| Anadan olduğu yer: | Azərbaycan Respublikası, Naxçıvan MR, Naxçıvan ş. | ![]() |
|
| Təvəllüdü: | 07.08.1951 | ||
| Təhsili: |
Azərbaycan Dövlət Universiteti, riyaziyyatçı |
||
| Elmi dərəcəsi: | Texnika elmləri doktoru | ||
| Elmi rütbəsi: | Professor | ||
| Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: | 05.13.14 - Xüsusi təyinatlı sistemlər, informasiyanın işlənməsi və idarə edilməsi | ||
| Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: | 202 | ||
| Xaricdə çıxmış elmi əsərlərin sayı: | 103 | ||
| Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: | 1 | ||
| Əsas elmi nailiyyətləri: |
- Qeyri-səlis relasyon strukturlu biliklərin emalı texnologiyasının nəzəri, metodoji və mühəndis əsasları işlənmiş, o cümlədən qeyri-səlis relasyon strukturlu biliklərin təsvir olunma modeli və emalı metodları, qeyri-səlis relasyon strukturlu biliklər bazasının istər lokal, istərsə də paylanmış mühitdə layihələndirmə və təşkili metodikası, onların əsasında qərarların qəbul edilməsini dəstəkləyən sistemlərin qurulması prinsipləri, fərdi və kollektiv qərarların qəbul edilməsi metodları, qeyri-səlis relasyon strukturlu biliklər bazasında ziddiyətin aradan qaldırılması metodu və adaptasiya modeli, dinamik biliklər bazasının emalı prinsipləri, sürətlərin tanınması, idarəetmə, kontrol, diaqnostika və s. çətin formalizə olunan məsələlərinin həllinə qeyri-səlis biliklər bazasının tətbiqi metodları, qeyri-səlis biliklərə əsaslanan müxtəlif təyinatlı problem-istiqamətli intellektual sistemlərin modelləri və sintez metodları işlənmişdir. - süni intellektin mühüm istiqamətlərindən biri olan kompyüter linqvistikası sahəsində Azərbaycan dilinin terminoloji verilənlər bankının arxitekturası işlənmiş, istifadəçi və informasiya sistemləri üçün nəzərdə tutulmuş xüsusi təyinatlı izahli, terminoloji, avtomatik lüğətlərin, informasiya-axtarış tezauruslarının tərtibi, təhlili və korreksiyası modelləri və metodları təklif edilmiş, mətnin avtomatlaşdırılmış emalı və maşın tərcüməsi sistemində Azərbaycan dilinin formal modellərinin qurulması və linqvistik prosessorun yaradılması üçün biliklər bazasına söykənən məntiqi üsullar, müxtəlif dil səviyyələrində (morfoloji, sintaktik, semantik) ekspert sisteminin sintezi metodları təklif edilmiş. - süni intellekt texnologiyasının sosial-iqtisadi problemlərin həllinə tətbiqi çərçivəsində demoqrafik proqnoz, əmək bazarında tələb və təklifin idarə olunması, ailə gəlirlərinin qiymətləndirilməsi və digər zəif strukturlu məsələlərinin həlli üçün fazi məntiq üsullarına əsaslanan orijinal yanaşmalar, metod və modellər təklif edilmişdir.
|
||
| Kadr hazırlığı: | |||
| elmlər namizədlərinin sayı: | 6 | ||
| Əsas elmi əsərlərin adları: |
|
||
|
|
Təltif və mükafatlar: |
"Tərəqqi" medalı - 2009 | |
| Pedaqoji fəaliyyəti: |
Bakı Dövlət Universitetinin “İnformasiya texnologiyaları və proqramlaşdırma” kafedrasın professoru |
||
| İş yeri və ünvanı: |
AMEA-nın İnformasiya Texnologiyaları
İnstitutu,
AZ1141, Azərbaycan Respublikası, Bakı ş., B.Vahabzadə
küç., 9 |
||
| Vəzifəsi: | Şöbə müdiri Direktor |
||
| Xidməti tel.: | (994 12) 4399739 | ||
| Ev tel.: | |||
| Elektron poçtu: | depart15@iit.ab.az | ||

