az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün
Ana səhifəStrukturİnstitut və təşkilatlar Riyaziyyat və Mexanika İnstitutuMaye, qaz  mexanikası və plastik nəzəriyyəsi şöbəsi

Şöbə müdiri:

Hacıyev Vaqif Camal oğlu

Fizika-riyaziyyat elmləri doktoru, professor

Laboratoriya:

Maye və qaz hərəkətində mexaniki-fiziki proseslər laboratoriyası

Tel.: (994 12) 5390221
E-mail: pan_vniineft@rambler.ru
Laboratoriya müdiri:

Pənahov Geyhani Minhac oğlu
Texnika elmləri doktoru, RTEA-nın akademiki

İşçilərin ümumi sayı:

23

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

Nazikdivarlı anizotrop və izotrop konstruksiya elementlərinin möhkəmliyi, dayanıqlığı və rəqsi hərəkətləri məsələlərinin həlli metodikasının işlənməsi. Neft-mədən mexanikası, hidro- və qaz dinamikası ilə əlaqədar, riyazi modelləşdirmə, riyazi statistika və eksperimental tədqiqatlara əsaslanaraq enerji və resurslara qənaət texnologiyaların yaradılması. Fraktal qeyribircins məsaməli mühitlərdə heterogen sistemlərin axınlarında geyri tarazlıq struktur halların və elektrokinetik xüsusiyyətlərin öyrənilməsi. Neft yataqlarına periodik təsirlərin hidrodinamik modellərinin işlənməsi. Maye və qazlarda köçmə hallarının qeyri stasionar proseslərə təsirinin tədqiqi.

Struktur bölmənin əsas elmi nəticələri:

Xarici mühitin təsiri nəzərə alınmaqla elastik-plastik, izotrop və anizotrop konstruksiya elementlərinin bir sıra məsələləri üçün həllər alınmış, özlüelastik cisimlərin parametrik rəqsləri və dinamik danayıqlığının tədqiqi metodu işlənib hazırlanmışdır.

Geniş reoloji tədqiqiatlara əsaslanaraq yeni kompozit sistemləri yaradılmış və onlara diaqnostik əmsallar alınmışdır. Məsaməli mühitdə aralıq olan halda mayelərin bir-birinin sıxışdırmasında fraktal struktur əmələ gətirməsinə təsir edən əsas parametrlər qiymətləndirilmiş və yeni sənaye texnologiyalar təklif edilmişdir.

Dispers sistemlərin axınlarında yaranan geyri müntəzəmliklərin qaz daxil edilməklə tənzimlənməsinin mümkünlüyü eksperimantal və nəzəri təsdiq edilmiş və bu istiqamət üçün texnoloji proseslər işlənib hazırlanmışdır. Məsaməli lay mühitlərində yüksək keçiricilikli kanallarda sədd yaradaraq süzülmədə əhatə dairəsinin genişləndirilməsi məqsəd ilə kvaziperiodik köpük yaratmasının nəzəri və praktiki əsasları işlənib hazırlanmışdır.