| |
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Ünvan: AZ1143, Bakı, Azərbaycan, H.Cavid pr. 29a

Tel.: (994 12) 4395619
Faks: (994 12) 4975285
Email: gia@azeurotel.com
Direktor: Əlizadə Akif Ağa Mehdi oğlu
Geologiya-mineralogiya elmləri doktoru, AMEA-nın akademiki
Tel.: (994 12) 4396230  Faks: (994 12) 4975285   Email: gia@azeurotel.com 
Direktor müavinləri: Quliyev İbrahim  Səid oğlu
Elmi hissə üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru, AMEA müxbir üzvü
Tel.: (994 12) 4395619  Faks: (994 12) 4975285   Email: gia@azeurotel.com
Elmi katib: Mətənov Fikrət Əhməd oğlu
Geologiya-mineralogiya elmləri namizədi
Tel.: (994 12) 4394328  Email: gia@azeurotel.com
Təşkilatın əsas fəaliyyət istiqamətləri:

Yer qabığı və mantiyanın quruluşu və inkişafının, Azərbaycan ərazisində müxtəlif faydalı qazıntı yataqlarının əmələ gəlməsi və yerləşməsi qanunauyğunluqlarının kompleks geoloji-geofiziki öyrənilməsi

Son beş ildə təşkilatın əldə etdiyi əsas elmi nəticələr:

Xəzər regionunun fanerozoy çöküntülərində karbohidrogen ehtiyatları miqdarının paylanma xəritəsi, Azərbaycan neftləri atlası, Xəzər dənizinin kompleks xəritəsi, Azərbaycanın və Avroasiyanın litoloji-paleocoğrafi xəritələri, Azərbaycanın yeni geoloji xəritəsi tərtib edilmişdir. Azərbaycanın geoloji çöküntüləri üçün radiogeoxronoloji şkala düzəldilmiş, Bakı ərazisinin seysmik mikrorayonlaşdırılmasının əsası işlənib hazırlanmışdır. 650-ci ildən 1999-cu ilə qədər Azərbaycanda baş vermiş zəlzələlərin kataloqu tərtib edilmişdir.

Təşkilatın tarixi haqqında qısa məlumat:

1935-ci il oktyabr ayının 25-də SSRİ EA-nın Azərbaycan filialı nəzdində geologiya sektoru yaradıldı və həmin sektor 1938-ci il yanvarın 1-də müstəqil elmi-tədqiqat idarəsinə - Geologiya İnstitutuna çevrildi.
Geologiya İnstitutu mövcud olduğu illərdə respublika ərazisinin geoloji quruluşunun öyrənilməsi, Azərbaycanın mineral-xammal bazasının yaradılması və möhkəmləndirilməsi üzrə fundamental və tətbiqi məsələlərin həyata keçirilməsində başlıca rol oynayan elmi-geoloji fikir mərkəzinə çevrilmişdir.

Təşkilatın işçilərinin ümumi sayı: 381
Təşkilatın struktur bölmələri: Palçıq vulkanizmi və böyük dərinliklərin neftqazlılığı laboratoriyası

Neft və qazın geokimyəvi axtarış metodları laboratoriyası

Dəniz qaz geokimya laboratoriyası

Karbohidrogenlərin geokimya laboratoriyası

Petrologiya laboratoriyası

Metallogeniya laboratoriyası

İzotop geologiyası və geoxronologiya laboratoriyası

Dərinlik maqmatik proseslər laboratoriyası

Metosomatizm və filizəmələgəlmə sektoru

Paleovulkanologiya laboratoriyası

Riyaziyyat geologiya sektoru

Nadir elementlərin geokimyası sektoru

Geotektonika laboratoriyası

Hidrogeologiya və mühəndis geologiya laboratoriyası

Litologiya laboratoriyası

Mezokaynozoyun reqional stratiqrafiya laboratoriyası

Mikropaleontologiya laboratoriyası

Geoekologiya laboratoriyası

Qədim biotların təkamülü laboratoriyası

Təkamül paleontologiya laboratoriyası

Dərinlik seysmoloji tədqiqatlar laboratoriyası

Qravimetriya laboratoriyası

Suxurların fiziki xassələri laboratoriyası

Paleomaqnetizm və Yer maqnetizmi laboratoriyası

Zəlzələ ocaqlarının tədqiqatı laboratoriyası

Vulkanologiya laboratoriyası

Geotermiya laboratoriyası

Radiometriya laboratoriyası

Mineral maddələrin fiziki-kimyəvi tədqiqatı laboratoriyası

H.Zərdabi adına Təbiət tarixi muzeyi

İnnovasiya layihələrinin koordinasiya şö'bəsi

Beynəlxalq əlaqələr şö'bəsi

Elmi-texniki informasiya şö'bəsi

Elmi-nəşr şö'bəsi

 

Elmlər doktorları

 

| Rəyasət heyəti | Rəyasət heyətinin strukturu | Bölmələr | İnstitut və Təşkilatlar |
| AMEA-nın prezidentləri | AMEA-nın həqiqi üzvləri | AMEA-nın müxbir üzvləri |
 Copyright © 1995          AMEA  İnformasiya Texnologiyaları İnstitutu            www.ict.az           secretary@iit.ab.az          info@science.az