 |
Ünvan: |
AZ1143,
Azərbaycan Respublikası, Bakı ş., H.Cavid küç., 31 |
 |
Tel.: |
(99412)
5382900, (99412) 5393541 |
 |
Faks: |
(99412) 5382900 |
 |
Email: |
cografiya_inst@mail.ru |
 |
Direktor: |
Budaq Əbdüləli oğlu Budaqov
Coğrafiya elmləri doktoru, professor,
AMEA-nın həqiqi üzvü
Tel.: (994 12) 5382900 Faks: (994 12) 5393541 Email:
budaq.budaqov@mail.ru |
 |
Direktor müavinləri: |
Ramiz Mahmud oğlu Məmmədov
Elmi işlər üzrə
Texnika elmləri doktoru, AMEA-nın müxbir
üzvü
Tel.: (994 12) 5393541 Faks: (994 12) 5393541 Email:
ramiz_mamedov@geo.ab.az
Anar İmran oğlu Osmanlı
Ümumi işlər üzrə
Tel.: (994 12) 5393348 |
 |
Elmi katib: |
Luiza
Abdulla qızı Salayeva
Tel: (994 12) 5393321 |
 |
Təşkilatın əsas
fəaliyyət istiqamətləri: |
Coğrafi təbəqənin dayanıqlığı
və dəyişkənliyi qanunauyğunluqlarının formalaşmasının regional miqyasda
öyrənilməsi;
Paleocoğrafi keçmişin və
təbii komplekslərin zaman və məkan daxilində bərpa edilməsi;
Relyefin resurs əmələgətirici
bir amil kimi qiymətləndirilməsi"
Landşaftın təkamülü;
İqlimin genezisi və
ehtiyatlarının öyrənilməsi;
Su ehtiyatlarının səmərəli
istifadəsi və müxtəlif fiziki-coğrafi şəraitdə su və gətirmələr
axımlarının qanunauyğunluqlarının tədqiqi;
-
Səhralaşma prosesinin
torpaq-eroziyasının regional xüsusiyyətlərinin tədqiqi;
-
Ətraf mühitin qorunması və
təbii ehtiyatlardan səmərəli istifadə olunmasının təbii komplekslərin
ekoloji cəhətdən qiymətləndirilməsinin elmi əsaslarının hazırlanması;
-
Qlabal və antropogen amillərin
təsirləri altında təbii mühitin dəyişməsinin regional
proqnazlaşdırılması;
-
Xəzər dənizində
çirkləndiricilərin yayılmasının fiziki-coğrafi modelinin yaradılması,
onun hidrometeoroloji xassələrinin xaman və məkan dəyişkənliyinin
öyrənilməsi;
-
Azərbaycan sahillərinin
morfodinamikasının tədqiqi;
-
Respublikanın təbii ehtiyat
potensialının iqtisadi-coğrafibaxımından qiymətləndirilməsi,
ərazi-istehsal sisteminin regionlarda səmərəli yerləşdirilməsi modelinin
və məskunlaşma problemlərinin həllinin elmi əsaslarının işlənib
hazırlanmsı.
|
 |
Son beş ildə
təşkilatın əldə etdiyi əsas elmi nəticələr: |
Azərbaycanın
Konstruktiv Coğrafiyası monoqrafik əsəri
yazılmışdır və 3 cilddə nəşr olunmuşdur.
Torpaq islahatı ilə əlaqədar olaraq
Azərbaycanın təbii kənd təsərrüfatı
rayonlaşdırılmasının yeni metodikası və
sistemi işlənib hazırlanmış, 1:50000 miqyasında iki
yeni rayonlaşdırılma xəritələri tərtib
edilmişdir.
İndiki Ermənistan ərazisində XX əsrin birinci
yarısına qədər mövcud olmuş və toponimik
genosidə mə'ruz qalmış 5000-dən artıq coğrafi adın
izahlı tədqiqi əsasında həmin ərazinin tarixən
Azərbaycan xalqına məxsus olması elmi-hüquqi
əsaslarla sübut edilmişdir.
-Azərbaycan ərazisində Abşeron, Türkan və Bakı
əsrlərində mövcud olmuş iqlimin kəmiyyət
ölçüləri bərpa edilmiş və göstərilən vaxt
ərzində iqlimdə soyuqlaşma və quraqlaşma
meylinin artması müəyyən edilmişdir.
İqlimin çoxillik dəyişmələrinin tədqiqi
nəticəsində müəyyən edilmişdir ki, son yüz ildə
Azərbaycanda havanın temperaturu təxminən 1,0C
artmış, iri şəhərlər istisna olmaqla, atmosfer
yağıntıları 7-8% azalmışdır.
Azərbaycanda sel fəlakətinin güclənməsi müəyyən
edilmiş, sellərin bal sistemi ilə
qiymətləndirilməsinin yeni şkalası tərtib
edilmiş, fəlakətli sellərin nəticələrinə qarşı
mübarizə tədbirləri irəli sürülmüşdür.
Aerokosmik şəkillərinin deşifrlənməsi əsasında
Azərbaycanın Xəzərətrafı regionunun
səhralaşmasının səbəbləri və müasir vəziyyəti
müəyyənləşdirilmiş, onun proqnozu verilmiş və
səhralaşmaya qarşı mübarizə tədbirləri
hazırlanmışdır.
Azərbaycanın su anbarlarının lillənməsi və
sahillərin dinamikasının intensivliyi və
proqnozu verilmiş, Mingəçevir su anbarının
istismar müddəti ilə sahillərin dinamikası
arasında korrelyasiya əlaqəsi olduğu aşkar
edilmişdir.
Dəniz atmosfer sistemi arasındakı qarşılıqlı
mübadilənin parametrləşdirilməsi üçün,
atmosferin dənizə yaxın qatının qeyri-stasionar
modeli yaradılmışdır.
Xəzər dənizi səviyyəsinin tərəddüdü ilə günəş
aktivliyi arasındakı əlaqə müəyyənləşdirilmiş,
səviyyənin gələcək dəyişməsi üçün
yarımempirik düstur alınmış və onun birinci
yaxınlaşmada proqnozu verilmişdir.
-Xəzər dənizində çirkləndiricilərin
yayılmasının komleks fiziki-coğrafi modeli
yaradılmışdır.
Bu müddətdə Coğrafiya İnstitutunda aşağıdakı
atlas və xəritələr hazırlanmışdır:
Azərbaycan Respublikasının Aqroiqlim Atlası-124
xəritə
Azərbaycan Respublikasının təbii şəraiti və
ehtiyatları Atlası-300 xəritə
Xəzər dənizinin kompleks hidrometeoroloji
atlası-274 xəritə
Avroasiya şelflərinin Mezozoy və Kaynozoyda
paleocoğrafi xəritələr Atlası-129
Azərbaycan Respublikasının landşaft-geokimyəvi
xəritəsi (miqyas 1:500 000).
Azərbaycan ərazisi üçün Pleystosen xəritələri
(miqyas 1: 50 000)
Ermənistan Respublikası ərazisində mövcud olmuş
azərbaycan mənşəli adların tarixi-coğrafi
xəritəsi (1 : 250 000)
Xəzər dənizinin Azərbaycan sahil zonasının
səhralaşma xəritələri (miqyas 1 : 200000) |
 |
Təşkilatın tarixi
haqqında qısa məlumat: |
1937-ci
ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan
filialında Coğrafiya bölməsi, 1945-ci ildə isə
Azərbaycan EA-nın tərkibində Coğrafiya
İnstitutu yaranmışdır. Bu zaman İnstitut fiziki,
iqtisadi və xəritəçilik şöbələrindən ibarət
olmuşdur, institutda 25 nəfər çalışmışdır.1946–50-cı
illərdə iqlimşünaslıq və qurunun hidrologiyası
şöbələri açılır.1953-cü ildə İnstitutda Xəzər
dənizi şöbəsi açılır, daha sonralar bu şöbə 2
tədqiqat gəmisi ilə təchiz olunur, onun nəzdində
Xəzər Elmi-Tədqiqat Stansiyası təşkil olunur.
1972-ci ildə, dünyada ilk dəfə, Xəzərin açıq
hissəsində dəniz observatoriyası yaradılır.
1970-ci ildən başlayaraq İnstitutun əsas tədqiqat
istiqamətlərindən biri torpaq coğrafiyası olur,
Pirqulu qoruğu ərazisində stasionar tədqiqatlar
laboratoriyası yaradılır.
Artıq 1989-cu ildə İnstitutda 8 problem üzrə 17
mövzuda elmi tədqiqat işləri aparılır,
əməkdaşların sayı 201 nəfərə çatır. Onlardan 2
nəfəri akademik, iki nəfəri müxbir üzv, 10 nəfəri
elmlər doktoru və professor, 63 nəfəri isə elmlər
namizədidir. İnstitutda elmi kadrlar hazırlayan
aspirantura şöbəsi vardır. 1960-cı ildən
institutda ixtisaslaşdırılmış Müdafiə Elmi
Şurası fəaliyyət göstərir. |
 |
Təşkilatın
işçilərinin ümumi sayı: |
201 |
 |
Təşkilatın struktur
bölmələri: |
Landşaftşünaslıq
və landşaft planlaşdırılması şöbəsi
İqlim və
aqroşünaslıq
şöbəsi
Qurunun
hidrologiyası və su ehtiyatları şöbəsi
Azərbaycanın iqtisadi
və siyasi coğrafiyası şöbəsi
Azərbaycanın əhalisi və sosial inkişafı
coğrafiyası şöbəsi
Coğrafi fikir tarixi şöbəsi
Geomorfologiya və təbii
risklər
şöbəsi
Paleocoğrafiya
şöbəsi
Azərbaycanın torpaq
ehtiyatları coğrafiyası şöbəsi
Ekocoğrafiya şöbəsi
Xəzər
dənizi problemləri
Xəritəçilik
və coğrafi
informasiya şöbəsi
Pirqulu coğrafi tədqiqatlar stasionarı
Yardımçı xidmət bölmələri
|
Elmlər doktorları |