəticələr: | İnstitutun əsas elmi nəticələri f.e.d., Hüseyn İsmayılovun "Göyçə aşıq mühiti təşəkkülü və inkişaf yolları" (Bakı, Elm, 2003), f.e.d., prof. İsrafil Abbaslının "Azərbaycan dastanlarının yayılma arealları" (Bakı, Səda, 2002, rus dilində), f.e.n. Seyfəddin Rzayevin "Nizami poeziyası: mif və tarix konteksti" (Bakı, Ağrıdağ, 2003), Ağaverdi Xəlilin "Mahmud Kaşgarlının "Divan"ında ədəbi mətnlər" (Bakı, Elm, 2001), Cəlal Bəydilinin "Türk mifoloji" sözlüyü (Bakı, 2003) və s. kitablardır. |
|
| Təşkilatın tarixi haqqında qısa məlumat: | Folklor İnstitutu 1994-cü ildə AMEA Nizami adına Ədəbiyyat İnstitutu nəzdində "Folklor sarayı" Elmi Mədəni Mərkəzi kimi fəaliyyətə başlamışdır. Fəaliyyəti ərzində İnstitut Azərbaycan folkloru, Türk xalqları folkloru, Aşıq yaradıcılığı, Kompüter mərkəzi struktur bölmələrindən ibarət olmuş, 2000-ci ildə "Kitabi Dədə Qorqud"un 1300 illik yubileyi ilə əlaqədar olaraq mərkəz əlavə Qorqudşünaslıq şöbəsi ilə zənginləşmişdir. 2003-cü ildən isə İnstitut AMEA-nın müstəqil struktur vahidinə - İnstituta çevrilmişdir. |
|
| Təşkilatın işçilərinin ümumi sayı: | 318 |
|
| Təşkilatın struktur bölmələri: |
Elmi arxiv şöbəsi Kompüter mərkəzi şöbəsi "İrs" folklor ansamblı qrupu
|
|
| | Rəyasət
heyəti | Rəyasət
heyətinin strukturu | Bölmələr | İnstitut və Təşkilatlar
| | AMEA-nın prezidentləri | AMEA-nın həqiqi üzvləri | AMEA-nın müxbir üzvləri | |