az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Anadan olduğu yer: Azərbaycan Respublikası, Ağcabədi r-u
Təvəllüdü: 05.05.1920
Təhsili: Azərbaycan Dövlət Universiteti, şərqşünas-filoloq
Elmi dərəcəsi: Filologiya elmləri doktoru
Elmi rütbəsi: Baş elmi işçi
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 10.01.01- Ədəbiyyatı; 10.01.09 - Folklor mətnşünaslığı
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 200, 4 monoqrafiya
Xaricdə çıxmış elmi əsərlərin sayı: 17 kitab, 11 məqalə

Əsas elmi nailiyyətləri:

Ali təhsil aldıqdan sonra əsas əmək fəaliyyətinə müəllimliyə başlamış, Ağdam İnstitutunda baş müəllim (1949-1953), Ağcabədi Şəhər Xəlfərəddin orta məktəbində dil-ədəbiyyat və məntiq-psixologiya müəllimi vəzifəsində işləmişdir.

1954-cü ildə Respublika Akademiyasının Əlyazmalar fonduna (indiki MşFüzuli adına Əlyazmalar İnstitutu) elmi işə dəvət olunmuşdur. Akademiyada işlədiyi yarıməsrlik əmək fəaliyyəti dövründə Əlyazmalar Xəzinəsinin zənginləşməsi, təbliği, azəsi türk dilinin mənşəi və Azərbaycan ədəbiyyatının bir sıra problem məsələlərinin həllində böyük xidmətləri olmuşdur. Şerimizdə müasir təhsilin vəziyyəti, Azərbaycan zəmində türk dilinin qədimliyi, M.Füzulinin, Vaqifin, Vidadinin və Çəmənzəminlinin həyat və yaradıcılığına mühüm yeniliklər gətirmişdir. Alimin ən mühüm elmi fəaliyyəti Azərbaycan yazılı dastan abidələrinin və birinci növbədə "Kitabi-Dədə Qorqud"un tarixi tədqiqinə həsr olunmuş, bu sahədəki elmi nailiyyətləri, onu dünya türkologiyasında görkəmli Qorqudşünas kimi tanıtmışdır.

Eyni zamanda bədii yaradıcılıqla məşğuldur. Sabiranə satiralar, xüsusilə bəhsi-təvilləri ilə oxucuların rəğbətini qazanmışdır.

Kadr hazırlığı:
elmlər namizədlərinin sayı: 1
Əsas elmi əsərlərin adları:
  1. "Kitabi-Dədə Qorqud"u vərəqləyərkən (monoqrafiya). Bakı, Gənclik, 1969, 100s.

  2. "Kitabi-Dədə Qorqud". (monoqrafiya), Ankara,  Sevinc, 1990, 160s.

  3. Nisgilli vərəqlər, tikanlı yarpaqlar. Şeirlər, Bakı, "Elm nəşriyyatı", 2002

  4. "Azərbaycan yazılı dastan abidələrinin tədqiqi", (monoqrafiya). Bakı, "Elm nəşriyyatı", 2002, 188s.

  5. "Kitabi-Dədə Qorqud". (tarixi, cografi, tekstoloji tədqiq və Drezden əlyazmasinin dürüstləşdirilmiş elmi mətni), Baki, "Elm", 1999, 680s.

Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü:

Atatürk adına Türkiyə Böyük Tarix-Dil qurumunun fəxri üzvü

Təltif və fəxri adları: Əməkdar elm xadimi, Prezident təqaüdçüsü, Əmək və müharibə veteranı
Pedaqoji fəaliyyəti:

1949-1957-ci illər

İş yeri və ünvanı:

AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutu, AZ1001, Azərbaycan Respublikası, Bakı ş., İstiqlaliyyət küç., 8

Vəzifəsi: Baş elmi işçi
Xidməti tel.: (994 12) 4929335
Ev tel.: (994 12) 5394960