az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Tel.:

(994 12) 5104253

Faks:

E-mail:

yadigar@lan.ab.az

Struktur bölmənin rəhbəri:

Yadigar Nəsib oğlu İmamverdiyev

Texnika elmləri namizədi

İşçilərin ümumi sayı:

12

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı" (Elektron Azərbaycan)"  və "Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramı"nda icrası AMEA İnformasiya Texnologiyaları İnstitutuna həvalə edilmiş bəndlər üzrə aşağıdakı istiqamətlərdə elmi-tədqiqat işləri aparılır:
- e-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi problemləri,
- informasiya təhlükəsizliyi risklərinin qiymətləndirilməsi,
- tətbiqi kriptoqrafiya rəqəmsal imza, kompyuter linqvistikası,
- korporativ şəbəkələrin intellktual monitorinqi modelləri,
- biometrik identifikasiya texnologiyaları, sosial şəbəkələr.
Struktur bölmənin əsas elmi nəticələri: İnformasiya təhlükəsizliyini təmin edən adaptıv sistemlərin elmi-metodoloji əsasları, dəyişkən strukturlu xüsusi virtual şəbəkələrin (XVŞ) qurulmasının nəzəri əsasları, XVŞ-də istifadəçilərin paylanmış autentifikasiya sisteminin sintez metodları və alqoritmləri işlənib hazırlanmış və korporativ şəbəkələrdə müxtəlif təbiətli təhlükələrə qarşı mübarizədə qərarların qəbul edilməsinin riyazi modelləri təklif olunmuşdur.  Elliptik əyrilərdə asimmetrik kriptoqrafik sistemlərin sintezi üçün bir sıra metodlar və alqoritmlər işlənmişdir. Müdaxilələri adaptiv aşkarlama sistemlərinin yaradılmasının yeni arxitektur əsasları təklif olunmuşdur.  Qarşılıqlı əlaqəli korporativ informasiya fəzalarında ekranlaşdırma siyasətinin formalaşdırılması modeli, şəbəkələrarası ekranlaşdırma sisteminin optimal yerləşdirilməsi modeli və daxilolmaların idarə edilməsi metodu işlənmişdir. Korporativ şəbəkələrin layihələndirilməsi mərhələsində informasiya təhlükəsizliyinin qiymətləndirilməsi üçün metrika və qeyri-səlis model, mühafizə vasitələrinin çoxmeyarlı seçim modeli, çoxsəviyyəli arxitekturaya malik mühafizəli korporativ şəbəkələrin sintezi metodları işlənmişdir. Milli informasiya infrastrukturunun əhali və miqrasiya seqmentində toplanan fərdi məlumatlar arasında münasibətlərin sosial şəbəkələrlə modelləşdirilməsi üsulları təklif edilmişdir. Biometrik sistemlərin təhlükəsizliyinin qiymətləndirilməsi modeli, biometric şablonların mühafizəsi metodları, saxta biometric nümunələrin aşkarlanması metodları, biometric audentifikiasiya zamanı informasiyanın aqreqasiyası modeli təklif edilmişdir.