| Anadan olduğu yer: | Gürücüstan Respublikası, Sagareco r. Yor-Muğanlı (Qaraçöp) kəndi |
![]() |
|
| Təvəllüdü: | 25.12.1952 | ||
| Təhsili: | Bakı Dövlət Universiteti, mexanika | ||
| Elmi dərəcəsi: | Fizika-riyaziyyat elmləri doktoru | ||
| Elmi rütbəsi: | Professor | ||
| Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: | 01.02.04 - Deformasiya olunan bərk cisim mexanikası | ||
| Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: | 69 | ||
| Xaricdə çıxmış elmi əsərlərin sayı: | 22 | ||
| Əsas elmi nailiyyətləri: | Mexanikanın müxtəlif sahələrində bir sıra vacib
problemlərin həllinə nail olmuşdur. Metalların aqresiv mühitdə korroziyası
sahəsində: ixtiyari həndəsi ölçüyə malik konstruksiya elementinin mexaniki
gərginlik altında korroziyadan dağılması vaxtının təyini üçün ilk nəzəri
düstur almışdır. Maye mexanikası sahəsində: qeyri-requlyar (təsadüfi)
dalğaların səmərəli spektral nəzəriyyəsini yaratmışdır ki, bu da dəniz
dalğalarına tətbiq edildikdə dənizin ixtiyari dərinliyində dalğa təzyiqinin
və dalğanın başqa parametrlərinin qiymətlərini tapmağa imkan vermişdir.
Stoxastik mexanika sahəsində: təsadüfi yüklənmələrə məruz qalan
konstruksiyaların xidmət müddəti yüklənmələrin tarixi nəzərə almaqla təyin
etməyə imkan verən riyazi düstur təklif etmişdir. Deformasiya olan bərk
jisim mexanikası sahəsində: özlüelastikiyyət nəzəriyyəsinin ümumi şəkildə
qoyulmuş riyaziməsələni həlli məlum olan ikinci
növ Volter inteqral tənliyinə gətirən üsul yaratmışdır; Özlü
elastiki-plastik cisimlərin ixtiyari (o
cümlədən təkrarlanan) qüvvə və temperatur
təsirlərindən deformasiyasının və dağılmasının səmərəli nəzəriyyəsini
işləyib hazırlamışdır; Özlüelastik jisimlərin mexaniki xassələrinə
temperaturun təsirini nəzərə alan səmərəli üsul təklif etmişdir ki, bu da
qeyri-xətti (o cümlədən xətti)
termoözlüelastiklik nəzəriyyəsinin məsələlərinin həllini temperatursuz uyğun
məsələlərin həllinə gətirən teorem isbat etməyə imkan vermişdir. Bərk
yanajaqla işləyən raket mühərikinin termodinamik qoyuluşda möhkəmliyə
hesabatını aparmış, raketin təhlükəsiz işləməsi üçün mexaniki və həndəsi
parametrlərin ödəyəcəyi şərtləri tapmışdır. |
||
| Kadr hazırlığı: | |||
| elmlər namizədlərinin sayı: | 7 | ||
| Əsas elmi əsərlərin adları: |
|
||
| Pedaqoji fəaliyyəti: | 5 il | ||
| Təltif və fəxri adlar: | AMEA-nın Fəxri Fərmanı | ||
| İş yeri və ünvanı: |
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu, AZ1141, Azərbaycan Respublikası, Bakı ş., B.Vahabzadə küç.,9, məhəllə 553 |
||
| Vəzifəsi: | Şöbə müdiri | ||
| Xidməti tel.: | (994 12) 5390221 | ||
| Ev tel.: | (994 12) 372-75-80 | ||
| Mobil tel.: | 050 281 29 92 | ||
| Faks: | 539-39-24 | ||
| Elektron poçtu: | ltalybly@yahoo.com | ||

