 |
Struktur bölmənin
əsas fəaliyyət istiqamətləri: |
Təhsil proseslərinin
informasiyalaşdırılması problemləri;
"Elektron Azərbaycan" Dövlət Proqramı çərçivəsində
institutun qarşısına qoyulan təhsilin informasiyalaşdırılması istiqaməti
üzrə işlərin icrası;
Distant təhsil texnologiyasının nəzəri əsasları;
on-line təhsil mühitinin
idarə edilməsi və onun metodoloji əsaslarının işlənməsi;
on-line təhsil
mühitinin standartlarının işlənməsi; on-line təhsil mühitndə sosial
şəbəkələrin tətbiqi;
on-line təhsil mühitində intelektual analiz
metodlarının tətbiqi;
on-line təhsil mühitində qiymətləndirmə metodlarının
işlənməsi; biometrik on-line təhsil mühitinin formalaşması;
Dünyanın aparıcı IT universitetlərində İKT ixtisasları üzrə tədris
proqramlarının tədqiqi;
Azərbaycan təhsil sistemi (orta ümumtəhsil, orta ixtisas, ali məktəblər) İT
ixtisasları üzrə standartların, tədris proqramlarının tədqiqi, Azərbaycan
Respublikasının ali məktəblərinin bakalavr və magistr təhsil pillələri üzrə
informasiya kommunikasiya texnologiyaları (İKT) ixtisasları
standartlarının, tədris proqramlarının monitorinqi;
"Ümumtəhsil məktəblərinin informasiya-kommunikasiya texnologiyaları ilə
təminatı Proqramı (2005-2007-ci illər)" və "2008-2012-ci illərdə Azərbaycan
Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət
Proqramı"ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi məsələləri;
Respublikanın regionlarının orta ümumtəhsil məktəblərində informatika və
fənn müəllimlərinə "İnformatika" fənninin tədrisi və biliklərin
sertifikatlaşdırılması məsələləri. |
 |
Struktur bölmənin
əsas elmi nəticələri: |
Təhsil proseslərinin informasiyalaşdırılması problemləri,
respublikada İKT
təhsil sahəsində mövcud olan standartların inkişaf etmiş ölkələrin İT
standartları
üzrə müqayisəli təhlili və uyğunlaşdırılması işləri, On-line
təhsil mühitinin standartlarının işlənməsi. On-line təhsil mühitində
qiymətləndirmə metodlarının işlənməsi,
dünyanın aparıcı IT universitetlərində
İKT ixtisasları üzrə tədris proqramlarının
tədqiqi. |