| |
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt

 

Ünvan:

AZ1143, Azərbaycan Respublikası, Bakı ş., H.Cavid pr., 31

Tel.:

(994 12) 4393615

E-mail: tarix@history.ab.az
Direktor: Yaqub Mikayıl oğlu Mahmudov
Tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü
Tel.: (994 12) 4393615
Direktor müavinləri:

Cəbi Əmirvar oğlu Bəhrəmov

Elmi işlər üzrə
Tarix elmləri namizədi
Tel.: (994 12) 4393619

Nakim Ələsgər oğlu Abduləlimov

Ümumi işlər üzrə

Tel.: (994 12) 4393615

Elmi katib:

Gohər Nağı qızı Məmmədova
Tarix elmləri namizədi
Tel.: (994 12) 4393657

Təşkilatın əsas fəaliyyət istiqamətləri:

Azərbaycan tarixinin ümumi konsepsiyası:

  1. Azərbaycan tarixi üzrə ümumiləşdirici tədqiqatlar;

  2. Tarix və mənbəşünaslıq;

  3. Azərbaycanın siyasi tarixi;

  4. Azərbaycanın sosial-iqtisadi tarixi;

  5. Azərbaycan mədəniyyəti tarixi.

Son beş ildə təşkilatın əldə etdiyi əsas elmi nəticələr:

1997-2003-ci illərdə Azərbaycan tarixinin müxtəlif problemlərini əks etdirən 50 monoqrafiya və kitab, 300-dən artıq məqalə çapdan çıxmışdır. Bunlardan ən mühümü 7-cildlik Azərbaycan tarixinin I, II, III, IV, V, VI cildlərini, "XX əsrin əvvəllərində Azərbaycanın siyasi partiyaları (1900-1917-ci illər)", "Azərbaycan Xalq Cumhuriyyəti" (Azərbaycan və rus dillərində), "Türklərə qarşı erməni terrorizmi" (ingilis dilində), "Azərbaycan Respublikası. Əsrə bərabər on il. 1991-2000", "Bərdə şəhərinin tarixi (b.e.ə III əsr- b.e. XVIII əsri)", "Quba tarixi" və s. göstərmək olar.

Kadrlar hazırlığında da nailiyyətlər əldə edilmişdir: 2 nəfər doktorluq və 18 nəfər namizədlik dissertasiyaları müdafiə etmişdir. 1 nəfər AMEA həqiqi üzvlüyünə, 2 nəfər isə müxbir üzvlüyünə seçilmişdir.

Təşkilatın tarixi haqqında qısa məlumat:

1923-cü ildə Azərbaycanı tədqiq və Tətəbbə Cəmiyyəti yaradıldı. Bu cəmiyyət başqa problemlərlə yanaşı, Azərbaycanın tarixi, arxeologiyası və etnoqrafiyasının tədqiqi ilə də məşğul olurdu. Elmi kadrların artması ilə əlaqədar olaraq 1929-cu ildə Cəmiyyətin bazası əsasında Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu təşkil edildi və onun tərikibində tarix-etnoqrafiya şöbəsi yaradıldı. 1932-ci ildə SSRİ EA Zaqafqaziya filialının Azərbaycan şöbəsi yaradıldıqdan sonra həmin şöbə müstəqil sektor kimi SSRİ EA Zaqafqaziya filialının Azərbaycan şöbəsinin tərkibinə daxil edildi. 1936-cı ildə həmin sektorun bazasında SSRİ EA Azərbaycan filialı nəzdində müstəqil Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu təşkil olundu. SSRİ EA Azərbaycan filialında müstəqil Tarix İnstitutu isə 1940-cı ildən fəaliyyətə başladı. 1945-ci ildə Azərbaycan SSR EA təşkil olunarkən Tarix İnstitutu onun tərkibinə daxil edildi. Sonradan Tarix İnstitutu Azərbaycan SSR EA Tarix və Fəlsəfə İnstitutuna çevrildi. 1956-cı ildə Azərbaycan EA Rəyasət Heyəti yanında Fəlsəfə sektoru yaradıldıqdan sonra İnstitutun əvvəlki adı özünə qaytarıldı.

Təşkilatın struktur bölmələri:

Azərbaycanın qədim tarixi şöbəsi

Azərbaycanın orta əsrlər tarixi şöbəsi

Azərbaycanın qonşu dövlətlərlə əlaqələri və xanlıqlar dövrü tarixi şöbəsi

Azərbaycanın yeni tarixi şöbəsi

"Azərbaycan Demokratik Cümhuriyyətinin tarixi" şöbəsi

Azərbaycanın 1920-iyun 1941-ci illər tarixi şöbəsi

 

Elmlər doktorları

 

| Rəyasət heyəti | Rəyasət heyətinin strukturu | Bölmələr | İnstitut və Təşkilatlar |
| AMEA-nın prezidentləri | AMEA-nın həqiqi üzvləri | AMEA-nın müxbir üzvləri |
 Copyright © 1995          AMEA  İnformasiya Texnologiyaları İnstitutu            www.ict.az           secretary@iit.ab.az          info@science.az