az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Tel.:

(994 12) 5101491

E-mail: balaiskenderov07@rambler.ru
Struktur bölmənin rəhbəri:

Bala Ağa-Hüseyn oğlu İsgəndərov
Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü

İşçilərin ümumi sayı:

7

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

Xüsusi törəməli diferensial tənliklər üçün sərhəd məsələlərinin həll edilə bilməsi və onların həllərinin keyfiyyət xassələri. Diferensial-operator tənliklər üçün sərhəd məsələlərinin həllərinin tədqiqi və spektral xassələri.

Struktur bölmənin əsas elmi nəticələri:

Petrovskiyə ğörə korrekt tənlik və sistem tənliklər üçün Koşi məsələsinin həllinin zamanın böyük qiymətlərində azalması üçün kafi şərt verilmişdir. Iki və yüksək tərtibli elliptik tənliklər üçün silindrik oblastlarda şüalanma prinsipləri isbat edilmişdir, limit amplitudu prinsipinin əsaslandırılmasında rezonans effekti aşkar edilmişdir. Məhdud oblastlarda və  qeyri-məhdud silindrik oblastlarda Sobolev  tənlikləri üçün Koşi məsələsi, qarışıq məsələlərin həlləri tədqiq edilmiş və bu  həllərin zamanın böyük qiymətlərində asimptotik ayrılışı alınmışdır. Operator əmsallı Şturm-Liuvill tənliyi üçün sərhəd məsələsinin izi hesablanmışdır. Sərhəd şərtinə spektral parametr daxil olan ikinci tərtib diferensial-operator tənlik ücün sərhəd məsələsinin həll edilə bilməsi fredholmluğu və spektri öyrənilmişdir.