az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Ünvan: AZ1143,  Azərbaycan Respublikası, Bakı ş., H.Cavid pr., 29a

Tel.: (994 12) 5372287
Faks: (994 12) 5372285
Email: gia@azdata.net
Direktor: Əlizadə Akif Ağa Mehdi oğlu
Geologiya-mineralogiya elmləri doktoru, AMEA-nın həqiqi üzvü
Tel.: (994 12) 5105620 Faks: (994 12) 5372285   Email: gia@azdata.net
Direktor müavinləri: Quliyev İbrahim  Səid oğlu
Elmi hissə üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru, AMEA-nın həqiqi üzvü
Tel.: (994 12) 5372284 Faks: (994 12) 5372285  Email: gia@azdata.net

Sadıqov Nazim Məhərrəm oğlu
Ümumi işlər üzrə
Tel.: (994 12) 4393440
 

Elmi katib: Fikrət Əhməd oğlu Matanov
Geologiya-mineralogiya elmləri namizədi
Tel.: (994 12) 5372334  Email: gia@azdata.net
Təşkilatın əsas fəaliyyət istiqamətləri:

Çökmə hövzələrinin təkamülü, böyük dərinliklərdə karbohidrogenlərin formalaşması, təbii və texnogen mənşəli proseslərin öyrənilməsi, geoloji təhlükələrin proqnozlaşdırılması və monitorinq sistemlərinin yaradılması, təbiətdən səmərəli istifadənin elmi əsaslarının işlənib hazırlanması, ətraf mühitin mühafizəsi və neft və qaz yataqlarının istismarı məsələlərinin həlli metodologiyasına prinsipial yeni yanaşmanın işlənilməsi.
 

Son beş ildə təşkilatın əldə etdiyi əsas elmi nəticələr:

Üçölçülü modelləşmə əsaında istilik rejiminin təkamülü, neft-qazəmələgəlmə ocaqlarının zaman və məkanca rekonstruksiyası, flüidlərin kollektor səciyyələri və faza halları qiymətləndirilmişdir. Cənubi Xəzər çökəkliyinin (CXÇ) geoloji şəraiti, karbohidrogenlərin (KH) ontogenezinin tam tsiklini əhatə edən, onların müxtəlif formalı miqrasiya xüsusiyyətləri tədqiq edilmişdir.

Neft əmələgətirən süxurlardan karbohidrogenlərin miqrasiya şəraitinin məkan baxımından qeyri-bərabərliyi müəyyən edilmiş, yaşca qədim, yani bir qədər aşağıda yatan çöküntülərdən geoloji strukturu karbohidrogenlərlə qidalandıran ocaqların mövcudluluğu aşkar olunmuş, neft və qazın subşaquli miqrasiyası qiymətləndirilmiş, neft və qaz yataqlarının dağılması və yenidən formalaşması prosesləri öyrənilmişdir.

Yeni metodika və "REZAYR" proqramlar paketi hazırlanmışdır. Azərbaycanın depresion zonalarının pliosen-dördüncü dövr çöküntülərinin geotermal enerji ehtiyatlarının kəmiyyətcə qiymətləndirilməsi verilmiş və onların istifadəsi üçün ilkin obyektlər ayrılmışdır. GPS monitorinqi və seysmogeodinamik tədqiqatlarla deformasiya prosesləri haqqında yeni məlumatlar əldə edilmişdir.

 GURALP seysmik sistemindən istifadə etməklə, aparılmış mikrotremor ölçülmələr nəticəsində rezonans tezliklərin paylanması, qruntun yüklənmə əmsalı, güclü zəlzələ üçün intensivliyin dəyişmələri müəyyən edilmişdir.

Yaradılmış geotexnoloji baza qızıl və onu müşayət edən  elementlərin filizlərdən çıxarılması proseslərinin modelləşdirilməsini həyata keçirir. 

Kataloqun tərtib olunması üçün dünyanın palçıq vulkanları üzrə məlumatlar bazası hazırlanır.

 

Təşkilatın tarixi haqqında qısa məlumat:

1926-cı ildə Azərbaycanın öyrənilməsi və tədqiqi cəmiyyəti yaradılmışdır (Geologiya və coğrafiya sahəsində tədqiqatlar).

1932-ci ildə bu cəmiyyətin bazasına əsaslanaraq SSRİ-nin Elmlər akademiyasının Qafqazyanı filialının Azərbaycan bölməsi (AzOZFAN) (Azərbaycanın təbii sərvətlərinin öyrənilməsi).

1935-ci ildə AzOZFAN bir sıra institutlar ilə və o cümlədən Geologiya sektoru ilə birlikdə SSRİ-in Azərbaycan filialına çevrildi.

1938-ci ildə geologiya sektoru müstəqil elmi-tədqiqat idarəsi - Geologiya İnstitutuna çevrilib.

 

Təşkilatın işçilərinin ümumi sayı: 600
Təşkilatın struktur bölmələri:

Neft və qaz geologiyası və geokimyası şöbəsi  

Palçıq vulkanizmi şöbəsi

Neft və qaz geologiyası və geofizikası şöbəsi 

Neft və qaz yataqlarının genezisi və əmələgəlməsi şöbəsi 

Hövzə modelləşdirilməsi və geotexnologiyalar şöbəsi   

Quyuların qazılmasının texnologiyası şöbəsi

Tektonofizika  və geomexanika şöbəsi

Layın hidroqazdinamikası şöbəsi

Neft yataqlarının işlənilməsi şöbəsi  

Qazkondensat yataqlarının işlənilməsi şöbəsi  

Neft-qaz hasilatı texnologiyası şöbəsi

Layın fizika və kimyası şöbəsi    

Layların neftveriminin artırılması üsulları şöbəsi 

Neft-qaz-mədən geologiyası və geofizikası şöbəsi 

Petrologiya şöbəsi 

Metallogeniya şöbəsi    

Mineralogiya və geokimya kabineti 

Paleontologiya və stratiqrafiya şöbəsi    

Hidrogeologiya və mühəndis geologiya şöbəsi 

Ekogeologiya şöbəsi   

Petrofizika şöbəsi  

Geomaqnetizm şöbəsi    

Geoloji mühitin qammaspektrometriyası şöbəsi   

Geodinamika və seysmologiya şöbəsi 

Milli məlumatlar mərkəzi (СТВТО)

Geoloji-geofiziki elmlərin tarixi şöbəsi  

İnnovasiya layihələrinin koordinasiya şö'bəsi

Analitik cihaz və avadanlıqlardan kollektiv istifadə mərkəzi

Elmimetrik analiz və intellektual mülkiyyətin mühafizəsi şöbəsi

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Elmlər doktorları