az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Email:

bilalov.bilal@gmail.com

Tel.: (994 12) 5387250
Struktur bölmənin rəhbəri:

Bilal Telman oğlu Bilalov
Fizika-riyaziyyat elmləri doktoru, professor

İşçilərin ümumi sayı:

24

Struktur bölmənin  əsas fəaliyyət istiqamətləri:

Öz-özünə qoşma olmayan diferensial operatorların spektral xassələrinin, onlara uyğun məxsusi və qoşma funksiyalar sistemlərinin bazislik xassələrinin və bununla bağlı Banax fəzalarında  bazis nəzəriyyəsinin tələb etdiyi məsələlərin öyrənilməsi; müəyyən xətti və qeyri-xətti diferensial tənliklər üçün tərs və keyfiyyət məsələləri.

Struktur bölmənin əsas elmi nəticələri:

Kadets teoreminin sinus - kosinus analoqları alınmış, yaxın bazislər üzrə klassik Peli - Viner və Bari teoremlərinin banax ümumiləşmələri verilmiş, kompleks əmsallı eksponent sistemlərinin Lebeq fəzalarında bazisliyi, tamlığı və minimallığı öyrənilmiş, klassik Stoun-Veyerştrass teoreminin kompleks ümumiləşməsi verilmiş, Kostyucenko sisteminin bazisliyi ğöstərilmişdir; müəyyən həyəcanlanmış eksponent, kosinus və sinus sistemlərinin dəyişən dərəcəli Lebeq fəzalarında bazisliyi öyrənilmiş; adi diferensial operatorların məxsusi və qoşma funksiyalar sistemlərinin bazislik xassələri üzrə mühüm nəticələr alınmış və müəyyən sinif elliptik və parabolik tip tənliklərin keyfiyyət məsələləri öyrənilmişdir. Müəyyən sinif operator-diferensial tənliklərin korrekt həll olunması üçün kafi müəyyən mənada isə dəqiq şərtlər alınmışdır.