| Tel.: |
(994 12) 5104399 |
|
| E-mail: | ||
| Struktur bölmənin rəhbəri: | Ramiz Məhəmməd oğlu
Alıquliyev |
|
| İşçilərin ümumi sayı: | 4 |
|
| Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: |
Data mining, web mining, text mining, mətnlərin avtomatik referatlaşdırılması, klasterləşmə, klassifikasiya, veb mühitində sosial şəbəkələr, paylanmış hesablama, neyron şəbəkələr, genetik, qarışqa, particle swarm optimization (PSO – "sürü" intellekti əsasında optimallaşma) və arı alqoritmləri. |
|
| Struktur bölmənin əsas elmi nəticələri: |
Mətnlərin avtomatik referatlaşdırılması və klasterləşməsi üçün bir sıra metodlar təklif edilmişdir. Diferensial təkamül və PSO alqoritmlərinin bir sıra modifkasiyası işlənmişdir. Veb-səhifələrin ranqının hesablanması üçün PageRank alqoritminin modifikasiyalarının ümumiləşmiş variantı və qarışqa alqoritmi təklif edilmişdir. Loq fayllar əsasında veb-istifadəçilərin aktivliyinin öyrənilməsi və maraq dairəsinin avtomatik identifikasiyası üçün modellər və qarışqa alqoritmi təklif edilmişdir. Veb mühitində elmi tədqiqatçıların və təşkilatların sosial şəbəkəsinin aşkarlanması üçün metodlar təklif edilmişdir. Sosial şəbəkələrdə aktorların aşkarlanması üçün alqoritm işlənmişdir. Qeyri-bircins kompyuter şəbəkəsi mühitində qeyri-bircins məsələlərin optimal paylanması üçün riyazi model və genetik alqoritm təklif edilmişdir. Tam ədədli xətti və kvadratik proqramlaşdırma məsələlərinin və Korteveqa-de Friz-Bürgers tənliyi üçün qarışıq məsələnin neyron şəbəkədə həll alqoritmləri işlənmişdir. |

AMEA İnformasiya Texnologiyaları İnstitutu, 1995-2011