az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Tel.:

(994 12)4988708; (055) 3069121

E-mail: AgalarovJafar@rambler.ru
Struktur bölmənin rəhbəri:

Cəfər Həsən Ağa oğlu Ağalarov
Fizika-riyaziyyat elmləri doktoru, professor

İşçilərin ümumi sayı:

16

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

Deformasiya olunan bərk cisimlərdə (izotrop və aniizotrop) dalğaların yayılma hadisəsinin tədqiqi. Zərbə və dağılma məsələləri. Yeni həll metodlarının yaradılması.

Struktur bölmənin əsas elmi nəticələri:

İp membrana və torların dinamikası nəzəriyyəsi yaradılmış, çevik rabitələrdə dalğa hadisəsinin eksperimental tədqiqi metodları və materialların dinamik xassələrinin təyin edilməsi üsulları işlənib hazırlanmışdır. Zərbə və konstruksiya elementlərinin dağılmasına dair, o cümlədən mürəkkəb strukturlu materiallar üçün, çoxlu sayda bir və çox ölçülü məsələlər həll edilmişdir. Dünya elmi praktikasında ilk olaraq düzbucaqlı prizmalarda qeyri-stasionar dalğaların yayılması hadisəsi dəqiq, üçölçülü nəzəriyyə bazasında tədqiq edilmış və uyğun analitik həllər alınmışdır. Dinamik dağılma hadisəsi də həmçinin ilk olaraq, eyni xətt üzərində olmayan, müxtəlif istiqamətli dağılmalar üçün nəzəri və eksperimental olaraq tədqiq edilmiş və real nəticələr alınmışdır. Maye və elastiki mühitlə doldurulmuş silindrik və sferik örtüklərin bütöv mühitdə stasionar və qeyri stasinar hərəkətləri tədqiq olunub.