az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün
Ana səhifəStrukturİnstitut və təşkilatlar A.Bakıxanov adına Tarix İnstitutu

Ünvan:

AZ1143, Azərbaycan Respublikası, Bakı ş., H.Cavid pr., 31

Tel.:

(994 12) 5393615

E-mail: tarixinstitutu@gmail.com
Direktor: Yaqub Mikayıl oğlu Mahmudov
Tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü
Tel.: (994 12) 5393615
Direktor müavinləri:

Cəbi Əmirvar oğlu Bəhrəmov

Elmi işlər üzrə
Tarix üzrə fəlsəfə doktoru
Tel.: (994 12) 5393619

Nəcəfli Tofiq Hümbət oğlu
Tarix üzrə fəlsəfə doktoru, dosent

Nakim Ələsgər oğlu Abduləlimov

Ümumi işlər üzrə

Tel.: (994 12) 5393615
Gozalova Nigar Rövşən qızı
Beynəlxalq əlaqələr üzrə müşavir

Tarix üzrə fəlsəfə doktoru                         
Email: n-i-gar @hotmail.com

Elmi katib:

Gövhər Nağı qızı Məmmədova
Tarix elmləri namizədi
Tel.: (994 12) 5393657

Təşkilatın əsas fəaliyyət istiqamətləri:

Azərbaycan tarixinin ümumi konsepsiyası:

  1. Azərbaycan tarixi üzrə ümumiləşdirici tədqiqatlar;

  2. Tarix və mənbəşünaslıq;

  3. Azərbaycanın siyasi tarixi;

  4. Azərbaycanın sosial-iqtisadi tarixi;

  5. Azərbaycan mədəniyyəti tarixi.

Son beş ildə təşkilatın əldə etdiyi əsas elmi nəticələr:

2004-2011-ci illərdə Azərbaycan tarixinin müxtəlif problemləırini əks etdirən 300 yaxın monaqrafiya və kitab, 1500 dən artıq məqalə çapdan çıxmışdır. Bunlardan ən mühümləri Azərbaycan Xalq Cümhuriyyəti” (Azərbaycan və rus dillərində), “Türklərə qarşı erməni terrorizmi” (ingilis dilində), “Azərbaycan Xalq Cüm­huriy­yətinin tarixi Böyük Britaniyanın arxiv sənədlərində” (ingilis və rus dillərində), “Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı”. Sənədlər toplusu. 3 cilddə, “İrəvan əyalətinin müfəssəl dəftəri”, “İrəvan əyalətinin icmal dəftəri”, İskəndər bəy Münşinin “Tarixi-aləm arayi – Abbasi” əsəri, “Quzey və Güney Azərbaycan türklərinin tarixi”, “Azərbaycan və Avropa”, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” (Azərbaycan, ingilis və rus dillərində), “Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri”, “Ermənilərin Azərbaycan torpaqlarında törətdikləri əməllər barədə tarixi həqiqətlər” (ingilis və rus dillərində), “Azərbaycan SSR ermənilərin ekspansiya planlarında (XX əsrin 20-ci illəri)”, “Qarabağ: real tarix, faktlar, sənədlər” (altı dildə), “Azərbaycanın tarixi atlası”, “Naxçıvan: tarixi və abidələri” (Azərbaycan və ingilis dillərində) və s. göstərmək olar.

Təşkilatın tarixi haqqında qısa məlumat:

1923-cü ildə Azərbaycanı tədqiq və Tətəbbə Cəmiyyəti yaradıldı. Bu cəmiyyət başqa problemlərlə yanaşı, Azərbaycanın tarixi, arxeologiyası və etnoqrafiyasının tədqiqi ilə də məşğul olurdu. Elmi kadrların artması ilə əlaqədar olaraq 1929-cu ildə Cəmiyyətin bazası əsasında Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu təşkil edildi və onun tərikibində tarix-etnoqrafiya şöbəsi yaradıldı. 1932-ci ildə SSRİ EA Zaqafqaziya filialının Azərbaycan şöbəsi yaradıldıqdan sonra həmin şöbə müstəqil sektor kimi SSRİ EA Zaqafqaziya filialının Azərbaycan şöbəsinin tərkibinə daxil edildi. 1936-cı ildə həmin sektorun bazasında SSRİ EA Azərbaycan filialı nəzdində müstəqil Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu təşkil olundu. SSRİ EA Azərbaycan filialında müstəqil Tarix İnstitutu isə 1940-cı ildən fəaliyyətə başladı. 1945-ci ildə Azərbaycan SSR EA təşkil olunarkən Tarix İnstitutu onun tərkibinə daxil edildi. Sonradan Tarix İnstitutu Azərbaycan SSR EA Tarix və Fəlsəfə İnstitutuna çevrildi. 1956-cı ildə Azərbaycan EA Rəyasət Heyəti yanında Fəlsəfə sektoru yaradıldıqdan sonra İnstitutun əvvəlki adı özünə qaytarıldı.

Təşkilatın struktur bölmələri:

Azərbaycanın qədim tarixi şöbəsi

Azərbaycanın orta əsrlər tarixi şöbəsi

Azərbaycanın yeni tarixi şöbəsi

Azərbaycanın müasir tarixi şöbəsi

"Azərbaycan Xalq Cümhuriyyəti tarixi" şöbəsi

"Əliyevşünaslıq" şöbəsi

Azərbaycanın tarixi coğrafiyası şöbəsi 

Azərbaycanın beynəlxalq əlaqələri tarixi (XVIII əsrdən) şöbəsi

Qafqaz tarixi (XVIII əsrdən) şöbəsi

"Dərbənd tarixi" elmi-tədqiqat qrupu

"Borçalı tarixi" elmi-tədqiqat qrupu

Əhali tarixi və tarixi demoqrafiya şöbəsi

Əhali tarixi elmi-tədqiqat qrupu

Deportasiyalar və soyqırımları tarixi elmi-tədqiqat qrupu

"Qarabağ tarixi (XVIII əsrdən)" şöbəsi

"Azərbaycan diasporunun tarixi" şöbəsi

"Ümumi tarix" şöbəsi

Rusiya və Avropa ölkələri tarixi elmi-tədqiqat qrupu

Amerika tarixi elmi-tədqiqat qrupu

İnformasiya mərkəzi

Tərcümə və Nəşriyyat işləri şöbəsi               

 

Elmlər doktorları