az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün
Ana səhifəStrukturİnstitut və təşkilatlar Nizami adına Ədəbiyyat İnstitutu

Ünvan: AZ1143, Azərbaycan Respublikası, Bakı ş., H.Cavid pr., 31
Tel.: (994 12) 4417425
Faks: (994 12) 5102092
E-mail: liter@iit.ab.az
Direktor: Bəkir Əhməd oğlu Nəbiyev
Filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü
Tel.: (994 12) 5103425  Faks: (994 12) 5102092 E-mail:adib@aas.ab.az
Direktor müavinləri:

Məhərrəm Paşa oğlu Qasımlı
Elmi işlər üzrə
Filologiya elmləri doktoru
Tel.: (994 12) 5395625  Faks: (994 12) 5395668

Teymur Həşim oğlu Kərimli
Elmi işlər üzrə
Filologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü
Tel.: (994 12) 5395631 Faks: (994 12) 5395668

Novruz Fərman oğlu Rəhimov
Ümumi işlər üzrə
Tel.: (994 12) 5383298

Elmi katib: Nikpur Mirhüseyn oğlu Cabbarlı
Filologiya elmləri namizədi
Tel.: (994 12) 5395626
Təşkilatın əsas fəaliyyət istiqamətləri:

Folklorun tarixi və nəzəriyyəsi, toplanması və nəşri, ən qədim dövrlərdən bu günə qədər Azərbaycan ədəbiyyatının tarixi mərhələləri və inkişaf qanunauyğunluqları, nəzəri problemləri, ədəbi əlaqələr, Cənubi Azərbaycanda ədəbi proses, xaricdə Azərbaycan ədəbiyyatı, ortaq türk ədəbi abidələri, müasir və klassik bədii irsin nəşri

Son beş ildə təşkilatın əldə etdiyi əsas elmi nəticələr:

Azərbaycan ədəbiyyatının qaynaqları, tarixi mərhələ təsnifi və inikişaf qanunauyğunluqları silsiləsindən, habelə milli ədəbi abidələrin elmi ictimaiyyətə çatdırılması istiqamətində son beş ildə 70 (onlardan 6-sı xaricdə) kitab çap olunmuşdur. Beynəlxalq ədəbi əlaqələrin tarixi təcrübəsinə və çağdaş vəziyyətinə, folklor irsimizə, klassiklərin yubileyinə həsr olunmuş 30-dan artıq beynəlxalq, regional və respublika müşavirələri keçirilmişdir

Təşkilatın tarixi haqqında qısa məlumat:

İnstitut 1932-ci ildə yaranmışdır. 30-cu illərdə o, SSRİ EA-nın Azərbaycan filialına daxil idi. 1945-ci ildə Azərbaycan SSR EA yaradıldıqdan sonra Ədəbiyyat İnstitutu onun tərkibinə daxil oldu. 40-cı illərin sonunda o, Dilçilik İnstitutu ilə birləşdirilmişdir. 1969-cu ildən İnstitut Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutu adı altında fəaliyyət göstərir.

Təşkilatın işçilərinin ümumi sayı:

167

Təşkilatın struktur bölmələri:

Qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsi

Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsi

Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsi

XX əsr Azərbaycan ədəbiyyatı şöbəsi

Müasir ədəbi proses şöbəsi

Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi

Xaricdə Azərbaycan ədəbiyyatı şöbəsi

Ədəbiyyat nəzəriyyəsi şöbəsi

Tarixi poetika şöbəsi

Mətnşünaslıq şöbəsi

Azərbaycan Türk araşdırmalar mərkəzi

İnformasiya və biblioqrafiya şöbəsi

Elmlər doktorları