| Ünvan: | AZ1044, Azərbaycan Respublikası, Bakı ş. |
|
| Tel.: | (994 12) 4543012, (994 12) 4541050 |
|
| Faks: | (994 12) 4540374 |
|
| Email: | ||
| Direktor: |
Tofiq
Sadiq oğlu Məmmədov |
|
| Direktor müavinləri: | Kazım Fikrət oğlu Məmmədov |
|
| Elmi katib: | Zenfira
Hacıbala qızı Abbasova Biologiya elmləri namizədi, baş elmi işçi Tel.: (994 12) 4543012 Faks: (994 12) 4540374, Email: dendrary@mail.az |
|
| Təşkilatın əsas fəaliyyət istiqamətləri: | Ətraf mühitin qorunmasına - yerli və xarici floradan olan dekorativ ağac, kol, ot, bəzək, dərman, efir yağlı bitkilərin seçilməsi, introduksiyası, onların bioekoloji xüsusiyyətlərinin, aqrotexnikasının, su rejiminin öyrənilməsi, Abşeron yaşıllaşdırma və xalq təsərrüfatının müxtəlif sahələrində istifadəsi. |
|
| Son beş ildə təşkilatın əldə etdiyi əsas elmi nəticələr: | 4 mövzu üzərində elmi-tədqiqat işləri aparılmışdır. 80 növ bitkinin ilk dəfə olaraq Abşeron şəraitində bioekoloji xüsusiyyətləri, çoxaldılması, morfologiyası, yerüstü və yeraltı orqanlarının böyümə və inkişafı, xarici mühit amillərinə davamlılığı, çiçəkləmə və meyvə vermə biologiyası, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərində bioloji metodların işlənib hazırlanması, aqrotexnikası, yaşıllaşdırmaya tətbiqi. Efir yağlı və dərman bitkilərinin tərkibi və səhiyyədə tətbiqi öyrənilmişdir (20 növ), azalmaqda olan nadir ağac və kol bitkiləri gətirilmişdir. Abşeron şəraitinə uyğunlaşdırılmışdır. Elmi-tədqiqat işlərinin nəticələri 68 məqalə və 1 tezisdə dərc edilmişdir. 4№ kitab çapdan çıxmışdır. Xaricdə (Türkiyə, Kipr, Ukrayna, Tbilisi, İtaliya, Moskva) keçirilən konfranslarda iştirak edilmişdir. |
|
| Təşkilatın tarixi haqqında qısa məlumat: | Keçmiş neft milyonçusu M.Muxtarovun şəxsi bağı olmuşdur. 1926-cı ildə ak. N.İ.Vavilov tərəfindən Mərdəkanda Ümumittifaq Tətbiqi Botanika İnstitutunun Şərqi Zaqafqaziya filialı yaradılmışdır. 1936-cı ildə quru subtropik bitkilərin təcrübi-stansiyası, 1945-64-cü illərdə bağçılıq, üzümçülük və subtropik bitkilərin elmi-tədqiqat bazası, 1964-66-cı illərdə Azərbaycan Səhiyyə Nazirliyinin olmuşdur. 1966-cı ildən isə onun elmi fəaliyyətini nəzərə alaraq AMEA Botanika İnstitutunun tərkibinə daxil olmuşdur. 1966-cı ildən isə AMEA-nın nəzdində müstəqil elmi-tədqiqat institutu kimi fəaliyyət göstərir. |
|
| Təşkilatın işçilərinin ümumi sayı: | 160 |
|
| Təşkilatın struktur bölmələri: | Bitkilərin introduksiyası laboratoriyası Efir yağlı bitkilər laboratoriyası |
|

AMEA İnformasiya Texnologiyaları İnstitutu, 1995-2011