az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Tel.:

538-65-13

Struktur bölmənin rəhbəri: İsax Salam oğlu Məmmədov
Fizika-riyaziyyat elmləri namizədi, dosent
İşçilərin ümumi sayı: 10
Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

Xarici mühitlə qarşılıqlı təsirdə olan qeyri-bircins çubuq, lövhə və silindrik örtüklərin dayanıqlıq, sərbəst və məcburi rəqs, müstəvi ip, dairəvi membrana və mütləq çevik, açıq və qapalı profilli fırlanma örtüklərinin oxanəzərən simmetrik böyük deformasiyalarının düz və tərs, deformasiya prosesində zədələnən çubuq, lövhə və örtüklərin möhkəmlik, sərbəst və məcburi rəqs məsələlərinin tədqiqi.konstruksiya elementlərinin qeyri-xətti düz və tərs hidroelastiklik, mühitlə təmasda olduqda rəqs məsələlərinin həlli.

Struktur bölmənin əsas elmi nəticələri:

Xarici mühitlə qarşılıqlı təsirdə olan qeyri-bircins düzbucaqlı və dairəvi lövhələrin dayanıqlıq və sərbəst rəqs, müstəvi ip, dairəvi membrana və mütləq çevik açıq profilli fırlanma örtüklərinin oxanəzərən simmetrik böyük deformasiyalarının düz və tərs, cərəyan keçən, içərisi doldurulmuş və maqnit sahəsində yerləşdirilmiş silindrik örtüklərin məcburi, içərisi doldurulmuş və sərtlik çubuqları ilə möhkəmləndirilmiş silindrik örtüklərin sərbəst, elastiki zədələnən çubuqların məcburi rəqs məsələləri həll edilmişdir.