| Ünvan: | AZ1025, Azərbaycan Respublikası, Bakı ş., Xocalı pr., 30 |
|
|
| Tel.: | (994 12) 4902476 | ||
| Faks: | (994 12) 4903520 | ||
| Email: | anipcp@dcacs.science.az , azmea_nkpi@box.az | ||
| Direktor: |
Abbasov Vaqif Məhərrəm oğlu Kimya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü |
||
| Direktor müavinləri: | Akif
Həmid oğlu Əzizov Nazim Hikmət Saleh oğlu
Əsədov |
||
| Elmi katib: | Adilə Atakişi qızı Səidova |
||
| Təşkilatın əsas fəaliyyət istiqamətləri: | Azərbaycan neftlərinin tədqiqi, onların yeni yanacaqlar və yağların alınması məqsədi ilə səmərəli emalının elmi əsaslarının işlənib hazırlanması, neft emalı və neft-kimyası üçün yeni texnologiyalar və katalizatorların yaradılması, kataliz, üzvi və fiziki kimya, neft-kimyəvi sintez sahəsində fundamental tədqiqatların aparılması, Azərbaycanın neft emalı və neft-kimya komplekslərinin inkişafı üzrə perspektiv kompleks sxemlərin işlənib hazırlanması |
||
| Son beş ildə təşkilatın əldə etdiyi əsas elmi nəticələr: |
Azərbaycanın
perspektiv dəniz neft yataqlarının neftləri tədqiq olunmuş, onların
perspektiv reaktiv və dizel yanacaqlarının, avtomobil benzinlərinin və
sürtgü yağlarının alınmasını təmin edən səmərəli emal texnologiyalarının
elmi əsasları işlənib hazırlanmışdır.
Onların bir sıra çevrilmələrində və suyun aşağı temperaturlu
termokatalitik parçalanmasında redoks, turşu-əsası və metal üzvi
mexanizmlərin qoşalaşması hallarının mövcudluğu aşkar edilmişdir. Neft kimyası və neft emalı prosesləri üçün ekoloji təmiz ion mayeləri texnologiyasının yaradılması istiqamətində tədqiqatlar aparılır. Neft fraksiyalarının aromatik karbohidrogenlərdən təmizlənməsi üçün yeni termotrop ion-maye tərkibli ekstraqent sistemləri aşkar edilmişdir. Neft, qaz emalı və neft-kimya sənayesinin inkişaf konsepsiyası tərtib edilmişdir. 2005-ci ildə İnstitut İslam İnkişaf Bankının diplom və mükafatını almış, 2002-2005-ci illər ərzində 5 nəfər Respublikanın "Şöhrət ordeninə", 1-nəfər "Tərəqqi" medalına və 2-nəfər şəxsi prezident təqaüdünə layiq görülmüşdür. |
||
| Təşkilatın tarixi haqqında qısa məlumat: | İnstitut əsası 1929-cu ildə
qoyülmuş V.V.Kuybışev adına Neft emalı üzrə
Elmi-tədqiqat İnstitutunun elmi potensialı
əsasında yaradılmış və 1959-cu ildə Azərbaycan
MEA-nın nəzdində Neft-kimya prosesləri institutu
adlandırılmışdır. |
||
| Təşkilatın işçilərinin ümumi sayı: |
527, bunlardan 219 elmi işçilərdir, o cümlədən 42 elmlər doktoru (bunlardan 3 akademik və 5 AMEA-nın müxbir üzvləri) və 110 nəfəri elmlər namizədidir. |
||
| Təşkilatın struktur bölmələri: |
Neft-kimya
proseslərində ion mayeləri texnologiyaları şöbəsi Səthi-aktiv reagentlər və preparatlar laboratoriyası Funksional oliqomerlər laboratoriyası Metalüzvi kataliz prosesləri laboratoriyası Tsikloalkilfenolların kimyası və texnologiyası laboratoriyası Polifunksional kompleksonlar və metalkompleks birləşmələr laboratoriyası Polimerizasiya katalizi qrupu Çoxfunksiyalı reagentlərin kimyası və texnologiyası şöbəsi Korroziya inhibitorları və konsevasiya materialları laboratoriyası Neft-qaz çıxarma və emalı sənayeləri üçün kimyəvi reagentlərin texnologiyası laboratoriyası Antimikrob təsirli reagentlər və zədələnmələrin tədqiqi qrupu Müstəqil laboratoriyalar Kataliz problemlərinin spekroskopik metodlar ilə tədqiqi laboratoriyası Neft lüminoforları və fotokimya laboratoriyası Elmi–texniki informasiya laboratoriyası Katalitik krekinq və piroliz laboratoriyası Neftin kompleks emalı və texniki iqtisadi əsaslandırılması laboratoriyası Maye fazada oksidləşmə laboratoriyası Alitsiklik birləşmələr laboratoriya Neft–kimya proseslərinin texnologiyası laboratoriyası Heterogen kataliz laboratoriyası Standartlaşdırma və patent-lisenziya laboratoriyası Avtomobil benzinləri laboratoriyası Reaktiv və dizel yanacaqları laboratoriyası İnformatika və modelləşdirmə laboratoriyası Neftlərin tədqiqi və yağların texnologiyası laboratoriyası Fiziki-kimyəvi tədqiqatlar laboratoriyası Tsikloolefinlər laboratoriyası Azotlu birləşmələr laboratoriyası Sintetik yağlar laboratoriyası Alitsiklik funksional monomerlər laboratoriyası Ximmotologiya qrupu Patent-lisenziya qrupu Ekstraksiya qrupu İnformasiya və telekommunikasiya qrupu Layihə-konstruktor şöbəsi
|
||


AMEA İnformasiya Texnologiyaları İnstitutu, 1995-2011