az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Tel.:

(994 12) 5399016

E-mail:

depart9@iit.ab.aztofig@iit.ab.az

Struktur bölmənin rəhbəri:

Tofiq Həsənağa oğlu Kazımov
Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, baş elmi işçi

İşçilərin ümumi sayı:

6

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

Şöbədə informasiya texnologiyaları istiqaməti üzrə Azərbaycan Respublikası Prezidentinin  sərəncamı ilə Azərbaycan Respublikasında Biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramında nəzərdə tutulan müddəaları əsas götürərək fotoportret əsasında insan sifətinin tanınması alqoritmi işlənmişdir.
Naqilsiz sensor şəbəkələrində məkanın təyin olunmasının metod və alqoritmləri işlənir. Kompyuter sistemlərində proqram təminatlarının dayanıqlılığının artırılması üçün metod və alqoritmlər işlənmişdir.

Struktur bölmənin əsas elmi nəticələri:

Fotoportret əsasında insan sifətinin tanınması üçün alqoritm işlənmişdir. İnsanın sifət təsvirlərinin həndəsi xarakteristikalarına əsaslanan "Tanınma" avtomatlaşdırılmış biometrik identifikasiya sistemi yaradılmışdır.

"Tədris Mərkəzi" korporativ informasiya sistemi yaradılmış və istismara verilmişdir.   

"Kadrlar" korporativ informasiya sistemi yaradılmış və  istismara verilmişdir.   

"İnformasiya Texnologiyaları Problemləri" və "İnformasiya Cəmiyyəti Problemləri" jurnalları üzrə "Qeydiyyat-Jurnal" informasiya axtarış sistemi yaradılmış və istismara verilmişdir.

Azərbaycan Dövlət Teleqraf Agentliyi - AzərTac  üçün "Kadrlar Korporativ İnformasiya Sistemi" hazırlanmış  və istifadəyə verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sifariş verdiyi "Layihələrin qeydiyyatı" informasiya axtarış sistemi yaradılmış və istismara verilmişdir.

AMEA Riyaziyyat və Mexanika İnstitutu üçün "Kadrlar" korporativ informasiya sistemi yaradılmış və istismara verilmişdir.