| |
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün: 08-09-2010
E-Mail
Domen:


Digər səhifələr


Statistika

Xəbərlərə abunə
RSS - All categories


AMEA Geologiya İnstitutunda beynəlxalq seminar keçiriləcək
16:06 (26.02.2010)

1-3 mart 2010-cu il tarixlərdə AMEA Geologiya İnstitutunda “Çökmə örtüyünün geoloji mühitinin fiziki-mexaniki vəziyyətinə müasir geodinamikanın təsiri” mövzusunda beynəlxalq seminar keçiriləcək.

Almaniya, Fransa, Rusiya və Gürcüstan alimlərinin də iştirak edəcəyi seminarda Qafqazın və Cənubi Xəzər hövzəsinin geodinamik şəraiti və seysmik təhlükələrinə dair məsələlər müzakirə ediləcəkdir.

Seminarın 3-cü günü görkəmli alim, Əməkdar elm xadimi, Rusiya Təbii Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycanda paleomaqnitizm elminin banisi, fizika-riyaziyyat elmləri doktoru, mərhum Tofiq İsmayılzadənin anadan olmasının 80 illiyinə həsr olunacaqdır.

Məlumatı AMEA Geologiya İnstitutunun mətbuat xidməti yaymışdır.

Mətbuat katibi: Səid Hüseynov

Əlaqə telefonu: (012) 497 44 81

 
AMEA-nın strukturu
"Kibernetika və informatika problemləri" III Beynəlxalq konfransı
Hava
Bakı: 22..32° C
Gəncə: 21..33° C
Naxçıvan: 19..33° C
 Copyright © 1995          AMEA  İnformasiya Texnologiyaları İnstitutu            www.ict.az           secretary@iit.ab.az          info@science.az