az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Tel.:

(994 12) 4929357

Struktur bölmənin rəhbəri:

Adil Seyid oğlu Sadıqov
Biologiya elmləri namizədi, böyük elmi işçi

İşçilərin ümumi sayı:

27

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

Əlyazmalar İnstitutunda saxlanılan bütün əlyazma və çap materiallarının elmi əsaslarla gigiyena, rejimli mühafizə-konservasiya, cildləmə və bərpa məsələlərinin həlli; xəzinələrin və sərgi zallarının optimal rejiminə nəzarət; yeni alınan materialların karantin şəraitində gigiyena və bərpası; xəzinələrin zərərvericilərdən təmizlənməsi; dezinfeksiya və dezinseksiya işlərinin həyata keçirilməsi.

Laboratoriyada çalışan bərpaçılar ilk zamanlar sadə vərəq və kitabları, daha sonra, 1978-ci ildən əlyazmaların konservasiyası üzərində işləməyə başlamışlar. Ayrı-ayrı əməkdaşlar 1976-1987-ci illərdə Moskva, Sankt-Peterburq, Tbilisi, Minsk şəhərlərinin kitab-xanalarında ezamiyyətdə olmuş, sonralar Türkiyədə (İslanbul, 1990, 1993), Suriyada (Dəməşq, 1993) və İranda (Tehran, 1999) müvafiq kitabxanaların gigiyena və bərpa işi ilə tanış olmuş, aldıqları təcrübədən öz fəaliyyətlərində bəhrələnmişlər. Laboratoriyanın bərpaçıları indiyə qədər əksər arxiv və dövri mətbuat materiallarını, xəzinələrdə saxlanılan çap kitablarını, 2 minə qədər bu və ya digər dərəcədə zədələnmiş əlyazma kitabını bərpa etmiş və cildləmişlər.

Laboratoriyada elmi-tədqiqat işləri də aparılmışdır. 1976-1985-ci illərdə xəzinələrdə, əlyazmalarda və onları əhatə edən mühitdə yayılan göbələklərin növ tərkibini öyrənərkən bu və ya digər cinslərin daxil olduğu 36 göbələk növü aşkar edilmişdir. Onların arasında ziyankar, vərəqləri ciddi zədələyən növlərə qarşı mübarizə tədbirləri hazırlanaraq təcrübədə həyata keçirilmişdir. 1986-1990-cı illərdə xəzinə və kitablarda rast gələn həşəratlar, əsasən, ziyankar böcəklər AMEA Zoologiya İnstitutu əməkdaşlarının köməyi ilə öyrənilmiş, toplanan həşəratların 12 cinsinə daxil olan 14 növünü təyin etmək mümkün olmuş, əlyazmalara dəri qurdlarının və b. böcəklərin daha çox ziyan verdiyi aydın olmuşdur. Ziyankar növlərə qarşı mübarizə aparmaq məqsədi ilə xəzinələrdə müntəzəm dezinfeksiya və dezinseksiya işlərinin həyata keçirilməsinə başlanmışdır. İlk dövrlərdən fərqli olaraq, son iki onillikdə bütün xəzinələrdə kondisionerlər quraşdırılmışdır ki, bu da əlyazmaların normal rejimdə saxlanmasına şərait yaradır.

Struktur bölmənin əsas elmi nəticələri:

Xəzinələrdə aşkar edilən kif göbələyi və həşərat növlərinə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi

Kitab xəzinələrində 3000 ədəd material bərpa edilib cildlənmişdir.

Xəzinələrdə normal gigenik rejimin yaradılması