az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Tel.:

(994 12) 5395097

E-mail: fariz@science.az
Struktur bölmənin rəhbəri:

Fariz Beykəs oğlu İmranov
Fizika-riyaziyyat elmləri namizədi

İşçilərin ümumi sayı:

16

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

Hesablama hidrodinamikasının, dinamik sistemlərin idarə olunması, tibbi diaqnostika məsələlərinin riyazi-informasiya texnologiyalarının işlənməsi.

Struktur bölmənin əsas elmi nəticələri:

Küləklərin qlobal vektorunun təsiri altında Xəzər dənizində axınların formalaşması prosesinin riyazi modeli qurulmuş, müvafiq riyazi proqram təminatı tərtib edilməkdə çoxsaylı hesablama sınaqları aparılmış, gercək instrumental ölçmələrlə uzlaşan  vizual nəticələr-axınların sxemlərinin  on-line 2D animasiyası alınmışdır. Katalitik reaksiya və regenerasiya prosesinin qapalı, dinamik istilik sisteminin predikativ-korrektor idarə olunması texnoloğiyasının alqoritmi, müvafiq riyazi proqram təminatı tərtib edilmiş, çoxsaylı hesablama sınaqlarının vizual nəticələri - dinamik sistemin riyazi modelinin 3D faza portretlərinin on-line animasiyası alınmışdır.