| |
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün: 08-09-2010
E-Mail
Domen:


Digər səhifələr


Statistika

Xəbərlərə abunə
RSS - All categories


“Qeyri-üzvi kimya kursu” kitabının I və II-ci hissələri çap olunmuşdur
12:35 (05.03.2010)

AMEA Kimya Problemləri İnstitutunun əməkdaşları Ö.M.Əliyev, V.Ö.Əliyev, S.T.Bayramova tərəfindən “Qeyri-üzvi kimya kursu” kitabının I və II-ci hissələri çap olunmuşdur.

Bu kitab qeyri-üzvi kimya üzrə özünəməxsus ensiklopediya olub, həm kimyaçı tələbələr, həm də təcrübəli kimyaçılar, aspirantlar, mühəndislər və digər tədqiqatçılar üçün maraqlı və faydalıdır.

Qeyri-üzvi kimya kursu maddələrin alınması və quruluşu haqqındakı müasir tədqiqatlar əsasında yazılmışdır. Materialların kitabda yerləşdirilmə ardıcıllığı dövri qanuna uyğun¬laş¬dırıl¬mış¬dır. Ayrı-ayrı elementlər, eləcə də onların birləşmələrinin təsviri çox ciddi surətdə sistemləşdirilmişdir. Kitabda qeyri-üzvi maddələrin, xüsusilə onların kompleks birləşmələrinin xassələrinin izahında kristallokimyəvi analizə üstünlük verilmişdir. Ayrı-ayrı elementlərin və onların birləşmələrinin alınma texnologiyalarına, həmçinin sənayedə tətbiqinə xüsusi diqqət yetirilmişdir. Müasir sənayedə xüsusi rol oynayan elementlərin alınması və xassələrinə üstünlük verilmişdir.

Kitab ali məktəblərin kimya fakültəsinin tələbə və müəllimləri üçün dəyərli dərs vəsaiti olub, müxtəlif sahələrdə çalışan kimyaçılar üçün faydalıdır.

 
AMEA-nın strukturu
"Kibernetika və informatika problemləri" III Beynəlxalq konfransı
Hava
Bakı: 22..32° C
Gəncə: 21..33° C
Naxçıvan: 19..33° C
 Copyright © 1995          AMEA  İnformasiya Texnologiyaları İnstitutu            www.ict.az           secretary@iit.ab.az          info@science.az