| Anadan olduğu yer: | Qərbi Azərbaycanın Dərələyəz mahalının Zeytə kəndi |
||
| Təvəllüdü: | 01.01.1949 |
||
| Təhsili: | Bakı Dövlət Universiteti |
||
| Elmi dərəcəsi: | Fizika-riyaziyyat elmləri doktoru |
||
| Elmi rütbəsi: | Professor |
||
| Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: |
01. 02. 04 - Deformasiya olunan bərk cismin mexanikası |
||
| Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: | 120 | ||
| Xaricdə çıxmış elmi əsərlərin sayı: | 48 | ||
| Əsas elmi nailiyyətləri: |
I. Özlüelastik və elastik dalğalar. İxtiyari nüvələrlə yazılan real xassəli özlüelastik materiallarda qərarlaşmayan dalğaların yayılması məsələlərinin həll metodları tapıldı. Akademiklər Smirnov, Sobolev, Marçuk və onların həmkarları tərəfindən tədqiq edilən, topa quvvənin təsiri altında elastik kürə və yarımfəzada qərarlaşmayan dalğaların yayılması məsələləri real xassəli cisimlər üçün həll edildi. En kəsikləri dairə, sektor və düzbucaqlı olan və mütləq hamar və bərk örtük içərisində yerləşən, yarımsonsuz və sonlu uzunluqlu elastik və özlüelastik prizmatik cisimlərə və dairəvi konusa uzununa zərbəyə dair üçölçülü məsələlərin dəqiq analitik həlləri tapıldı; içiboş və bütöv elastik və özlüelastik dairəvi silindr və konuslarda qərarlaşmayan burulma dalğalarının yayılmasına dair çoxölçülü məsələlərin dəqiq analitik həlləri quruldu. II. Sərbəst və məcburi rəqslər. Real özlüelastik cisimlərin sərbəst və məcburi rəqs məsələlərinin dəqiq analitik həll metodu işləndi və çox sayda məsələlərin həllinə tətbiq edildi. İlyuşinin ortalaşdırma metodu ilə alınan nəticələr dəqiqləşdirildi. Parametrik rəqslər və dinamik dayanıqlıq. Real özlüelastik cisim və konstruksiya elementlərinin parametrik rəqslərinin tədqiqi inteqro-diferensial Hill tənliyinin həllinə gətirmiş, monodromiya matrisi və multiplikatorlar nəzəriyyəsini tətbiq edərək həllin dayanıqlı, asimptotik dayanıqlı və dayanıqsız olduğu oblastlar üçölçülü parametrlər fəzasında müəyyən edilərək öyrənilmişdir. Nəticələr Arnold, Bolotin, Volmir, Hilton, Beldisa və başqa alimlərin adları ilə bağlı olan nəticələri ümumiləşdirdi və dəqiqləşdirdi. Flatter. Real xassəli özlüelastik materialdan olan nazik divarlı konstruksiya elementlərinin yüksək sürətli hava ilə axımlanması məsələləri tədqiq edildi, böhran sürəti və tezliyi tapıldı, özlülüyün konstruksiyanın dağılmasına təsiri mexanizmi öyrənildi. III. Kompozit materialların dinamikası. Çoxlaylı və lifli elastik və özlüelastik kompozit materiallardan olan cisimlərə zərbə məsələlərinin həlli tapıldı, kontakt səthlərində mümkün olan bütün asimptotik hallar diqqətə alınaraq, Reley, Lyav və Stounli dalğalarının əmələ gəlmə mexanizmləri tədqiq edildi. IV. Məsaməli özlüelastik cisimlərin dinamikası. Özlü maye hopdurulmuş məsaməli özlüelastik silindr, lövhə və çoxlaylı kompozitlərdə harmonik dalqaların dispersiya tənlikləri alınmış, qısa, uzun və orta dalğalar üçün öyrənilmiş, kontakt səthi üzərində Reley və Stounli dalğalarının mövcudluğu şərtləri müəyyən edilmişdir. V. Hidroözlüelastik dalqalar. Ideal və özlü sıxılan maye ilə doldurulmuş boruya boyuna zərbə məsələlərinin həlləri tapılmışdır. Boru elastik, özlüelastik, qeyri-xətti elastik və elastik-plastik materialdan ola bilər. Boru və örtüklərdə harmonik dalğaların yayılmasına ikifazalı qazlı mayenin təsiri məsələsi öyrənilmiş, dispersiya tənliyinin ifadəsi tapılaraq, müxtəlif uzunluqlu dalğalar üçün tədqiq edilmişdir. VI. Termoözlüelastik dalğalar. Termomexaniki əlaqə və materialın xassəsinin qeyri-bircins temperatur sahəsindən asılılığı diqqətə alınmaqla, termoözlüelastikiyyət nəzəriyyəsinin bir sıra qeyri-xətti məsələlərinin, o cümlədən yarımfəzaya, laya və çubuğa zərbə məsələlərinin analitik həlləri qurulmuş, kiçik parametr üsulunun orijinal variantları təklif edilmişdir. VII. Neft mexanikası. Neft hasilatında tətbiq olunan qazlift üsulunun riyazi modelləri təklif edilmiş, hasilatın optimal idarə edilməsi və stabilizasiyası məsələlərinin həlli verilmişdir. Neft layının deformasiya xüsusiyyətləri və qazlift quyusu ilə işlənməsi, qazlift quyusunun optimal iş rejiminin idarə edilməsi məsələlərinin kompleks həlli və prosesin avtomatlaşdırılması üçün səmərəli alqoritmlər təklif edilmişdir. |
||
| Kadr hazırlığı: | |||
| elmlər namizədlərinin sayı: | 24 | ||
| elmlər doktorlarının sayı: | 1 | ||
| Əsas elmi əsərlərin adları: |
|
||
| Pedaqoji fəaliyyəti: |
1982-1987 Azərbaycan Texniki Universiteti, 1993-2007 İstanbul Universiteti (Türkiyə Cümhuriyyəti), 2007- bu günədək Azərbaycan Milli Aviasiya Akademiyası |
||
| Təltif və fəxri adlar: | 1985-cı ildə “Əməkdə
fərqlənməyə görə” medalı ilı təltif edilmişdir. Beynəlxalq Bioqrafiya Mərkəzi (BBM, Böyük Britaniya, Kembric) tərəfindən 2008-ci ildə dünyanın lider alimi seçilmiş, mərkəzin medalı və sertifikatı ilə təltif edilmişdir. |
||
| İş yeri və ünvanı: | Azərbaycan Milli Aviasiya Akademiyası, Bakı şəh. Binə qəsəbəsi | ||
| Vəzifəsi: | Professor | ||
| Xidməti tel.: | (994 12) 497 26 00 (20 91) | ||
| Ev tel.: | (994 12) 459 70 33 | ||
| Mob. tel.: | 050 640 40 77 | ||
| Faks: | (994 12) 456 22 96 | ||
| Elektron poçtu: | ilyasovmusa0101@rambler.ru | ||
