| |
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Tel.:

(994 12) 4921401

Struktur bölmənin rəhbəri:

Aydın Cəbrayil oğlu Xəlilov
Tarix elmləri namizədi

İşçilərin ümumi sayı:

24

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

Azərbaycan əlyazma, daşbasma və əski çap kitabları ilə bağlı tədqiqatların həyata keçirilməsi, Azərbaycan kitabı, mətbuat materialları və görkəmli elm və mədəniyyət xadimlərinin biblioqrafiyasını tərtib etmək, əlyazmaların toplanması və qorunması, oxucu kartotekasının tərtibi, oxuculara xidmət etmək və ən nəfis əlyazma nümunələrinin sərgisini təşkil edib nümayiş etdirmək.

Struktur bölmənin əsas elmi nəticələri:
  1. A.C.Xəlilov. İlk Azərbaycan kitabı. Bakı,1995, 48 s. Azərbaycan və ingilis dillərində.

  2. Məhəmməd Füzuli. Biblioqrafiya. Tərtib edənlər:  C.V.Qəhrəmanov və A.C.Xəlilov. Bakı, 1996, 191 s.

  3. "Kitabi-Dədə Qorqud". Biblioqrafiya.Tərtib edəni A.C.Xəlilov, Bakı, 2000, 260 s.

  4. T.D.Həsənzadə. Marağalı Məhəmmədhəsən xan Etimadüssəltənənin əsərlərində Azərbaycan məsələləri. Bakı, 2001, 224 s.

  5. M.S.Ordubadi. İstanbul səhnələrində "Dursunəli Ballıbadı". Bakı, 2001,  32 s və s.

 

| Rəyasət heyəti | Rəyasət heyətinin strukturu | Bölmələr | İnstitut və Təşkilatlar |
| AMEA-nın prezidentləri | AMEA-nın həqiqi üzvləri | AMEA-nın müxbir üzvləri |
 Copyright © 1995          AMEA  İnformasiya Texnologiyaları İnstitutu            www.ict.az           secretary@iit.ab.az          info@science.az