az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Anadan olduğu yer: Ermənistan  Respublikası, Spitak (Hamamlı) şəhəri
Təvəllüdü: 01.03.1951
Təhsili: Azərbaycan Dövlət Universiteti, Tətbiqi Riyaziyyat və Mexanika fakultəsi, mexanik
Elmi dərəcəsi: Fizika-riyaziyyat elmləri doktoru
Elmi rütbəsi: Professor
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 01.02.05 - Maye, qaz və plazma mexanikası
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 150
Xaricdə çıxmış elmi əsərlərin sayı: 70
Əsas elmi nəaliyyətləri:
  1. Maye ilə doymuş xətti-irsi məsaməli mühitlər üçün reoloji model verilib və layda mərkəzi quyu işlədikdə qeyri lokal süzülmə prosesinin dinamikası öyrənilib, məsaməlik və keçiricilik əmsalları üçün analitik ifadələr alınıb.

  2. Layın həyəcanlanmış quyuətrafı zonalarına gərginlik-deformasiya vəziyyəti, dilatansiyalı plastiki zonalan əmələ gəlmə səbəbləri və quyuya axan bərk hissəciklərin intensivliyi (qum tıxacının yaranması) tədqiq olunub.

  3. Bir və ikifazalı maye ilə doymuş məsaməli mühitlərdə və monodispers suspenziyalarda qeyri-xətti dalğa dinamikasının nəzəri əsasları işlənib.

  4. Litosferdə və magistral çatlarda tektonik fəallığın miqrasiyasını təsvir edən riyazi modellər verilib.

  5. Lay təzyiqinin, temperaturun, quyuda mayenin səviyyəsinin və debitinin amplitud tezlik xarakteristikalarının dəyişmələri təyin edilib.

Kadr hazırlığı:
elmlər namizədlərinin sayı: 6
elmlər doktorlarının sayı: 1
Əsas elmi əsərlərin adları:
  1. Layın gərginlik-deformasiya vəziyyəti və quyuda təzyiqin bərpa olunması. kitabda, Mexanika deformiruemoqo tela, proçnost i vyazkoupruqost, Moskva, Nauka, 1986 (ingiliscə tərçümə ABŞ, 1988) (Nikoloyevskiy V.N.)
  2. İşləyən quyu ətrafı zonasında dilatant-plastik genişlənmə və qumun cıxarılması məsələsi. Bakı Universitetinin xəbərləri, Fizika-riyaziyyat elmlər seriyası, 1 hissə, 2000
  3. İkifazalı sistemlərdə qeyri xətti dalğalar. Naçionalnaya AN Ukrainı, Mejdunarodnıy nauçnıy jurnal,Prikladnaya mexanika, 1995, tom 31,  N9
  4. Dərin çatlar boyunca tektonik dalğaların generasiyası və yayılması. İzvestiya AN SSSR, Fizika Zem'il,1986, N10 (Nikolayevskiy V. N.)
  5. Yeraltı mayelərdə təzyiq və temperatur zəlzələrin xəbərvericisi kimi. SO An SSSR, Jurnal prikladnoy mexaniki i texniçeskoy fiziki, Novosibirski, 1985, N1
Beynəlxalq və Xarici ölkələrin elmi cəmiyyətlərdə üzvlüyü:

Azərbaycan Geofiziklərinin Milli Komitəsinin üzvü, Amerika Riyaziyyatçılar Cəmiyyətinin üzvü

Pedaqoji fəaliyyəti:

Bakı Dövlət Universitetində mühazirə aparır, bakalavrların diplom, magistrlərin, dissertant və aspirantların dissertasiya işlərinin rəhbəri

İş yeri və ünvanı:
  1. Bakı Dövlət Univnrsiteti, AZ1148 Bakı, Azərbaycan, Z. Xəlilov küç. 23,
  2. AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu, AZ1141, Azərbaycan Respublikası, Bakı ş., F.Ağayev küç., 9, məhəllə 553

Vəzifəsi: Baş emi işçi
Xidməti tel.: (994 12) 4417428
Ev tel.: (994 12) 4663178
Mobil tel.: (994 55) 7167753