az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Anadan olduğu yer: Azərbaycan Respublikası, Füzuli ş.
Təvəllüdü: 28.04.1939
Təhsili: Azərbaycan Dövlət Universiteti, kimyacı
Elmi dərəcəsi: Kimya elmləri doktoru
Elmi rütbəsi: Professor
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı:  02.00.13 - Neft kimyası
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 140
Xaricdə çıxmış elmi əsərlərin sayı: 5
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 3 m.ş., 8 patent
Əsas elmi nailiyyətləri:

Oksidləşdirici ammonoliz üsulu ilə nitrillərin sintezi, nitrillərin amidlərə, aminlərə çevrilməsi və onlardan fenolformaldehid oliqomerlərinin (FFO) alınmasında modifikator kimi istifadə edilmişdir. Benzoquonominlə modifikasiya olunmuş FFO-nun kalium duzu əsasında alınmış bərk sürtgü qələmi kəsici alətlərin davamlılığını 2-2,5 dəfə artırır. Bu qələm keçmiş SSRİ-nin 78 müəssisəsində tətbiq olunaraq küllü miqdarda iqtisadi səmərə vermişdir. Sintez edilmiş benzoquonominlə modifikasiya olunmuş FFO-nun sulfoturşusunun kalium duzu superplastifikator rolunu oynayaraq beton qarışıqlarının möhkəmliyini artırır. Gəncə "Yağ-piy" kombinatının tullantısından aldığı deemulqator neft emulasiyalarının su və mexaniki qarışıqlarından təmizlənməsi üçün respublikanın neft mədənlərində geniş istifadə edilir.

Azotlu birləşmələrlə modifikasiya olunmuş fenol- və alkilfenolformaldehid oliqomerlərinin, onların duzlarının, efirlərinin alınması metodları işlənib hazırlanmışdır. Modifikasiya olunmamış və azotlu birləşmələrlə modifikasiya olunmuş fenol oliqomerləri əsasında yeni hibrid oliqomerlər alınmış, efirləşdirilmiş və kompozit tərkibləri kimi tətbiq olunmişdur. Tetraxlormetan və dizloretan əsasında yeni alüminium-haloid kompleksləri sintez olunmuş və aromatik karbohidrogenlərin a- olefinlərlə alkilləşməsi, eləcə də a- olefinlərin oliqomerləşməsi proseslərində katalizator kimi müsbət nəticələr vermişdir.

Kadr hazırlığı:
elmlər namizədlərinin sayı: 5
Əsas elmi əsərlərin adları:
  1. Y.G.Abdullaev, N.S.Kerimov, N.M.Suleymanov.  The effective way for increasing the resistance of blade tools. Respublician Conf. ''The ways for increase of metal-treating tool efficiency'', Baku,1988

  2. Y.G.Abdullaev, N.G.Alekperova, G.N.Suleymanov. Oil composition A.C.№227812/04,1986.

  3. M.S.Rustamov, Y.G.Abdullaev, A.D.Kuliev, A.B.Guseynov, A.A.Kudinov. Lubricant for pressform.A.C.№4806-40/04 (USSR),26.12.89.

  4. Y.G.Abdullaev, R.G.Aliev, R.A.Rustamov. The obtaining of diamide of tereftalic acid.

  5. Y.G.Abdullaev,  A.G.Azizov, Sh.S.Vezirov, T.A.Gadjiev. Synthesis and using of oligomers with reaction ability. IPP, Baku, 1998 (monography).

  6. A.H.Azizov, Y.G.Abdullaev, S.M.Achmedov, M.N.Amiraslanova. Synthesis of hibrid oliqomers from novolac and rezol fenolic resins and its esters. Pat. № 20020179 (Az.R), 27.09.2002.

Elmi-təşkilatı fəaliyyəti:

NKPİ-nin nəzdində 02.00.13 - Neft kimyası, 05.17.07 - Yanacaq və qazın kimya texnologiyası ixtisasları üzrə D. 01.031 Dissertasiya  Şurasının üzvü,  NKPİ-nin Elmi Şurasının üzvü

Təltif və mükafatlar: "Kimya sənayesinin əlaçısı" döş nişanı;
AMEA-nın Fəxri fərmanı.
İş yeri və ünvanı:

AMEA-nın Neft-Kimya Prosesləri İnstitutu, AZ1025, Azərbaycan Respublikası, Bakı ş., Xocalı pr., 30

Vəzifəsi: Azotlu birləşmələr laboratoriyasının müdiri
Xidməti tel.: (994 12) 4902373
Ev tel.: (994 12) 4613248
Mobil tel.: (994 50) 6133940
Faks: (994 12) 4903520
Email: anipcp@dcacs.ab.az