| Ünvan: | AZ1005, Azərbaycan Respublikası, Bakı ş., İstiqlaliyyət küç., 53 | |
| Tel.: | (994 12) 4921864 | |
| Direktor: |
Rafael Baba oğlu Hüseynov Filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Tel.: (994 12) 4921864 Faks: (994 12) 4927403 |
|
| Direktor müavinləri: | X. Bəşirli Elmi işlər üzrə Filologiya elmləri doktoru Tel.: (994 12) 4921069 İlqar Vaqif oğlu Hacıyev |
|
| Elmi katib: | M.Kələntərova Filologiya elmləri namizədi Tel: (994 12) 4926137 |
|
| Təşkilatın əsas fəaliyyət istiqamətləri: |
Azərbaycan ədəbiyyatına və mədəniyyətinə aid materialların toplanması, tədqiqi, elmi fondlarda qorunması, ekspozisiyada və sərgilərdə nümayiş etdirilməsi. |
|
| Son beş ildə təşkilatın əldə etdiyi əsas elmi nəticələr: | Son beş ildə fondda qorunan eksponatların sayı artaraq 58900-dən 76000-ə çatmışdır. Ekspozisiyası tamamilə yenidən qurulmuş, zalların sayı artmış, o cümlədən 2001-ci ildə "İraq-Türkmən zalı" təntənəli surətdə açılmışdır. Həmçinin muzeyin tarixində ilk dəfə olaraq "Mətbuat zalı" fəaliyyətə başlamışdır. Bu müddətdə aparılan elmi tədqiqatların nəticəsi olaraq çox sayda kitablar, elmi monaqrafiyalar işıq üzü görmüşdür. Muzeyin elmi əsərlərinin VIII-XII cildləri, ekspoziyasını əks etdirən bukletlər, fondlarda qorunan materialların kataloqları çapdan çıxmışdır. |
|
| Təşkilatın tarixi haqqında qısa məlumat: | Muzey Nizami Gəncəvinin anadan olmasının 800 illiyinə həsr olunmuş daimi sərgi Ev-muzeyinin təşkili haqqında Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1 noyabr 1939-cu il tarixli 4972 №-li sərəncamı ilə yaradılmışdır. Lakin onun açılışı 1945-ci il may ayının 14-nə təsadüf edir. Sonradan Nizami muzeyi Azərbaycan Ədəbiyyatı Muzeyinə çevrilmişdir. |
|
| Təşkilatın işçilərinin ümumi sayı | 147 | |
| Təşkilatın struktur bölmələri: |
Qədim və Orta əsrlər
ədəbiyyatının tədqiqi və təqdimi şöbəsi Yeni və müasir Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi şöbəsi Mədəni irs və mənbəşünaslıq şöbəsi Beynəlxalq əlaqələr və komparativistika şöbəsi Elmi inkişaf və tədris layihələri şöbəsi Ədəbi mərasimlər, ictimaiyyətlə iş və nəşrlər şöbəsi Bədii tərtibat və bərpa şöbəsi Ekspozisiyanın izahı, qorunması və audio-müşayiətin şöbəsi Video-təzkirə yaradıcılıq qrupu şöbəsi Kitabxana və informasiya mərkəzi şöbəsi S.Yeseninin Mərdəkandakı xatirə-ev muzeyi şöbəsi (filial)
|
|
| Elmlər doktorları | ||

AMEA İnformasiya Texnologiyaları İnstitutu, 1995-2011