az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Anadan olduğu yer: Azərbaycan Respublikası, Naxçıvan Mr, Ordubad ş.  
Təvəllüdü: 19.03.1931
Təhsili:

Azərbaycan Sənaye İnstitutu, geoloji kəşfiyyat fakültəsi

Elmi dərəcəsi: Geologiya-mineralogiya elmləri doktoru
Elmi rütbəsi:   Böyük elmi işçi
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 25.00.03 - « Geotektonika, geodinamika»;  25.00.04 - «Petrologiya, vulkanologiya»  
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 198
Xaricdə çıxmış elmi əsərlərin sayı: 110
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 2
Əsas elmi nailiyyətləri:

Naxçıvan qırışıqlıq sisteminin paleomezokaynozoy maqmatizmin petroloji xüsusiyyətləri, tektonik və geodinamik şəraitləri aşkar olunmuşdur; ilk dəfə olaraq K.Qafqazın paleogen maqmatizmin riftogen mənşəli olması və qəbul olunan ilkin təsvirdən fərqli olaraq onun vulkan-plutonik və ayrıca plutonik assosiasiyada təzəhürü isbat edilmiş və petrogeokimyəvi səciyyələndirilmişdir; kaldera vulkan-tektonik strukturalar Qafqaz geologiyasında ilk dəfə aşkar olunmuş və xəritələnmişdir; K.Qafqazın tektonikasında Zəngəzur antiklinorisinin tamamilə olmaması ilə əlaqədər Ordubad sinklinorisinin mezozoy substratında mənim ayırdığım Mezotetisin Vedi-Zəngəzur qolunun ofiolitlərin iştirakı aşkar olunmuş və Talışın Elburs qırışıqlıq sisteminə aid olması isbat edilmişdir; Xəzər-Qafqaz regionun Paleotetis və Mezotetisin təkamül modelləri Aralıq Dənizi qurşağı sistemində tərtib olunmuşdur; Cənub Xəzərin dibinin dərinlik quruluşu geodinamik cəhətdən heterogen və heteroxron pleyttektonik zonalardan təşkil olunmuşdur; ilk dəfə təbaşir yaşlı plitdaxili meridional istiqamətli Mərkəzi Cənub Xəzər rifti və eyni yaşlı Xəzərin Cənub akvatoriyasında riftogen bazaltoid vulkanizmli Şimali Elburs adalar qövsü kənarı Çökəklik ayrılmışdır; Abşeron astanası qabağı molas çökəkliyinin quruluşunda mezozoy qatlarından əlavə Paleotetisin kontinental döş tipli çöküntülərinin iştirakı ilə əlaqədar qalın çöküntü qabığının (28-30 km) olması təyin olunmuş və sonlarıqca geofizik tədqiqatlarda isbat olunmuşdur; sinkompression Cənub Xəzər meqaçökəkliyinin müxtəlif pleyttektonik strukturalarında differensial qalınlıqla yayılan konsolidasiya olunmuş qabığı olmayıb, onun rezurgent qabıq olaraq kollizion şəraitdə dərinqırılmalar boyu güclü istilik-kütlə axımı və çox sürətlə batması proseslərində yaranmışdır; Cənub Xəzər hövzəsində rezurgent qabığın formalaşması və dərinlik-flüyid mənşəli neftqaz əmələgəlməsinin modeli işlənib hazırlanmışdır; Azərbaycanda ilk dəfə palıqorskit mineral və onun yatağı aşkar olunmuşdur.

 

Əsas elmi əsərlərin adları:
  1. Рустамов М.И. Новые данные о тектоническом строении Южного Зангезура. //Геотектоника, 1968, №2, с.117-124
  2. Рустамов М.И. О наличие кальдеры на Малом Кавказе и механизм ее формирования. //ДАН СССР, 1973, Т.211, №6, с.1426-1428
  3. Рустамов М.И. Кальдеры с конфокальными гранитоидами – новый морфогенетический тип проявления магматизма на Малом Кавказе. //ДАН СССР, 1976, Т.228, №6, с.1403-1406
  4. Rustamov M. Geodinamic evolution of the South Caspian basin and its oil and gas bearing system /6th International oil and gas conference OGU-2002, p.161-176
  5. Рустамов М.И. Южнокаспипйский бассейн – геодинамические события и процессы. Баку, Nefta-Press, 2005, 344 c.
Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü: Rusiya mineralogiya cəmiyyəti
Təltif və mükafatlar:

“Tərəqqi” medalı

İş yeri və ünvanı: AMEA-nın Geologiya İnstitutu, AZ1143, Azərbaycan Respublikası, Bakı ş., H.Cavid pr., 29a
Vəzifəsi: böyük elmi işçi
Xidməti tel.:  
Ev tel.: (994 12) 5393526; 4559973
Mobil tel.: 055 6013312
Faks:  
Elektron poçtu: rustamov-muxtar@rambler.ru