az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Anadan olduğu yer: Azərbaycan Respublikası, Bakı ş.
Təvəllüdü: 13.05.1950
Təhsili: Bakı Dövlət Universiteti, şərqşünaslıq fakültəsi
Elmi dərəcəsi: Fiologiya elmləri doktoru
Elmi rütbəsi: Böyük elmi işçi
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 10.01.08 - Ədəbiyyat nəzəriyyəsi, 10.01.03 - Azərbaycan ədəbiyyatı
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 50, 4 monoqrafiya
Xaricdə çıxmış elmi əsərlərin sayı: 17
Əsas elmi nailiyyətləri:

Klassik şərq poetikasını, o cümlədən Azərbaycan ədəbiyyat nəzəriyyəsini ilk dəfə olaraq sistemli şəkildə ilkin qaynaqlar əsasında mərhələ-mərhələ 3 monoqrafiya çərçivəsində tədqiq etmişdir. İlk dəfə olaraq müəllif tərəfindən "Abad" sistemi, "Bəlağət" elmi və onun tərkib hissələri, "Bədii" və onun mənəvi və ləfsi bölgüləri öyrənilmiş, klassik Azərbaycan ədəbiyyatında "Bədii"nin yeri müəyyən edilmişdir. Müəllif ilk dəfə olaraq araşdırdığı irsi Avropa poetikası zəminində deyil, şərq ənənə və poetikası əsasında öyrənmişdir. Şərq poetikasının bədii ifadə vasitələri sistemli şəkildə ilk dəfə olaraq müəllifin monoqrafiyalarında öz əksini tapmışdır. M.Quliyeva  eyni zamanda "Quran"ın poetikasını da öyrənmiş və klassik irsimizə ən çox sirayət etmiş poetik fiqurları aşkar edəcək ədda yerini müəyyən etmişdir.

Əsas elmi əsərlərin adları:
  1. "Klassik şərq poetikası". Bakı, "Yazıçı", 1991

  2. "Orta əsrin bədii təfəkkürü və klassik Azərbaycan ədəbiyyatı" (Füzuli yaradıcılığı əsasında). Bakı, "Ozan",1996

  3. "Klassik şərq bəlağəti və orta əsrlər Azərbaycan ədəbiyyatı". Bakı, "Ozan", 1999

  4. "Quran bəlağəti və Azərbaycan ədəbiyyatı", "Nafta-Press" nəşriyyatı, 2008

  5. "Şərq poetikasının əsas kateqoriyaları", Bakı, 2010

Pedaqoji fəaliyyəti:

10 ildən artıqdır ki, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ərəb ədəbiyyatı, ərəb dili və ixtisas kursu kimi Bəlağət elmi və onun inkişafından dərs deyir.

İş yeri və ünvanı:

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu, AZ1141, Azərbaycan Respublikası, Bakı ş., H.Cavid pr., 31

Xidməti tel.: (994 12) 4395651
Ev tel.: (994 12) 4413020
Mobil tel.: (994 50) 3586388
Elektron poçtu: mahireguliyeva@usa.net