az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Tel.:

(994 12) 5399724

E-mail:

depart6@iit.ab.az, binam@iit.ab.az

Struktur bölmənin rəhbəri:

Bikəs Saıl oğlu Ağayev

İşçilərin ümumi sayı:

8

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

Müxtəlif təyinatlı texnoloji proseslərin avtomatlaşdırılması məqsədilə informasiya texnologiyalarının müasir sxemotexnik vasitə və metodlarının tədqiqi üzrə elmi-tədqiqat işlərinin aparılması və tətbiqi.

Respublikamızda ilk dəfə olaraq:

– Üzvi lüminofor və adsorberlərin informasiyanı kodlaşdırma xüsusiyyətləri tədqiq edilmiş, alınan nəticələr əsasında xüsusi optik keçiricilik xüsusiyyətlərinə malik lüminofor tərkibli plastmas jetonların hazırlanma texnologiyası işlənmişdir. Jeton identifikasiya sistemlərinin arxitektur-sxemotexnik yaradılma prinsipləri işlənmiş, hazırlanmış və tətbiq edilmişdir. (Bakı Metropoliteni).

– Sərnişin avtomatikası qurğularının avtomatlaşdırılmış idarəetmə sistemlərinin arxitektur-texnoloji yaradılma prinsipləri işlənmiş və bu prinsiplər əsasında bir neçə qurğu layihələndirilmiş, hazırlanmış və tətbiq edilmişdir (Bakı metropoliteni).

Müxtəlif tip rabitə kanalları ilə ötürülən səs siqnallarının analiz və emal prinsipləri tədqiq edilmişdir. Ötürmə kanallarından qəbul edilən səs (nitq) siqnallarının keyfiyyət göstəricilərinin qiymətləndirilməsi üçün metod və alqoritmlər işlənmiş və tətbiq edilmişdir ("Aztelekom" İB).

Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə Dövlət Proqramının (Elektron Azərbaycan) E-hökumət proqramı çərçivəsində G2G, G2B və G2C modelləri üçün audioinformasiya fəzalarının formalaşdırılması problemləri araşdırılmış və onların reallaşdırılması üçün tövsiyələr işlənmişdir.

Audio-mining sistemlərinin audioinformasiyanın çoxkanallı rəqəmsal uçotu və qeydiyyatı vasitələrinin arxitektur-texnoloji yaradılma prinsipləri işlənmiş və bu prinsiplər əsasında hazırlanmış qurğular mərkəzləşdirilmiş dispetçerləşdirmə sistemlərində (Bakı Metropoliteni) və Call-centerlərdə operator-kliyent danışıqlarının və ekran fayllarının arxivləşdirilməsi məqsədilə  tətbiq edilmişdir (Aztelekom İB və s.).

Hal-hazırda:

– Audio-mining texnologiyaları bazasında qərarların qəbuluna dəstək sistemlərinin yaradılmasının konseptual əsaslarının işlənməsi;

– Audio-mining sistemlərində audio baza verilənlərinin emalı metod və alqoritmlərinin işlənməsi problemləri;

– sosioinformasiya texnologiyaları problemləri istiqamətində elmi cəmiyyətlərin sosial şəbəkələri əsasında elmdə idarəedici qərarların qəbuluna dəstək sistemlərinin işlənməsi problemləri üzrə tədqiqat işləri aparılır.