az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Anadan olduğu yer: Azərbaycan Respublikası, Bakı ş.
Təvəllüdü: 15.11.1939
Təhsili: M.F.Axundov adına Azərbaycan Pedaqoji İnstitutu, rus dili və ədəbiyyatı müəllimi
Elmi dərəcəsi: Filologiya elmləri doktoru
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 10.01.03 - Azərbaycan ədəbiyyatı; 10.01.01 - Rus ədəbiyyatı
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 4 kitab, 100-ə qədər elmi məqalə, 3 monoqrafiya
Xaricdə çıxmış elmi əsərlərin sayı: 3
Əsas elmi nailiyyətləri:

Azərbaycan-rus ədəbi əlaqələrinin öyrənilməsi sahəsində elmi-nəzəri səpkidə "Novoye obozreniye" qəzetinin səhifələrində Azərbaycan ədəbiyyatı məsələləri tədqiq olunub və həmin qəzetdə Azərbaycan yazıçılarının məqalələrinin problematikası müəyyənləşdirilmiş və Azərbaycan maarifçi ziyalıların publisistik fəaliyyətinə qiymət verilmişdir. XIX-XX əsrin əvvəllərində Azərbaycan yazıçıları və rus ədəbi-ictimai mühiti (milli ədəbiyyatın tarixi inkişafında kontakt əlaqələrinin rolu) probleminin araşdırılması nəticəsində Azərbaycan ədəbiyyatının bir sıra milli xüsusiyyətləri və tarixi qanunauyğunluqları müəyyənləşdirilmişdir.

Rus türkologiyasının təşəkkülü və inkişaf mərhələlərinin tədqiqi nəticəsində rus türkologiyasının əsas problemlərindən olan - rus alimlərinin türk eposuna qarşı münasibətinə tarixi qiymət verilir və türk epik ənənələrinin mükəmməl bir nümunəsi kimi "Kitabi-Dədə Qorqud"a yeni bir nəzər salınır, həmçinin qədim rus abidələrində türk amilinin mövcudluğu sübuta yetirilir.

Əsas elmi əsərlərin adları:
  1. Maarif carçıları (monoqrafiya). Bakı, "Maarif", 1988

  2. A.S.Puşkin - tarixçi və siyasətçi (məqalə). Bakı, "A.S.Puşkin-200", 1999

  3. A.Bakıxanovun dini görüşləri (məqalə). ADİ-nin "Dil və Ədəbiyyat" toplusu, Bakı, ADİ-nin nəşriyyatı, 1999.

Pedaqoji fəaliyyəti:

15 il ərzində (1985-ci ildən)

  1. M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutu

  2. Təfəkkür Universitetində Rus və Azərbaycan ədəbiyyatına dair məruzələr

İş yeri və ünvanı:

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu, AZ1141, Azərbaycan Respublikası, Bakı ş., H.Cavid pr., 31

Xidməti tel.: (994 12) 4395651
Ev tel.: (994 12) 4920788