| Tel.: | (050) 303-03-10 | |
| E-mail: | a.babayev49@gmail.com | |
| Struktur bölmənin rəhbəri: | Əli Əvəz oglu Babayev Fizika-riyaziyyat elmləri namizədi, dosent |
|
| İşçilərin ümumi sayı: | 15 |
|
| Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: | Funksional cəbrlərin və çoxqiymətli məntiqlərin struktur məsələləri; elm və texnikanın tarixi (N.Tusinin riyazi və məntiqi əsərlərinin tədqiqi). |
|
| Struktur bölmənin əsas elmi nəticələri: | Klonların və iterativ cəbrlərin quruluşu dərindən araşdırılmışdır; k-qiymətli məntiqlərin bütün permutasion tam altklonları tapılmışdır. Qeyri-standart altdekart ayrılışları üçün Birkhof teoreminin analoqları alınmışdır. Evansın kəsişmə-yə ayrılmayan yarımqrup çoxobrazlıları haqqında məsələsi həll edilmişdir. Holomorf funksiyalar cəbrinin qeyri-kommutativ növündə mütləq bazis qurulmuşdur. Yanq-Mills meydanlarının avtoduallıq probleminin həllinə cəbri yanaşma işlənilmişdir. N.Tusinin "Tozlu lövhənin köməyi ilə hesab toplusu" əsəri ərəb dilindən azərbaycan dilinə tərcümə edilib araşdırılmışdır; müəyyən edilmişdir ki, qüvvətləri simvollarla işarə edən, hesab əməllərinin düzgün yerinə yetirilməsini yoxlamaq üçün meyarlar qaydasının "zəruri olub kafi olmadığını göstərən" ilk riyaziyyatçı N.Tusi olmuşdur. O, "Evklidin şərhi" əsərində riyaziyyat tarixində ilk dəfə stereometriyanın aksiomlarını vermişdir. İndiyə qədər bu yeniliklər N.Tusidən 3-4 əsr sonra yaşamış avropa alimlərinə aid edilirdi. |

AMEA İnformasiya Texnologiyaları İnstitutu, 1995-2011