 |
Struktur bölmənin
əsas fəaliyyət istiqamətləri: |
-
İnformasiya texnologiyaları istiqamətində analitik informasiya və veb-texnologiyaların
problemləri ilə bağlı aşağıdakı
elmi-nəzəri
və praktiki işlər görülür:
- xarici siyasət sahəsində qərarların qəbul edilməsini dəstəkləyən
informasiya-analitik sistemin işlənməsi üzrə tədqiqatlar aparılır;
- "Elektron Azərbaycan" Dövlət Proqramı çərçivəsində Azərbaycan terminoloji
informasiya sisteminin
işlənməsi üzrə tədqiqatlar aparılır;
-
Veb-resursların intellektual analizi və optimal qərarların qəbulu
mexanizminin işlənilməsi istiqamətində araşdırmalar aparılır.
-
İnformasiya cəmiyyəti istiqamətində informasiya ekologiyası problemləri
və onların həlli yolları araşdırılır.
-
Web 2.0 və Web 3.0 istiqamətində yeni veb-texnologiyaların araşdırılması
və tədqiqatı üzrə elmi-praktiki işlər görülür.
-
AMEA-nın rəsmi
www.science.az portalının və institutun
www.ict.az saytının istismarı və inkişaf etdirilməsi istiqamətində
daimi aktuallığının təmin olunması və yeni veb-texnologiyaların tətbiqi
işləri həyata keçirilir.
-
Azərbaycanda formalaşan e-elm mühiti çərçivəsində veb-infrastrukturun və
onun əhatə etdiyi veb-saytların yaradılması ilə bağlı elmi-metodiki
dəstək həyata keçirilir.
|