az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Ünvan: AZ1143,  Azərbaycan Respublikası, Bakı ş., H.Cavid pr., 29a

Tel.: (994 12) 5372287
Faks: (994 12) 5372285
Email: gia@azdata.net
Direktor: Əlizadə Akif Ağa Mehdi oğlu
Geologiya-mineralogiya elmləri doktoru, AMEA-nın həqiqi üzvü
Tel.: (994 12) 5105620 Faks: (994 12) 5372285   Email: gia@azdata.net
Direktor müavinləri: Quliyev İbrahim  Səid oğlu
Elmi hissə üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru, AMEA-nın həqiqi üzvü
Tel.: (994 12) 5372284 Faks: (994 12) 5372285  Email: gia@azdata.net

Sadıqov Nazim Məhərrəm oğlu
Ümumi işlər üzrə
Tel.: (994 12) 5372291
 

Elmi katib: Lətifova Yeganə Nazim qızı 
Geologiya-mineralogiya elmləri namizədi, dosent
Tel.: (994 12) 5372334  Email: gia@azdata.net
Təşkilatın əsas fəaliyyət istiqamətləri:

Çökmə hövzələrinin təkamülü, karbohidrogenlərin formalaşması (o cümlədən böyük dərinliklərdə), təbii və texnogen mənşəli proseslərin öyrənilməsi, geoloji təhlükələrin proqnozlaşdırılması və monitorinq sistemlərinin yaradılması, təbiətdən səmərəli istifadənin elmi əsaslarının işlənib hazırlanması, ətraf mühitin mühafizəsi, neft və qaz yataqlarının istismarı məsələlərinin həlli metodologiyasına prinsipial yeni yanaşmanın işlənilməsi.
 

Son beş ildə təşkilatın əldə etdiyi əsas elmi nəticələr:

Üçölçülü modelləşmə əsasında istilik rejiminin təkamülü, neft-qazəmələgəlmə ocaqlarının zaman və məkanca rekonstruksiyası, flüidlərin kollektor səciyyələri və faza halları qiymətləndirilmişdir. Cənubi Xəzər çökəkliyinin (CXÇ) geoloji şəraiti, karbohidrogenlərin (KH) ontogenezinin tam tsiklini əhatə edən, onların müxtəlif formalı miqrasiya xüsusiyyətləri tədqiq edilmişdir.

Neft əmələgətirən süxurlardan karbohidrogenlərin miqrasiya şəraitinin məkan baxımından qeyri-bərabərliyi müəyyən edilmiş, aşağı qatda yatan (yaşca qədim) çöküntülərdən geoloji strukturu karbohidrogenlərlə qidalandıran ocaqların mövcudluluğu aşkar olunmuş, neft və qazın subşaquli miqrasiyası qiymətləndirilmiş, neft və qaz yataqlarının dağılması və yenidən formalaşması prosesləri öyrənilmişdir.

Yeni metodika və "REZAYR" proqramlar paketi hazırlanmışdır. Azərbaycanın depresion zonalarının pliosen-dördüncü dövr çöküntülərinin geotermal enerji ehtiyatlarının kəmiyyətcə qiymətləndirilməsi verilmiş və onların istifadəsi üçün ilkin obyektlər ayrılmışdır. GPS monitorinqi və seysmogeodinamik tədqiqatlarla deformasiya prosesləri haqqında yeni məlumatlar əldə edilmişdir.

GURALP seysmik sistemindən istifadə etməklə, aparılmış mikrotremor ölçmələr nəticəsində rezonans tezliklərin paylanması, qruntun yüklənmə əmsalı, güclü zəlzələ üçün intensivliyin dəyişmələri müəyyən edilmişdir.

Yaradılmış geotexnoloji baza qızıl və onu müşayiət edən  elementlərin yatım yerində filizlərdən çıxarılması proseslərinin modelləşdirilməsini həyata keçirir. 

Atlasın tərtib olunması üçün dünya palçıq vulkanları üzrə məlumatlar bazası hazırlanır.
 

Təşkilatın tarixi haqqında qısa məlumat:

1926-cı ildə Azərbaycanın öyrənilməsi və tədqiqi cəmiyyəti yaradılmışdır (geologiya və coğrafiya sahəsində tədqiqatlar).

1932-ci ildə bu cəmiyyətin bazasına əsaslanaraq SSRİ-nin Elmlər akademiyasının Qafqazyanı filialının Azərbaycan bölməsi (AzOZFAN) yaradılmışdır (Azərbaycanın təbii sərvətlərinin öyrənilməsi).

1935-ci ildə AzOZFAN bir sıra institutlar ilə və o cümlədən Geologiya sektoru ilə birlikdə SSRİ-nin Azərbaycan filialına çevrildi.

1938-ci ildə Geologiya sektoru müstəqil elmi-tədqiqat idarəsinə - Geologiya İnstitutuna çevrildi.

2003-cü ildə Geologiya İnstitutu və Dərin neftqaz yataqları problemləri İnstitutunun (DNQYPİ) bazasında Azərbaycan MEA Geologiya İnstitutu yaradıldı.

Təşkilatın işçilərinin ümumi sayı: 550
Təşkilatın struktur bölmələri:

Neft və qaz geologiyası və geokimyası şöbəsi  

Palçıq vulkanizmi şöbəsi

Neft və qaz geologiyası və geofizikası şöbəsi 

Neft və qaz yataqlarının genezisi və əmələgəlməsi şöbəsi 

Hövzə modelləşdirilməsi və geotexnologiyalar şöbəsi

Quyuların qazılma texnologiyası şöbəsi

Tektonofizika  və geomexanika şöbəsi

Layın hidroqazdinamikası şöbəsi

Neft yataqlarının işlənilməsi şöbəsi  

Qazkondensat yataqlarının işlənilməsi şöbəsi  

Neft-qaz hasilatı texnologiyası şöbəsi

Layın fizika və kimyası şöbəsi 

Layların neftveriminin artırılması üsulları şöbəsi 

Neft-qaz-mədən geologiyası və geofizikası şöbəsi 

Petrologiya şöbəsi 

Filiz və qeyri-filiz faydalı qazıntı yataqlarının geologiyası və geokimyası

Geotektonika və regional geologiya şöbəsi

Mineralogiya və geokimya kabineti 

Paleontologiya və stratiqrafiya şöbəsi  

Hidrogeologiya və mühəndis geologiya şöbəsi 

Sedimentologiya və paleocoğrafiya şöbəsi

Petrofizika şöbəsi

Geomaqnetizm şöbəsi 

Geoloji mühitin qamma-spektrometriyası şöbəsi   

Geodinamika və seysmologiya şöbəsi

Azərbaycan Milli məlumatlar mərkəzi (СТВТО)

Geoloji-geofiziki elmlərin tarixi şöbəsi 

H.Zərdabi adına Təbiət-tarixi muzeyi

İnnovasiya layihələrinin koordinasiya şö'bəsi

Elmi-texniki informasiya şöbəsi  

Elmimetrik analiz və intellektual mülkiyyətin mühafizəsi şöbəsi

Beynəlxalq əlaqələr şöbəsi 

Elmi nəşrlərin redaksiya hazırlığı şöbəsi  

Analitik cihaz və avadanlıqlardan kollektiv istifadə mərkəzi

Elmi-texniki işlənilmələr şöbəsi 

Geoloji materialların texniki emalı şöbəsi    

Geoloji muzey

Nafta-Press nəşriyyatı

Kitabxana

Geoloji fond

Azərbaycan Geoloqlarının Milli Komitəsi

Azərbaycan İdarələrarası Stratiqrafiya Komitəsi

Azərbaycan Paleontologiya Cəmiyyəti

Gənc alimlər şurası

Arxiv, elmi irsin toplanması və sistemləşdirilməsi struktur vahidi

Dissertasiya şurası (D01.081)

İctimaiyyətlə əlaqələr şöbəsi

Mülki müdafiə
 

Elmlər doktorları